Xırdalandakı AAAF Park sakinləri hər gün ölümlə burun-buruna gəlir – Düz 2 ildir
AAAF Park-ın 2 il əvvəl istifadəyə verilən bəzi binalarında hələ də lift yoxdur.
Bu barədə sosial şəbəkədə paylaşım edilib.
Bilidirilib ki, AAAF Park Yaşayış kompleksinin Xırdalandakı binalarının demək olar ki, heç birinə lift qoyulmayıb. Bu foto isə Xırdalanda, 25-ci küçənin 5-ci binasında çəkilib.
Şəkildən də görünür ki, burada lift olmamaqla yanaşı, şaxta da bağlanmayıb. Bu isə birbaşa binanın bütün sakinləri üçün təhlükə deməkdir.
"Yeni Sabah"ın əməkdaşı məsələ ilə bağlı AAAF Park-la əlaqə saxlayıb. Şirkətin əməkdaşları jurnalistimizi 4 müxtəlif şəxsə yönləndirib. Ancaq onların heç biri problemlə bağlı dəqiq və ətraflı məlumat verməyiblər.
Şirkət əməkdaşlarından biri deyib ki, liftlər növbə ilə yerləşdirilir, odur ki, 5-ci bina da daxil olmaqla bəzi binalara hələ də lift qoyulmayıb:
“Hazırda problemlə bağlı iş gedir, 2019-cu ilin sonuna qədər məsələ həllini tapacaq”.
Onlar binalardakı şaxtaların açıq olmasından xəbərdar olmadıqlarını iddia ediblər.
“Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı isə “Yeni Sabah”a bildirib ki, tikintisi tamamlanmamış binaların istifadəyə verilməsi tikinti normalarının kobud şəkildə pozulmasıdır:
“Qanunvericilikdə bu kimi hallarla bağlı cərimələr müəyyən olunub. İnzibati qaydada tikinti normalarının pozulmasına görə həmin şirkət, həmin mənzil-tikinti kooperativi ciddi şəkildə cəzalandırıla bilər. Sadəcə ola bilsin ki, tikinti şirkəti müəyyən şərtlər daxilində kimlərəsə yaxındır və həmin şirkətin fəaliyyətinə ciddi şəkildə nəzarət olunmur. Əks təqdirdə o binanı bu formada sakinlərin istifadəsinə vermək, orada yaşayışa icazə vermək düzgün deyil".
Ekspertin fikrincə, problemin həlli üçün ən optimal yol sakinlərin bununla bağlı müvafiq instansiyalara yazılı şəkildə müraciət etmələridir:
"Sakinlər müraciət etmədikcə tikinti şirkəti, rəhbərlik bu problemin aradan qaldırılması istiqamətində ciddi bir iş görməyəcək. Çünki bu işlərin həyata keçirilməsi müəyyən qədər vəsait tələb edir. Şirkətlər bu vəsaiti isə könüllü şəkildə ödəmək niyyətində olmur. Niyyətləri olsaydı, bu vaxta qədər problemi həll etmiş olardılar”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:3-07-2019, 14:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:3-07-2019, 14:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti