Kondisionersiz sərinləməyin 6 yolu - Fironların sirri
Sinoptiklər 42-43 dərəcəlik isti haqda xəbərdarlıq edir. İnsanlar isə gündüz yollarda, işdə, gecə yatanda isti ilə necə mübarizə aparacağını düşünür.
Çoxu kondinsineri cıxış yolu kimi görür. Amma kondinsioner də hər yerdə yoxdur. Heç düşünmüsüzmü, qədimdə nənə-babalarımız yayda ventilyator, kondinsionersiz necə dözürdülər? İnsan elə varlıqdır ki, hər şəraitə uyğunlaşır. Yetər ki, bəzi sirləri bilsin.
Axar.az xəbər verir ki, Medicina.az bu istilərlə baş etməyin 7 yolunu açıqlayır:
1. Evi qaranlıq saxla
Pərdələri, jalüzləri gecədən endirin. Evə düşən gün işığı içəridə "parnik effekti" yaradır. Əgər bunun qarşısını alsaz, ev istidən yanmaz, kifayət qədər normal temperatur olar.
2. Evi gecədən soyudun
Bütün gecə boyu pəncərələri açıq qoyun, qapıları torlu qapı ilə əvəz edin. Sərin gecə havası evi soyudur və bu temperatur gündüz də normada qalır. Xüsusən yelçəkənli evlərdə bu əla effekt verir. Bina evində yaşayanlar dəhlizə, bloka açılan qapını da axşam 1-2 saatlıq aralı qoysa, ev kifayət qədər nəfəs alacaq.
3. Gen, boş, açıq rəngli geyimlər seçin
İsti yay günləri cins, qara şalvar, dar geyimlər, tünd rənglər sizi çox tərlədəcək. Sintetikanı unudun. Təbii pambıq, kətan, krujeva, ipək material seçin. Çalışın üzərinizdə geyim minimum olsun.
4. Hindular və ərəblər kimi edin
Onların bir tryükü işə yarayır. Nazik dəsmal, yaylıq və ya pambıq parçanı suda isladın, yaxşıca sıxın və türban, çalma kimi başınıza sarıyıb, boynunuzda bağlayın. Dərhal necə sərinlədiyinizi görəcəksiz.
5. Fironların sirri
Bilirsizmi, isti, bürkülü Misir gecələrində kondinsioneri olmayan fironlar və saray əhli necə yatırdı? Mələfəni soyuq suda isladıb, bərk sıxıb, ona bürünüb yatardılar. Mələfə sulu yox, nəm olmalıdır. Bu üsul rahat yuxuya getməyə kömək edirdi. Əgər yaş mələfə istəmirsizsə, onda islaq corablar geyinin.
6. İşıqları, texnikanı söndürün
Yayda axşamlar az lampa yandırın, bütün texnikanı elektrikdən ayırın. Bunlar istilik verir. Küncdə zərif bra işığı yetərlidir. Hətta şam belə, lampa kimi istilik vermir.
7. İsti şorba, çay və qəhvə olmaz
Qaynar günlərdə qəhvə, şirin su, çay, isti yeməklərdən uzaq durun. Bədəni daxildən isitməyin sizə faydası olmayacaq.
Soyuducuda buz ehtiyatınız olsun. İçəcəyiniz suya buz atın. Hətta buz dolu qabı avtomobilə qoysaz, yolboyu maşın sərin olacaq.
Paylaş:
Müəllif : Redaktor
Tarix:26-06-2019, 08:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:26-06-2019, 08:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti