ÖLKƏDƏ KƏRƏ YAĞLARI ADI İLƏ NƏ SATILIR? - "Kağızın üstündə "təbii kərə yağı" yazılsa da...”
Azərbaycanda son dönəmlər ərzağın bahalaşması ilə yanaşı, onun keyfiyyətindən də narazılıq var. Belə məhsullardan biri də yağdır. Hazırda ölkədə kərə yağı adı ilə təklif edilən məhsulların bir kiloqramını müxtəlif qiymətlərə - 6 manatdan başlayaraq 20 manata qədər almaq mümkündür.
Bəzi ekspertlər vurğulayırlar ki, bir sıra istehsalçı ölkələrdə kərə yağı Azərbaycandan daha baha satılır. Bu isə, onların fikrincə, Azərbaycanda təklif edilən bəzi kərə yağlarının saxta olduğu anlamına gəlir.
Gömrük Komitəsinin məlumatına görə, bu ilin ilk 6 ayında xarici ölkələrdən Azərbaycana 8 min 175.3 ton kərə yağı və süddən hazırlanmış digər yağlar gətirilib. Açıqlamaya görə, bu 6 ayda idxal edilmiş kərə yağı üçün 39 milyon 980.7 min dollar vəsait ödənilib.
İdxal olunan kərə yağının 1 kiloqramının gömrük dəyəri isə 4.9 dollar (8.3 manat) olub.
Rəsmi açıqlamalara görə, Azərbaycana yağ, əsasən, Rusiya və Ukraynadan idxal olunur. Rusiyada rəsmən keyfiyyətli kərə yağı kimi tanınan məhsulun qiyməti təxminən 1000 rubl (təqribən 23 manat) təşkil edir. Ukraynada isə bu qiymət 400 qrivnaya (25 manat) çatır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Turan"a bildirilib ki, satışda kərə yağı adı ilə təklif edilən məhsullar mövcud olub və aşkar edildikcə onlar barəsində lazımı tədbirlər görülür: "Bu yağlar, əsasən, marqarin və spred yağlardır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyalarında bu tip yağlar bir neçə dəfə müayinə nəticəsində aşkar edilib".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə "Azadlıq" radiosuna deyib ki, Azərbaycanda istehlakçıların aldadılmasının hər variantına rast gəlmək olar: "Xüsusən də kərə yağı bazarında böyük problemlər yaşanır".
Onun deməsinə görə, ölkədə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanun 1995-ci ildə qəbul olunsa və sonra orada altı dəfə dəyişiklik aparılsa da, istehlakçıların hüquqlarını qorumur. O hesab edir ki, hökumət üzünü istehlakçılara çevirə bilmir.
Ə.Hüseynov vurğulayıb ki, bunun səbəbi məmur inhisarçılığıdır: "Azərbaycanda məmurlar bizneslə məşğul olur və qanunların ayaqlar altına atılmasına səbəb olublar".
Onun sözlərinə görə, bazarda bir çox hallarda bitki yağı ilə qarışıq yağlar kərə yağı kimi satılır: "Kağızın üstündə "təbii kərə yağı" yazılsa da, başqa yerdə balaca hərflərlə spred yağı olduğu yazılır. Ölkədə istehlakçı üçün məlumat standartları yoxdur".
İqtisadçı, işadamı Nazim Bəydəmirli isə qeyd edib ki, Rusiyanın müxtəlif dövlət orqanlarının araşdırmasına görə, kərə yağının istehsalında xammal kimi daha çox palma və digər bitki yağlarından istifadə olunur: "Azərbaycanda saxta yağlar kifayət qədərdir. Bunun aradan qaldırılmamasının səbəbi məmur sahibkarlığıdır, inhisarçılıqdır və müxtəlif orqanların buna göz yummasıdır".
N.Bəydəmirlinin fikrincə, kərə yağları həm Bakıda saxtalaşdırılır, həm də ölkəyə digər yerlərdən belə məhsullar gətirilir: "Dövlət orqanları bu monopolist şirkətlərdə yoxlama aparma imkanlarından məhrumdurlar. Şəffaf gömrük prosedurları olmadığına görə ölkəyə saxta kərə yağları da daxil olur". Onun sözlərinə görə, ölkədə müstəqil laboratoriyalar olmadığına görə vətəndaş ərzağın keyfiyyətini yoxlaya bilmir.
Yazıda səslənən fikirlərə, Dövlət Gömrük Komitəsindən münasibət almaq mümkün olmayıb.
"AzPolitika.info"
Paylaş:
Müəllif : Fuad
Tarix:14-10-2021, 19:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:14-10-2021, 19:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01