"Mədə xərçənginin erkən aşkarlanması tibbin qarşısında duran əsas məsələlərdəndir" (MÜSAHİBƏ)
Bu gün Milli Onkologiya Mərkəzində Azərbaycanın Milli Qurtuluş Gününə, həmçinin Milli Onkologiya Mərkəzinin nəzdində yaradılmış İnvaziv Diaqnostika və Müalicə Şöbəsinin 5 illiyinə həsr olunmuş "İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı konfrans keçirilib. Tədbirdə yerli həkimlərlə yanaşı, Türkiyə və Rusiyadan dəvət olunmuş tibbi mütəxəssislər də bu sahədə ən son elmi və praktiki fəaliyyətlərini paylaşıblar. Konfransda həkim və mütəxəssislərlə tibbin bu sahəsinin ən aktual məsələləri müzakirə olunub və cərrahi əməliyyat otaqlarından bir sıra əməliyyatlar da birbaşa olaraq yayımlanıb. Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Tədbirdə iştirak edən həkim-endoskopist Farmiz Əliyev "Report”un suallarını cavablandırıb.
- Dünyada mədə-bağırsaq traktındakı onkoloji xəstəliklərin artım tendensiyası nə səviyyədədir?
- Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada onkoloji xəstəliklərin yayılma faizi artır – 1999-cu illə müqayisədə 2020-ci ildə 2 dəfə artım gözlənilir. Lakin skrininq kolonoskopiyası və qastroskopiyasının səhiyyədə istifadəsi mədə və qalın bağırsağın erkən xərçənginin və selikli qişa xərçənginin ilkin əlamətlərinin diaqnostikasının xeyli təkmilləşməsinə yol açdı.
- Tibbdə "skrininq” terminini necə anlamalıyıq və endoskopiyada hansı müasir yanaşmalar mövcuddur?
- Səhiyyədə skrininq heç bir simptomu olmayan insan qruplarının xəstəliyi müəyyən etmək üçün müayinə edilməsi deməkdir. Son dövrə qədər cərrahiyyə əməliyyatı nəinki erkən xərçəngin müalicəsinin, həm də mədə bağırsaq traktının iri xoşxassəli törəmələrinin qızıl standartı idi. Lakin kiçik invaziv metodikaların inkişafı belə şişlərin, ilk növbədə, poliplərin endoskopik yolla aradan götürülməsini mümkün etdi. Bu törəmələrin kənarlaşdırılmasının yeni yolları – endoskopik selikli qişa rezeksiyası və endoskopik seliklaltı qat diseksiyası təklif və tətbiq edilib.
Erkən mədə xərçənginin endoskopik yolla kənarlaşdırılması barədə məlumatı ilk dəfə 1974-cü ildə yapon alimləri yayıb. M.Tados 1984-cü ildə digər müəlliflərlə birgə endoskopik selikli qişa rezeksiyası (EMR – endoscopicmucosalresection - red.) adlanan, mədə bağırsaq traktının epitelial törəmələrini kənarlaşdırmağa imkan verən yeni metodikanı hazırladılar. Bu metodika nəinki polipformalı, həm də qeyri-polipformalı törəmələri kənarlaşdırmağa imkan verir.
Endoskopik seliklaltı qat diseksiyası (ESD – endoscopicsubmucosaldissection- red.) mədə bağırsaq traktı xərçənginin kənarlaşdırılmasının ən yeni, "gənc” texnologiyasıdır.
- Pasiyentlərin sağ qalma göstəriciləri nə qədərdir?
- Mədə-bağırsaq traktında törəmə olan pasiyentlərin sağ qalma göstəriciləri diaqnozun qoyulma anındakı patoloji prosesin səviyyəsindən asılıdır. Həzm sistemindəki onkoloji patologiyaların və ilkin xərçəng formalarının erkən mərhələdə aşkarlanması müasir tibbin qarşısında duran mühüm məsələlərdən biridir. Endoskopist həkimin prioritet məsələlərindən biri də yeni tibb texnologiyalarının diaqnostikada və müalicədə tətbiqinə bağlıdır.
Paylaş:
Müəllif : Redaktor
Tarix:15-06-2019, 13:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:15-06-2019, 13:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01