Allahşükür Paşazadədən sonra şeyxülislam kim ola bilər...
Son vaxtlar bəzi fikirləri birmənalı qarşılanmayan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam hacı Allahşükür Paşazadə haqqında müzakirələr səngimir. İranla bağlı açıqlamasından sonra etirazlara tuş gələn Şeyxlə bağlı sosial şəbəkələrdə və yerli mediada istefa çağırışları səsləndirildi, hətta onun postuna bəzi din xadimlərinin namizəd olması barədə müxtəlif versiyalar irəli sürüldü.
Ömürlük Şeyxülislam seçilmiş 72 yaşlı Paşazadənin varisinin kim olacağı maraq doğurur. Son günlər müzakirələr məhz bu sual ətrafında davam edir...
Bəs Azərbaycanda Allahşükür Paşazadədən sonra Şeyxülislam vəzifəsinə layiqli namizəd varmı? Varsa kimdir?
Bu barədə Modern.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, ölkəmizin din siyasətində boşluqlar var. Onun sözlərinə görə, son zamanlar dinlə bağlı bəzi proseslər sanki dövlətin nəzarətindən çıxır.
Deputatın fikrincə, ən azından hərbi hissələrdə müəyyən dini tədbirlər keçirilirsə, deməli, bu, Azərbaycanın iradəsindən kənar, hansısa xarici dövlətlərin müdaxiləsilə edilir:
"Şeyxülislam Hacı Allahşükür Paşazadənin açıqlamalarında qəbul etmədiyimiz müəyyən məqamlar olsa da, o, radikalizmə mənfi münasibət bəsləyir. Diqqət edirsinizsə, mərasimlərin aşırı radikalizmə yönəlməsinə mane olan addımları ilə yadda qalıb. Məsələn, qanvermə aksiyası hər halda müsbət addımdır. İnsanlara izah edir ki, qan çıxırsa, heç olmasa faydalı olmalıdır. Şeyxin radikal islamçılıqdan uzaq olması Azərbaycan dövləti üçün qaneedicidir".
F.Mustafa qeyd edib ki, Şeyxülislamı əvəz etməyə namizəd kimi görünən insanlar qonşu ölkənin təsiri altındadır:
"Hiss olunur ki, bütün təlimatları həmin istiqamətdən alırlar. Hesab edirəm ki, "Şeyxülislam kim ola bilər" məsələsi strateji məsələ kimi müzakirə olunmalıdır. Düşünmürəm ki, indiki məqamda bu rolu icra edəcək kadr tapmaq asan olsun. Çünki Azərbaycanda din siyasəti elə qurulmalıdır ki, dövlət özü prosesləri nəzarətdə saxlaya, bunu istədiyi istiqamətə apara bilsin".
Qeyd edək ki, Allahşükür Paşazadə 26 avqust 1949-cu ildə Lənkəranın Cil kəndində anadan olub. İlk dini təhsilini yerli din xadimlərindən alıb. 1968-ci ildə Buxarada "Mir-Ərəb" mədrəsəsinə daxil olub, daha sonra dini təhsilini 1975-ci ildə Daşkənd İslam Universitetində davam etdirib.
A.Paşazadə 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi, Təzəpir məscidinin axundu olub. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilib və Şeyxülislam dərəcəsinə yüksəlib. O, QMİ-nin 2003-cü ildə keçirilmiş qurultayında ömürlük Şeyxülislam seçilib. QMİ sədri Bakı Dövlət Universitetinin (BDU) prosessoru, eyni zamanda Tarix elmləri doktorudur.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-08-2021, 13:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:22-08-2021, 13:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11