Azərbaycanda silahlı qətllərin sayı niyə artır? - Açıqlama
Son bir həftə ərzində odlu silahlarla 3 müxtəlif yerdə cinayət əməlli törədilib. Bunlardan biri Binəqədidə avtomobildən açılan atəşlə qətlə yetirilən avtoritet, digər hadisə isə Sabunçuda odlu silah vasitəsilə iş öldürülən iş adamı olub. Son hadisə isə bu gün Ağstafa rayonunda baş verib. Belə ki, keçmiş məhkum “Kalaşnikov” markalı avtomatla 4 nəfəri güllələyərək qətlə yetirib, bir neçə nəfəri isə yaralayıb.
Odlu silahlarla bağlı cinayətlərin artması haqda “Yeni Sabah”a danışan keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl bildirib ki, odlu silahlarla cinayət hadisələri dünyanın hər yerində olur:
“Dünyanın əmin-amanlıq olan ölkələrində, inkişaf etmiş, etməmiş dövlətlərində də belə cinayətlər mümkündür. Bunların səbəbləri var və qarşısı alına bilər. Deyim ki, bu yalnız bizdə baş verir, hansısa səhlənkarlıq nəticəsində olur, yox. Qisas zəminində baş verən hadisələr dünyanın hər yerində mümkündür.
Əvvəlki cinayətdə kriminal avtoritetlə bağlı məsələ oldu. Maşını saxlayaraq atəş açdılar. İkincisi, bu gün baş verən də həbsdən çıxan biriylə bağlıdır. Burada bir məsələni yaddan çıxarırlar, həbs islah olunmadır. Həbsdə insanlar üzərində əməliyyat işi qurulur. Əməliyyat işində göstərirlər ki, bu adam islah olunub, ya yox. Bu adamın fikri nədir. Ətrafında əməliyyat işi aparılır və müəyyənləşdirilir ki, çıxanda cinayət törədə bilər, yoxsa yox. Bu işlərə xüsusi diqqət yetirilməli, öyrənilməlidir.
Həbsdəki əməliyyat işinin tərəflərindən biri də budur ki, bu adamın çölə çıxıb cinayət etmə ehtimalı olduqca azdır. Bilməyə də bilərlər, amma ətrafda iş görülməlidir. Ola bilsin sirr kimi ürəyində saxlasın, heç kəslə bölüşməsin və çıxıb cinayət törətsin”.
İ.İsmayılın sözlərinə görə, əməliyyat işi qurulanda adətən adamların hərəkətlərindən bilinir ki, bu adam çıxıb yenidən cinayət törədə bilər, ya yox:
“Bu istiqamətdə iş aparmaq olar. Burada ən pis tərəf qisas zəminində baş verənlər deyil, odlu silahın əldə olunmasıdır. Bilirik ki, qeyri-qanuni silahın hissəsi olan patron belə olanda cinayət işi qaldırılır ki, qanunsuz silah saxlamısan. Burada həqiqətən səhlənkarlıq var. Cinayətkar necə olur ki, silah əldə edə bilir?
Silah əldə etmək çətin prosesdir. Asan deyil ki, gedib mağazadan alıb gətirəsən. Amma bunu asanlaşdırıblar. Bu o deməkdir ki, bu sahəyə xüsusi diqqət yetirilmir. Bunu polis cinayət axtarış şöbəsi yerinə yetirməlidir. Həm də təhlükəsizlik xidməti yerinə yetirməlidir, çünki qanunsuz silah əldə etmək daha başqa cinayətlərə səbəb ola bilər. Təkcə, məişət zəminində deyil, dövlət miqyasında cinayətlərə də gətirib çıxara bilər. Qanunsuz silah əldə etmək təhlükəlidir. Bu işlərə bir az diqqət olunmalı, nəzarət edilməlidir.
Son vaxtlar bu kimi halların artması bu işdə əməliyyat şəraitinə düzgün nəzarət edilməməsinin nəticəsidir. Bu, qanunsuz silah əldə etmənin və islah düşərgəsindən çıxanların növbəti cinayət edib etməməsi məsələsinə münasibətdə əməliyyat şəraitinə yaxşı nəzarət olunmaması kimi dəyərləndirilə bilər”.
Sabiq zabit bildirib ki, sonuncu cinayətin “Kalaşnikov” silahı ilə törədilməsi məsələni daha da ciddiləşdirir və çətinləşdirir:
“Çünki ov silahını tapmaq asandır. “Kalaşnikov” isə o deməkdir ki, sırf cinayət məqsədilə əldə edilib və saxlanılıb. Biz müharibə şəraitində olmuşuq, vaxtilə müəyyən silahlar itib, əldə olunmayıb. Onların axtarışı uzun müddət davam edib. Az qala anbar-anbar silahlar aşkar olunub. Tək-tək silahların axtarılması da daim gündəmdə olmalıdır. Hər halda mənə elə gəlir ki, bundan hüquq mühafizə orqanları dərs çıxaracaq”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:17-06-2019, 14:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
Son bir həftə ərzində odlu silahlarla 3 müxtəlif yerdə cinayət əməlli törədilib. Bunlardan biri Binəqədidə avtomobildən açılan atəşlə qətlə yetirilən avtoritet, digər hadisə isə Sabunçuda odlu silah vasitəsilə iş öldürülən iş adamı olub. Son hadisə isə bu gün Ağstafa rayonunda baş verib. Belə ki, keçmiş məhkum “Kalaşnikov” markalı avtomatla 4 nəfəri güllələyərək qətlə yetirib, bir neçə nəfəri isə yaralayıb.
Odlu silahlarla bağlı cinayətlərin artması haqda “Yeni Sabah”a danışan keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl bildirib ki, odlu silahlarla cinayət hadisələri dünyanın hər yerində olur:
“Dünyanın əmin-amanlıq olan ölkələrində, inkişaf etmiş, etməmiş dövlətlərində də belə cinayətlər mümkündür. Bunların səbəbləri var və qarşısı alına bilər. Deyim ki, bu yalnız bizdə baş verir, hansısa səhlənkarlıq nəticəsində olur, yox. Qisas zəminində baş verən hadisələr dünyanın hər yerində mümkündür.
Əvvəlki cinayətdə kriminal avtoritetlə bağlı məsələ oldu. Maşını saxlayaraq atəş açdılar. İkincisi, bu gün baş verən də həbsdən çıxan biriylə bağlıdır. Burada bir məsələni yaddan çıxarırlar, həbs islah olunmadır. Həbsdə insanlar üzərində əməliyyat işi qurulur. Əməliyyat işində göstərirlər ki, bu adam islah olunub, ya yox. Bu adamın fikri nədir. Ətrafında əməliyyat işi aparılır və müəyyənləşdirilir ki, çıxanda cinayət törədə bilər, yoxsa yox. Bu işlərə xüsusi diqqət yetirilməli, öyrənilməlidir.
Həbsdəki əməliyyat işinin tərəflərindən biri də budur ki, bu adamın çölə çıxıb cinayət etmə ehtimalı olduqca azdır. Bilməyə də bilərlər, amma ətrafda iş görülməlidir. Ola bilsin sirr kimi ürəyində saxlasın, heç kəslə bölüşməsin və çıxıb cinayət törətsin”.İ.İsmayılın sözlərinə görə, əməliyyat işi qurulanda adətən adamların hərəkətlərindən bilinir ki, bu adam çıxıb yenidən cinayət törədə bilər, ya yox:
“Bu istiqamətdə iş aparmaq olar. Burada ən pis tərəf qisas zəminində baş verənlər deyil, odlu silahın əldə olunmasıdır. Bilirik ki, qeyri-qanuni silahın hissəsi olan patron belə olanda cinayət işi qaldırılır ki, qanunsuz silah saxlamısan. Burada həqiqətən səhlənkarlıq var. Cinayətkar necə olur ki, silah əldə edə bilir?
Silah əldə etmək çətin prosesdir. Asan deyil ki, gedib mağazadan alıb gətirəsən. Amma bunu asanlaşdırıblar. Bu o deməkdir ki, bu sahəyə xüsusi diqqət yetirilmir. Bunu polis cinayət axtarış şöbəsi yerinə yetirməlidir. Həm də təhlükəsizlik xidməti yerinə yetirməlidir, çünki qanunsuz silah əldə etmək daha başqa cinayətlərə səbəb ola bilər. Təkcə, məişət zəminində deyil, dövlət miqyasında cinayətlərə də gətirib çıxara bilər. Qanunsuz silah əldə etmək təhlükəlidir. Bu işlərə bir az diqqət olunmalı, nəzarət edilməlidir.
Son vaxtlar bu kimi halların artması bu işdə əməliyyat şəraitinə düzgün nəzarət edilməməsinin nəticəsidir. Bu, qanunsuz silah əldə etmənin və islah düşərgəsindən çıxanların növbəti cinayət edib etməməsi məsələsinə münasibətdə əməliyyat şəraitinə yaxşı nəzarət olunmaması kimi dəyərləndirilə bilər”.Sabiq zabit bildirib ki, sonuncu cinayətin “Kalaşnikov” silahı ilə törədilməsi məsələni daha da ciddiləşdirir və çətinləşdirir:
“Çünki ov silahını tapmaq asandır. “Kalaşnikov” isə o deməkdir ki, sırf cinayət məqsədilə əldə edilib və saxlanılıb. Biz müharibə şəraitində olmuşuq, vaxtilə müəyyən silahlar itib, əldə olunmayıb. Onların axtarışı uzun müddət davam edib. Az qala anbar-anbar silahlar aşkar olunub. Tək-tək silahların axtarılması da daim gündəmdə olmalıdır. Hər halda mənə elə gəlir ki, bundan hüquq mühafizə orqanları dərs çıxaracaq”.
Paylaş:
Müəllif :
Redaktor
Tarix:17-06-2019, 14:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti