"Pfizer" peyvəndinin adının mənası GÖRÜN NƏ İMİŞ - MARAQLI FAKT
Ölkəmizdə bir çox vətəndaşın seçimi olan “Pfizer-BioNTech” (qısa formada “pfizer”) peyvəndinin adı rəsmi sənədlərdə “Comirnaty” adlanır. “Comirnaty” sözü ingilis dilində mövcud olmayan bir sözdür. “Comirnaty” adı, koronavirus, cəmiyyət və immunitet sözlərinin birləşməsidir.
RegionXəbərləri.com musavat.com-a istinadən xəbər verir ki, “BioNTech” şirkəti tərəfindən edilən şərhə görə, bu söz Covid-19, mRNA (molekulun adı), ingilis dilində camaat mənasını verən “Community ” və ingilis dilində immunitet mənasını verən “Immunity ” sözlərinin birləşməsindən əmələ gəlib.
Qeyd edək ki, Azərbaycanda da “Pfizer-BioNTech” vaksinindən istifadə edilir. “Pfizer”in qoruyucu təsiri ilk dozadan 12 gün sonra inkişaf etməyə başlayır.
Yeganə dozanın uzun müddətli qoruyucu təsiri tam məlum deyil və mütəxəssislər bunun üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildirirlər.
Hazırda peyvəndin 21-28 gün intervalla iki dozasının tətbiqi tövsiyə edilir.
Marka adlandırma və eyniləşdirmə şirkətlərinə xidmət edən Marka İnstitutunun İş və Kommunikasiya şöbəsinin müdiri Scott Piergrossi peyvəndin adının koronavirus immuniteti ilə əlaqəli olduğunu, orta hissənin isə peyvəndin hazırlanmasında istifadə olunan mRNA əsaslı texnologiyaya aidliyini bildirib.
Ad bütövlükdə ‘cəmiyyət’ sözünü xarakterizə edir və kütləvi şəkildə peyvəndlənmə məqsədi daşıyır. “Comirnaty” adı ilk dəfə keçən ilin dekabr ayında Avropa Dərman Agentliyinə təqdim edilib.
Bu agentlik hər bir dərman adını asanlıqla qəbul etmir. Qəbul şərtləri 42 səhifəlik bir sənəddən ibarət olmalıdır. Bu səbəbdən dərman və ya vaksin hazırlayan şirkətlər ad verərkən bu sənəddə yazılan qaydalara və xəbərdarlıqlara riayət etməlidirlər. “Pfizer” və “BioNTech” daha əvvəl ABŞ Patent və Ticarət Markası Bürosuna müraciət edərkən “Comirnaty” adından əlavə “Covuity”, “RnaxCovi”, “Kovimerna” və “RNXtrack” adlarını da ofisə təqdim ediblər, amma sonda “Comirnaty” adına qərar verilib.
Dərmanların və vaksinlərin adları müəyyən xüsusiyyətlərə malik olmalıdır.
Ən əhəmiyyətli xüsusiyyətlər, verilən adların cəlbedici olması, digər dərman və peyvəndlərlə qarışdırılmaması və asanlıqla tələffüz edilməsidir. Bunun xaricində adlarda istifadə olunan texnologiyaya istinad edilə bilsə də, içindəki komponentlərə istinadların olmasına icazə verilmir.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-09-2021, 12:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:19-09-2021, 12:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti