"HƏR KƏS ONUN ƏKBƏROV TƏRƏFİNDƏN ÖLDÜRÜLDÜYÜNÜ DEYİRDİ" - Generalın məhkəməsində şahidlər danışdı
20 il əvvəl Ukraynada azərbaycanlı iş adamını öldürməkdə ittiham olunan Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərov barəsində cinayət işinin istintaqı Bakı Hərbi Məhkəməsində davam edir. Virtualaz.org xatırladır ki, general ittihamlarla razılaşmayıb, özünü təqsirli bilməyib, məhkəmədə ifadə verməkdən imtina edib. Elə istintaq dövründə də susmağa üstünlük verib.
Cinayət işi üzrə istintaq zamanı mərhum iş adamının sinif yoldaşı, uzun illərin yaxın dostu, biznes ortağı Səməd Novruzov dindirilib. İxtisasca hüquqşünas olan S.Novruzov ifadəsində 1995-1996-ci illərdə təsisçisi olduğu “Star” firması rəhbərlik etdiyini, adıçəkilən şirkətin Rusiyadan, Ukraynadan və digər dövlətlərdən ərzaq məhsulları alaraq Azərbaycana idxal etdiklərini deyib: “Elçinlə uzun illər dost olmuşuq. Bu işlərdə mənə köməklik göstərirdi. 1996-2000-ci illərdə Kiyev şəhərinə gedib-gəlir, alınan qida məhsullarının yüklənməsinə, Azərbaycana göndərilməsinə nəzarət edirdi. İşlə bağlı uzun müddət orada qaldığından Kiyevdən mənzil alınmasını istədi, etiraz etmədim. Elçinin adına üçotaqlı mənzil aldım, 2000-ci ildə ailəsi ilə birgə Kiyevə köçüb orada yaşamağa başladı”.
İş adamının ifadəsinə görə, 1998-2000-ci illərdə E.Əliyev Türkmənistan Respublikasına gedib-gələndən sonra oradakı tanışlardan birinin quru südün alınmasını təklif etdiyini deyib: “Mən də razılaşdım, 107 min dollar dəyərində quru süd məhsulunu alıb Azərbaycana gətirməsini istədim”.
Lakin məhsul ölkəyə gətirilərkən onun saxlama müddəti keçdiyindən idxal olunmasına icazə verilməyib, yenidən Türkmənistana qaytarılıb:“Pul əvvəlcədən ödənildiyindən sonradan həmin pulu geri ala bilmədik. Bununla bağlı Elçinlə aramızda hər hansı bir narazılıq olmadı. 2000-ci ilin sonlarında artıq Ukrayna ilə sahibkarlıq fəaliyyətimiz bitdiyindən bu sahədə əlaqələrimiz kəsildi. Lakin bir dost kimi bir-birimizlə həmişə əlaqə saxlamışıq”.
S.Novruzov ifadəsində 1995-ci ildən Elçinlə birgə Kiyevə gedib-gələrkən sonuncunun vasitəsilə Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimovla tanış olduğunu deyib: “Nazim İbrahimov Azərbaycanın Ukraynadakı səfiri vəzifəsinə təyin edilmişdi. Elçinin də Nazim İbrahimovla yaxın münasibəti olduğundan, səfirliyin inzibati ərazisində əvvəllər işlədiyindən tez-tez səfirliyə gedib-gəlirdi”.
S.Novruzov ifadəsində göstərib ki, sonuncu dəfə Elçinin ölümündən bir gün öncə telefonla əlaqə saxlayıblar. Dostu ona işlərini qaydaya saldıqdan sonra yaxın günlərdə Bakıya gələcəyini deyib. Ertəsi gün qohumlardan biri zəng vurub Elçinin öldürüldüyünü xəbər verib:“Şoka düşdüm, bir müddət hərəkət edə bilmədim. Sonra Elçinin valideynləri yaşayan ünvana getdim. Orada Elçinin qohum-əqrəbası, həmçinin Nazim İbrahimov da vardı. Elçinin anası Səmayə xanımdan nə baş verdiyini, kim tərəfindən bıçaqlandığını soruşdum. Səmayə xanıma oğlunun öldüyünü demişdilər”.
Elə həmin gün N.İbrahimovla birlikdə meyiti gətirmək üçün Ukraynaya yola düşüblər. Kiyevdə onları səfirliyin nümayəndələri qarşılayıb:“Polis şöbəsinə getdik, meyitin Bakıya yola salınması ilə məşğul olduq. İşlərimizi yekunlaşdırıb səfirliyə gəldik. Orada tanımadığım başqa şəxslər də vardı. Elçinin kim tərəfindən və hansı səbəbə görə öldürüldüyünü müzakirə edirdik. Tez-tez mənə Bakıdan zənglər gəlir, qohum-əqrəba, Elçini tanıyanlar onu kimin öldürdüyünü soruşurdular. Səfirlikdə baş verən müzakirə zamanı hiss etdim ki, əksəriyyəti hadisənin kim tərəfindən törədildiyini bilsə də həmin şəxsin adını çəkməkdən çəkinirlər”.
Müzakirələrdən gəldiyi qənaətə əsasən S.Novruzov ifadəsində deyib ki, Elçin hadisə baş verən gün Məzahir adlı şəxslə kafedə yeyib-içərkən həmin kafeyə iki hərbçi gəlib, onlarla mübahisələri yaranıb, həmin hərbçilərdən biri Elçini bıçaqla ürəyindən vurub:“Hərbçilərdən birinin polkovnik, digərinin isə hərbçi general Rövşən Əkbərov olduğunu dedilər”.
Səfirlikdən çıxdıqdan sonra mərhumun işlədiyi ofisə yollanan S.Novruzov oradakı işçilərlə görüşüb. Elçinin yanında işləyənlər hadisənin kim tərəfindən, hansı səbəbdən törədildiyini bilmədiklərini deyiblər. İşçilərdən biri, Aleksandr Qriqoryev S.Novruzova deyib ki, hadisə barədə məlumat almaq üçün polis şöbəsinə getdikdə orada “eqo svoi zarezali” deyiblər.
“Biz Bakıya gəlib Elçinin dəfnində iştirak etdik. Yas mərasimində hamı Elçinin general Rövşən Əkbərov tərəfindən öldürüldüyünü danışırdı”- şahid əlavə edib.
İş adamı uşaqlıq dostu Elçinin çox sakit, mülayim insan olduğunu, ətrafındakı hər kəslə mehriban münasibət qurduğunu, kimsəylə ədavəti, düşmənçiliyi olmadığını deyib: “Elçinin general Rövşən Əkbərov tərəfindən öldürülməsini eşitdikdən sonra bu hadisənin səbəbini aydınlaşdıra bilməmişəm. Çünki Elçinin uşaqlıqdan bəri ümumiyyətlə kiminləsə dalaşdığını eşitməmişəm. Yəni davakar insan deyildi, əksinə olduqca mülayim, gülərüz idi”.
İstintaq zamanı S.Novruzovun Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional İdarəsində baş məsləhətçi vəzifəsində işləyən qardaşı Mədət Novruzov da dindirilib. O, ifadəsində mərhum Elçin Əliyevlə eyni məktəbdə oxuduqlarını, Naxçıvan Dövlət Universitetinə birgə qəbul olduqlarını, təhsillərini bir yerdə davam etdirdiklərini deyib: “Elçin universiteti bitirdikdən sonra Bakıya köçüb bizneslə məşğul olurdu. Qardaşım Səmədə məxsus “Star” şirkətində onun yanında işləyirdi. Dəqiq hansı vəzifədə işlədiyini xatırlamıram”.
Şahid ifadəsində Elçinin ölüm xəbərini qardaşı Səmədin zəng vurub ona dediyini söyləyib:“Səməd dedi ki, Elçini öldürüblər, Nazim İbrahimovla birgə meyiti gətirməyə gedirik. Həmin vaxt Naxçıvanda idim, ertəsi gün Bakıya gəldim. Elçinin yas yerində hər kəs onun Rövşən Əkbərov tərəfindən öldürüldüyünü deyirdi. O vaxt Rövşən Əkbərovun kim olması haqda məlumatım yox idi. Sonradan öyrəndim ki, generaldır, milli qəhrəmandır”.
Şahid ifadəsində yas məclisinə gələnlərdən Elçinin ölümü ilə bağlı Kiyevdə cinayət işi başlanıldığını və general Rövşən Əkbərovun həmin işlə bağlı həbs olunacağını söylədiklərini eşidib: “Elçin yaxın dostum olub. Çox sakit, mülayim insan idi. Rövşən Əkbərovun adını isə ilk dəfə Elçinin yas yerində eşitmişəm”.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-08-2021, 22:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:28-08-2021, 22:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11