Saxta “covid pasportu” alan məktəb direktoru
Xatırladaq ki, bu ilin aprel ayında aktualxeber.az saytında “Təhsil ocağında “korona sərgüzəştləri”” başlıqlı məqalə dərc etmişdik. Məqalədə Sumqayıt Evdə Fərdi Təhsil Məktəbinin direktor əvəzi Sevda Əliyevanın dövlət vəsaitlərini müxtəlif üsullarla mənimsəməsindən bəhs edilirdi. Qeyd edək ki, təhsil ocağı xüsusi tipli məktəb olduğundan orada əlilliyi olan sağlamlıq imkanları məhdud uşaqlar təhsil alır və onlara dərslər ev şəraitində keçilir. Əvvəlki direktorlar Məhəmməd Süleymanov və Mehman Adıgözəlovun zamanından daha artıq pul istəyən S.Əliyeva direktor təyin olunan gündən İcra hakimiyyətinə, Təhsil Nazirliyinə və digər qurumlara vermək adıyla ildə 2 dəfə hər müəllimdən 600-700 manat pul alır. Həmin pulu verməyənləri isə maaşa əlavə edilən 50 faiz vəsaiti kəsəcəyi ilə hədələyir. Məktəbdə dərs saatları da pulla satılır. Belə ki, 18 saat dərs 500, 24 saat dərs 800 manatdır. 50 faizə görə də əlavə 500 manat alınır ki, guya Hesablama Palatasına çatacaq. Bu azmış kimi direktorun tapşırığı ilə ayda hər müəllimdən 60-70 manat da əlavə pul yığılır.
Məlumdur ki, pandemiya zamanı isə dərslərin keçilməsi demək olar ki, yox səviyyəsinə düşübdü. Bu yaxınlarda bundan narazı qalan 9-cu sinif şagirdi Ayxan Allahverdiyevin valideyni Rəsmiyyə xanımın da şikayəti elə dərslərin keçilməməsindən olub. Bundan əlavə aktualxeber.az-a daxil olan məlumata görə ötən ilin sonlarında direktor əvəzi Sevda Əliyevanın 17 saylı məktəbdən dəvət etdiyi Sevda Şahmərdanova adlı müəllimədən aldığı 1.200 manat rüşvəti onun koronavirus xəstəliyindən rəhmətə getməsindən sonra ailəsinə qaytarmaq belə istəməyibdir. Rəhmətliyin qohumu Babək Zeynalov adlı şəxsin əlaqədar qurumlara etdiyi şikayətlərdən sonra direktor bu pulu qaytarıbdır.
Redaksiyamıza məktəbin bir qrup müəllimələri adından Aynurə Tahirova adlı bir şəxs yeni müraciət ünvanlayıbdır. Müraciəti olduğu kimi veririk:
“Bildirmək istəyirik ki, Sumqayıt evdə fərdi təhsil məktəbinin müəllimləri olaraq biz daha boğaza yığılmışıq. 2-ci ildir ki, məktəbimizə Sevda Əliyeva adlı bir nəfəri direktor əvəzi göndəriblər. Məktəbə ayaq basdığı gündən ancaq pul yığır. Sevda Əliyeva bizim məktəbə gələnə kimi 500 manata 30 saat dərs alırdıq, bu lap ağ eləyib. 30 saat dərsə 1500, 36 saat dərsə 2000 manat tələb edir, kimin pulu var verib dərsini alır. Bizim pulumuz yoxdur, deyir sizə dərs düşmür. Deyir “mən bura elə-belə gəlməmişəm, məni bura göndəriblər, nazir kimdir mənə göstəriş verə? Mənim arxamda icra başçısı Zakir Fərəcov və təhsil şöbəsinin müdiri Arzu Alızadə durub, nə edirəm onların tapşırıyla edirəm”. Sərt karantin vaxtı bizi məcbur edib işə çıxardırdı, sms götürüb məktəbə gəlib 3-4 saat qorxa-qorxa oturub gedirdik ki, birdən polis tutub cərimə edər. 2 ildir ki, stres içində yaşayırıq. Özü həkim qızının tanışları vasitəsiylə vaksin vurdurmadan saxta covid-19 pasportu alıb, bizi hədələyir ki, sentyabrın 15-ə kimi hər iki vaksini vurdurmayan işə buraxılmayacaq. Qanını yoxlasalar inanın vaksin vurdurmadığı aşkar olacaq. Məktəbdə başqa bir neçə yaxın olan müəllimlərə də belə saxta pasport təşkil edib. Bu qadın əvvəl işlədiyi Sumqayıt 2 saylı orta məktəbdən də elə bu cür əməllərinə görə qovulub, yenə dərs çıxarmayıb, direktor imtahanından keçə bilməyən adamı bizə rəhbər qoyublar, gələn gündən pul, pul deyir. Diaqnostikdən 6 bal yığana dərs verir, 40 bal yığana vermir, deyir pul verməsən dərs yoxdur, mən yuxarı haqq verirəm, şəhərdə abadlıq işləri görülür, şəhərin şəhid və qazi ailələrinə yardım edirik. Halbuki yalan deyir, Prezident ildə neçə dəfə Sumqayıtın abadlğına pul ayırır, şəhid və qazi ailələrinə də YAŞAT fondu qayğı göstərir. S.Əliyeva dərsləri satıb pulunu Arzu Alızadə ilə bölür. Bizdən pul yığıb saytlara, jurnallara verib özü barədə tərif yazıları yazdırır. Sonra da bizə deyir ki, hər sayta ayda 200 manat verirəm ki, məktəbə dəyməsinlər. Sevda Əliyeva 2 il direktor olduğu vaxtda bir dəfə də dərs keçməyib, məktəbdə oturub ancaq valideynlərə zəng edib deyib ki, “filan müəllimədən imtina edin, yoxsa uşağınız gələn il tibbi komissiyadan keçməyəcək”. Tibbi pedaqoji komissiyanın müdiri ilə əlbur olub dediyi ilə razılaşmayan valideynləri də incidir, uşaqlarını məktəbdən uzaqlaşdırmaqla hədələyir. Bu cür yollarla dərsləri müəllimlərdən alıb əvəzetməyə çıxarıb pulunu özünə götürür. Sevda Əliyeva bu 2 ildə o qədər qanun pozuntusu edib ki, artıq boğaza yığılmışıq və nə edəcəyimizi bilmirik. İş o yerə çatıb ki, məktəbin savadlı müəllimləri qıraqda qalıb başqa məktəblərin müəllimələrini çağırır ki gəlin pul verin dərs verim. Bazar günü məktəblər bağlıdır, S.Əliyeva dərs bölgüsü eliyir, biz haqsızlığa etiraz edəndə də özünə nəsə edib qanını üstümüzə tökəcəyini deyir. Çox xahiş edirik, məktəbimizə elə öz kollektivimizdən Elnurə müəllimə direktor əvəzi təyin olunsun, məktəbin işini də o aparırır, özü də ədalətli insandır. Biz Sevda Əliyevanı istəmirik”.
Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə yuxarıda sadaladığımız qanunsuzluqlardan xəbərdar olsa da hələ ki, bir tədbir görməyibdir. Məktəbdə baş verən qanunsuzluqlar yuxarıda sadaladıqlarımızla bitmir. Ümidvarıq ki, əlaqədar orqanlar bu yazımızdan sonra dövlət vəsaitlərinin mənimsənilməsinin qarşısını alacaq və günahkarları cəzalandıracaqdır.
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.
aktualxeber.az
Paylaş:
Müəllif : Fuad
Tarix:7-09-2021, 08:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:7-09-2021, 08:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11