reklam
Regionxeberlericom.az » Araşdırma » "Deyirlər ki, İlqar Məmmədov hakimiyyətlə anlaşıb, mandat alacaq”

reklam

"Deyirlər ki, İlqar Məmmədov hakimiyyətlə anlaşıb, mandat alacaq”















“Bildiyiniz kimi, Milli Məclisdə iki ildən çoxdur beş dairə üzrə yerlər boş qalıb. Bu fakta əsaslanaraq bir sıra adamlar ortalıqda söz gəzdirir ki, İlqar Məmmədov hakimiyyətlə anlaşıb, dairələrin birindən mandat alacaq”.

Bunu REAL Partiyasının sədri İlqar Məmmədov deyib.

Partiya sədri qeyd edib ki, bu söz-söhbət bir həqiqətə əsaslanır:

“Həqiqət ondan ibarətdir ki, REAL Partiyasının sədri yeganə partiya sədridir ki, bu dövr ərzində beş dairənin hər birində olub. Vətəndaşların durumu ilə bağlı birbaşa onlardan məlumat alıb. Bu partiya sədri kimi mənə lazım idi, mən bu səfərləri etdim. Amma bu səfərlərə görə belə söz-söhbətlər yayırlar.

Qəbələyə, 116-cı dairə ərazisinə gedəndə dedilər ki, İlqar Məmmədov hakimiyyətlə anlaşıb, ordan mandat alacaq. Sonra Lənkərana, 74-cü dairə ərazisinə gedəndə, dedilər ki, Lənkəranla bağlı hakimiyyətlə anlaşıb. Bakıda Xətai rayonundakı 33 və 35-ci dairədə elan etdik ki, seçkilərin keçirilməsini istəyən vətəndaşların, seçicilərin imzalarını toplayacağıq.

Bu elanı verəndə dedilər ki, İlqar Məmmədov Xətai rayonu ilə bağlı hakimiyyətlə anlaşıb. İki-üç gün əvvəl İmişli rayonuna getdim, orda da 80-ci dairə boşdur, dedilər ki, İmişlidən mandat alacaq. Mən istəyirəm ki, bu söz-söhbətləri yayanlar rahat nəfəs alsın. Təkrar seçki keçiriləcək beş dairənin heç birindən REAL Partiyasının sədri İlqar Məmmədov namizədliyini irəli sürməyəcək”.

İ.Məmmədov əlavə edib ki, həmin dairələrdən REAL partiyasının namizədləri olacaq:

“Ya hamısından, ya da bəzilərindən, əlbəttə ki, namizədlərimiz olacaq”.

Qeyd edək ki, ötən ilin fevralında baş tutmuş Milli Məclisə növbədənkənar seçkilərdən sonra parlamentdə dörd dairə üzrə yerlər boş qalıb. Belə ki, Mərkəzi Seçki Komissiyası seçkilər nəticəsində baş vermiş qanun pozuntularına görə dörd dairənin nəticələrini ləğv edib.

Nəticəsi ləğv edilmiş dairələr 33 saylı Xətai birinci seçki dairəsi - (lider namizəd Hüseynbala Mirələmov), 35 saylı Xətai üçüncü seçki dairəsi ( lider namizəd Rauf Arifoğlu), 74 saylı Lənkəran kənd seçki dairəsi (lider namizəd Hadı Rəcəbli) və 80 saylı İmişli-Beyləqan seçki dairəsidir (lider namizəd Çingiz Qənizadə). Həmçinin Milli Məclisin mərhum deputatı, Fəttah Heydərov ötən ilin avqustunda dünyasını dəyişib və bundan sonra 116 saylı Qəbələ seçki dairəsi də boş qalıb.




Paylaş:


Müəllif : Tarix:
16-02-2022, 22:45
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər