Merkel ciddi xəstəliyə tutulub?
Adətən, sərt görünüşü ilə tanınan Almaniya kansleri Angela Merkelin son bir ayda rəsmi tədbirlərdə səhhətinin iki dəfə pisləşməsi dünya gündəminə çevrilib.
Siyasətçinin Ukrayna və Almaniya Prezidentləri Vladimir Zelenski ilə Frank-Valter Ştaynmayerlə görüşündə güclü titrəməyə başlaması onun ciddi xəstəliyə tutulduğu ilə bağlı dedi-qoduları artırıb.
Merkelin 18 iyunda Zelenski ilə görüşündə titrəməsindən sonra onun vəziyyətini şərh edən ukraynalı həkim-terapevt Natalya Ukleyna kanslerin vəziyyətinin şəkərli diabet xəstəliyinin əlamətlərinə uyğun olduğunu bildirib:
“Belə ki orqanizm mikroelementləri itirdiyindən zəhərlənmə prosesi gedə bilər. Şəkər dərhal yüksəlir və bu da bədəndə quruluğun yaranmasına səbəb olur. Belə vəziyyətlərdə insanlar hətta gəzə də bilmirlər. Bu cür epileptik tutmalar həyati əhəmiyyətli orqanlar üçün də təhlükəlidir. Hər şeydən əvvəl ürək və beyin qıcolması yaşanar ki, bu da şüurun itirilməsi ilə nəticələnə bilər”.
Bu gün Merkel Ştaynmayerlə görüşündə analoji hadisəni yaşadıqdan sonra məşhur rusiyalı həkim, həkim-kardioloq Aleksandr Myasnikov bunun hansı səbəbdən baş verdiyini ehtimal edib. 65 yaşlı həkim bildirib ki, bədənin bütöv halda titrəməsinin səbəbini çox zaman təyin etmək mümkün olmur. Bununla belə, o, Merkelin titrəməsinin Parkinson xəstəliyinin əlamətləri ola biləcəyini sözlərinə əlavə edib.
“Adətən, çox narahat olduğumuz zamanlarda bu, baş verir. Analoji situasiya trioid xəstəliyinin də göstəricisi ola bilər. Bundan əlavə, əllərin və başın titrəməsi sinir sistemindəki pozğunluqları göstərir. Əgər bütün bədən titrəyirsə, bu o deməkdir ki, endokrin sistemdə (bədənin müxtəlif hissələrində müxtəlif hormonlar ifraz edən və xüsusi maddələr yaradan vəzilərin yaratdığı bioloji orqanlar sistemi) ciddi problem var”.
Qeyd edək ki, Parkinson xəstəliyi Altsheymerdən sonra ikinci ən çox yayılan neyrodegenerativ xəstəlikdir. Parkinsonizmin xarakterik cəhəti onun tədricən inkişaf etməsidir. Müasir təbabət hələ ki, bu xəstəliyin çarəsini tapa bilməyib.
Paylaş:
Müəllif : Redaktor
Tarix:27-06-2019, 16:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:27-06-2019, 16:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti