Hadı Rəcəbli bir qanuna 234 dəyişiklik edib – İşçilərin ziyanına
“Ölkə əhalisinin sosial vəziyyətini ağırlaşdıran çoxsaylı amillərdən biri də qanunlardır”.
Bunu Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyib. O, bildirib ki, Əmək Məsəlləsinə 1999-cu ildən bəri 309 dəyişiklik olunub. “Bunlardan 234-ü Parlamentin Sosial Siyasət Komissiyasının - sədr ömürlük deputat Hadı Rəcəbli - təklifi ilə dəyişdirilib.
Parlamentdəki deputatların 70%-dən çoxunun işəgötürən olması ucbatından dəyişikliklərin bir çoxu xüsusi ilə də Əmək Müqaviləsi bağlanması qaydalarına edilən dəyişikliklər işçinin ziyanına olub . Bu da ölkədə işsizliyin artmasına səbəb olur”.
M. Qəhrəmanlı deyir ki, “İşsizlikdən sığorta haqqında ” yeni qanun işsizlik sığortasını almaq hüququ olan vətəndaşların əhatəsini kəskin şəkildə məhdudlaşdırır: “Qanuna əsasən işsizlik sığortasına yalnız o şəxslər müraciət edə bilər ki, ya iş yeri ixtisara düşmüş olsun, ya da işlədiyi müəssisə fəaliyyətini dayandırmış olsun. Halbuki işsizlikdən sığorta haqqı istisnasız olaraq bütün işləyənlərin əmək haqqından ödənilir. 0.5% işçi tərəfindən,0,5% işəgötürən tərəfindən”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:20-06-2019, 15:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:20-06-2019, 15:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti