Məhkəmə özü -özünü məmurun cibindən aşağıda tutur - FAKT BUDUR!
"Sosial -iqtisadi və digər sahələrdə hökm sürən özbaşınalığın kökündə ölkədə məhkəmə hakimiyyətinin olmaması dayanır. Təsəvvür edin, əlilliyinin müəyyən edilməsindən, əlillik dərəcəsinin verilməsindən imtina edilən şəxs məhkəmədə iddia qaldırıb, Bakı İnzibati Məhkəməsinin hakimi Aygün Abdullayeva 6 aylıq süründürməçilikdən sonra ekspertiza təyin edib".
Məqalədə daha sonra bildirilir: "Deyə bilərsiniz ki, burda süründürməçiliyi çıxmaqla hansı qeyri-prosessual ilişgidən söhbət gedə bilər? Məsələ bundadır ki, hakim ekspertiza rəyinin verilməsini cavabdeh ƏƏSMN -in tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə tapşırıb. Belə rəyin öncədən cavabının məhkəmənin “xeyrinə” olacağı bəlli deyilmi ?
Bakı İnzibati Məhkəməsi, digər məhkəmələr, elə bil, ƏƏSMN qarşısında öhdəlik götürüb. Qarabağ qazilərinin məhkəmə təminatı və müdafiəsi hüququna qadağa qoyan məhkəmə, ümumiyyətlə, ərizələrə belə baxmır, şikayətlər , məhkəmə aktları gizlədilir. ƏƏSMN-in və tabeliyindəki qurumların, elə bil, məhkəmə toxunulmazlığı, “cəzasızlıq prezumpsiyası” hüququ var. 30 ilə yaxındır 1-ci dərəcəli Qarabağ qazisinin nəinki xaricdə, hətta ölkə içində müalicəsini təşkil etməkdən imtina edən, pensiyasını düzgün hesablamayan, mənzil-məişət məsələlərini çözməkdən imtina edən ƏƏSMN -ə qarşı iddiaya baxılmasını yubadan Şəki İnzibati-İqtisadi Məhkəməsinin hakimi İlqar Cabbarov qərəzlə işə Bakı İnzibati Məhkəməsində baxılmasını qərara alıb. Şikayətlər də sonuc verməyib və kassasiya şikayətinin yazılması üçün vəkil ayrılmasını apellyasiya instansiyasının dəyişməz üçlüyü Rövşən Rəfiyev, Gündüz Abbasov və Mübariz Hüseynov altı aylıq süründürməçilikdən sonra Şəki, Bakı yox, İsmayıllı hüquq məsləhətxanasına tapşırıb. Üç ay da İsmayıllıdan ayrılan Nəvahid adlı vəkilin şikayəti yazmağa “vaxtı olmayıb” və 10 günlük şikayətvermə müddəti 9 aya çatdığından Ali Məhkəmə kassasiyanı mümkün saymayıb. Beləliklə, 2 ildən sonra iş Bakı Apellyasiya Məhkəməsinin icraatına götürülüb. Hakim Rüstəm Kərimlinin il yarımlıq icraatında “yatan” iddia gizlin qərardadla mümkün sayılmayıb. Rüstəm Kərimli Azərbaycan Respublikası Prezidentinin 30.06.2020 tarixli 1077 saylı “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanının adını göstərmədən onun əsasında qərara gəlib ki, ƏƏSMN cavabdehlik daşıya bilməz. Fərman ƏƏSMN -in fəaliyyətinin təkmilləşdirilməsi haqqındadırsa, necə həmin fərmana əsasən iddia tələbinin ƏƏSMN -ə aid olmaması “daxili inamı” ilə iddia mümkün sayılmır? Belə çıxır, məhkəmə (hakimi) qərəzlə Prezidentin fərmanını saxtalaşdıraraq , gizlədərək özbaşınalıq edib? ! Rüstəm Kərimlinin 1-ci dərəcəli Qarabağ qazisinə qərəzi, kini bununla bitmir. Nizami icra hakimiyyəti və bələdiyyəsinə qarşı iddianı gizlin mümkün saymayıb ki, mülki xarakterli olduğundan ümumi məhkəmədə baxılmalıdır. İki il qabaq Nərimanov bələdiyyəsinə qarşı iddianı icraata götürüb və cavabdehin rüşvətilə gizlin xitam verib. Bakı Apellyasiya Məhkəməsi bu qərardadı ləğv edib və işi Bakı İnzibati Məhkəməsinə qaytarıb. Sabunçu məhkəməsindən Bakı İnzibati Məhkəməsinə Ədliyyə Nazirliyindəki tanışları vasitəsilə ezam olunmaqla ləğv edilmiş qərardadı üzrə işi sədr Araz Hüseynovun “təsadüfi” seçimi ilə icraatına götürən Rüstəm Kərimli 2 ilə yaxındır işi gizlədir. İddiaçı qazinin gizlin proseslərdən xəbər tutması, işin başqa vicdanlı hakimə verilməsinə ərizə verməsi ilə sonuclanıb. Məsləhətçi “hakimlər” ərizəyə bir ildən sonra “baxaraq”, pandemiyanın işə baxılmasını qadağan etdiyi 01.12.2020-ci il tarixli qərardadla iddianın mümkün sayılmadığını bildiriblər. Belə çıxır, Rüstəm Kərimli məhkəmədən kənar, “evdəqal” rejimində qərardad qəbul edib? Belə qeyri -prosessual özbaşınalığa indiyədək Məhkəmə Hüquq Şurası, baş prokurorluq hüquqi qiymət verilməsini təmin etməyib. Fərid Mədətli də qərəzdə, kində, nifrətdə həmkarından geri qalmır. Təsəvvür edin, bu hakim “Azəriqaz”ın rüşvətilə qərar qəbul edib ki, Qarabağ qazisinə saatda 10 kubmetrdən çox qaz sərf edən sənaye qaz qurğusu quraşdırılmalıdır. Bu yekəlikdə məhkəmə hakimi fikirləşə bilmir ki, günə yeni qiymətlə ən azı 30 manata yaxın qazpulu hesabı ilə Qarabağ qazisinin aylıq 900 manat pulu ödəməsi mümkün deyil? ! Bu rüşvət hakimi də qərarlarını gizlədir. Apellyasiya,kassasiya instansiyaları da bir-biri ilə qeyri-prosessual ilişgidən elə razıdırlar ki, şərəfli hakim adını, andını Konstitusiyanı da unudublar. Təsəvvür edin, Ali Məhkəmə (sədrlik edən Səyyad Kərimov) Ali Məhkəmənin Plenumunun 10.04.2015 tarixli 5 saylı “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarını, Konstitusiyanı Şəki İnzibati Məhkəməsinin hakimi İlqar Cabbarovun 15.02.2019 tarixli saxta qərardadından aşağıda tutub! (?)
Bakı İnzibati Məhkəməsinin ƏƏSMN -in qarşısında öhdəliyi məhkəmə qərarlarının icra olunmamasında da üzə çıxır. Təsəvvür edin, ƏƏSMN -in tabeliyindəki DSMF qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan , məktubla Qarabağ qazisinin pensiyasını yarıqat edib başqasına ödəyir və hələ də məhkəməyə rüşvət verib bərpa etmir, amma qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməkdən imtina edir. Özbaşınalıq o həddədir ki, 20.06.2016 tarixli 2-1 (81)-1095/16 saylı qərarı qəbul edən hakim Şərafət Məmmədova İPM-in 116. 2 maddəsinə əsasən qərarının icrasını təmin etməyi “unudub” və bu qeyri – prosessuallığına görə yuxarı instansiyaya təyinat alıb . Onun yerinə tələbkarın ərizəsinə baxmaqdan imtina edən Aygün Abdullayeva da 3 ildir dövlətin adından çıxarılan məhkəmə qərarını ƏƏSMN -in tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudovun rüşvətindən aşağıda tutur. Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsi isə şikayətlərə 2-10 il sonra “operativ qaynarlıqla” hələ də “baxmaqdadır”.
Nə isə, ƏƏSMN -in əlilliyi olan şəxslərin, digər insanların sosial hüquqlarının məhkəmədə müdafiəsinə qadağa qoymasını faktlarla sadalasaq, bir neçə cildə sığmaz. Fikrimizcə, elə sadaladıqlarımız faktlar da ƏƏSMN -in özbaşınalığının kökündə məhkəmə hakimiyyətinin olmamasının dayanmasını ortaya qoyur".
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...(Dia.az)
Paylaş:
Müəllif : Fuad
Tarix:20-11-2021, 13:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |