reklam
Regionxeberlericom.az » Araşdırma » Bakıda kişinin qadını boğaraq öldürməsinin səbəbi məlum olub

reklam

Bakıda kişinin qadını boğaraq öldürməsinin səbəbi məlum olub
















Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Eynur Əlizadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report” xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı vəsatət qaldırıb.

Prokurorun yazılı vəsatətində məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin, yəni Cinayət Məcəlləsinin (CM) 120.2.11-ci (Qəsdən adam öldürmə, quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (Quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələrinin tərkib əlamətlərinin mövcudluğu müəyyən edildiyinə görə, ona CM-nin həmin maddələri ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş edib.

Dövlət ittihamçısının qənaətinə görə, ibtidai istintaq orqanı tərəfindən E.Əlizadənin CM-nin 120.2.5-ci (Qəsdən adam öldürmə, tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddəsi ilə tövsif edilməsi düzgün olunmayıb: “İstintaq orqanı əsassız olaraq o qənaətə gəlib ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmişin yaşadığı evə basqın edilməyib, Eynur Əlizadə zərərçəkmiş ilə cinsi əlaqədə olmaq məqsədilə gəlib və qadının ona göstərdiyi 14 700 manat pul vəsaitlərini ələ keçirmək üçün tamah məqsədilə sonuncunu qəsdən öldürüb”.

Dövlət ittihamçısının vəsatətinə əsasən, işin faktiki hallarından isə görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş ilə cinsi əlaqədə olmaq məqsədilə onun evinə gəlib. Daha sonra qadının ona göstərdiyi 14 700 manat pul vəsaitini ələ keçirmək məqsədilə zərərçəkmişə hücum edib, quldurluqla ələqədar qəsdən adam öldürmə cinayətini törədib və həmin pulu ələ keçirib: “Bu halda isə təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3-cü maddələrinin əlamətləri mövcuddur”.

Vəsatət təmin edilib.

Məhkəmənin qərarı ilə cinayət işinin baxılmasına xitam verilib və E.Əlizadəyə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya, prosessual rəhbərliyi həyata keçirən Sabunçu şəhər prokuroruna qaytarılıb.

Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2022-ci ilin yanvar ayının 14-dək uzadılıb.

Qeyd edək ki, mayın 31-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbədə kirayədə yaşayan 1990-cı il təvəllüdlü M.N (ad, soy adı şərti) tanışı E.Əlizadə tərəfindən sərinkeşin elektrik naqili ilə boğaraq qətlə yetirilib.

Daha sonra E.Əlizadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İttiham aktına əsasən, yüngül həyat tərzi keçirən M.N hadisə günü tanışı E.Əlizadə ilə cinsi əlaqədə olmaq məqsədilə yaşadığı evə gələrək birlikdə spirtli içki qəbul edib. Daha sonra qadın çarpayısının döşəkçəsinin altında özünə avtomobil almaq üçün saxladığı 14 700 manat məbləğində pulu ona göstərib. E.Əlizadə səhər saatlarında həmin pulu ələ keçirmək məqsədi ilə sərinkeşin naqili ilə qadını boğaraq öldürüb.




Paylaş:


Müəllif : Tarix:
18-12-2021, 17:56
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər