İSFƏNDİYAR VAHABZADƏDƏ 1000 NÖQSAN TUTANLAR, BƏLKƏ GERİ DÖNÜB DÜNƏNİNİZƏ DƏ BİR NƏZƏR SALASINIZ?
( Amma nəzər salanda bir siz olun bir də vicdanınız!)
Bir neçə gündür keçmiş səfir İsfəndiyar Vahabzadənin Rusiya LDP-nın sədri VladimirJirinovskiyə cavabı müzakirə olunur. Öz münasibətimi sonda bildirəcəm amma bəzi soydaşlarımızı “olmaz olsun” deyib, Vahabzadəni ittiham edənlərin kiçik bir araşdırma ilə siyahısını tutmuşam onu nəzərdən keçirək,
Əvvəlcə VladimirJirinovskini tanıtdırmaq üçün Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) fəxri lideri Etibar Məmmədovun fikirlərindən başlayaq:
“Mən Jirinovskinin həyatını bilirəm, Türkiyədə hansı vəziyyətdə həbs olunub, onu da bilirəm. Jirinovski zorlanmış adamdır, gərək LGBT-nin üzvü olmalı idi. Onu həbs edən zabitlə də söhbət etmişəm, necə ittiham olunduğunu eşitmişəm. Onun türklərə qarşı nifrəti də zorlanmasından qaynaqlanır, amma yaxşılığı da unutmamalıdır. Onu həbsdən Arif Heydərov azad elətdirdi. Ən azından bunu unutmamalı idi. Mən də vaxtilə Jirinovskiyə, onun təhqirlərinə cavab vermişəm. Amma o, elə bir insandır ki, sonradan məktub yazıb məni qurultaya dəvət etdi. Mən də cavab məktubundan bildirdim ki, nə qədər ki o ordadır, öz mövqeyini dəyişməyib, üzr istəməyib, heç bir dialoqa girmərəm”.
2017 –ci ildə “Vladimir Jirinovski çox tərbiyəsiz insandır”deyən Qüdrət Həsənquliyevi fikir dəyişdirməyə nə vadar etdiyini bilməsək də onun “Bir tərbiyəsizə görə ( İsfəndiyar Vahabzadəni nəzərdə tutur) böyük bir xalqı təhqir etmək qəhrəmanlıq deyil. Hətta o xalqı təmsil edən dövlətin xalqımıza nə qədər pislik etdiyini düşünmüş olsan belə. Mən onu özündə güc tapıb rus xalqından üzr istəməyə çağırıram ” –düşüncəsini anlamadım. Vaxtı ilə Vladimir Jirinovski Azərbaycan xalqını “baran” adlandıranda siz hardaydınız, niyə öz dilinizdə, mədənicə Jirinovskiyə cavab vermədiniz?
Deputat Sahib Alıyev:”Açığı məni nə İsfəndiyar Vahabzadə kimi heç vaxt yerində olmayan, indi də yerini bilməyən birinin hərəkəti, nə də Rusiyadakı bəlli çevrələrin ona reaksiyası təəccübləndirir. Məni təəccübləndirən bu zorən diplomatı az qala qəhrəman edib göylərə qaldıran, onun hayların əlinə necə fürsət verdiyini anlamayan, Nemət Pənahlının, Rəhim Qazıyevin və digərlərinin ötən əsrin axırlarındakı “dərs”lərindən hələ də nəticə çıxarmayanlardır".
Yeri gəlmişkən İsfəndiyar Vahabzadəni “zorən diplomat” adlandıran, deputata 2 nüansı xatırlatmaq isteyirəm , onu Əbülfəz Elçibəy höküməti 1991–1994-cü illərdə XİN-də şöbə müdiri, Heydər Əliyev höküməti 1994–1997-ci illərdə AZ.Məd Nazirinin müavini, 1997–1999-cu illərdə Pakistan İR-da Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsində, 1999–2002-ci illərdə Cenevrədə BMT və digər beynəlxalq təşkilatlarda Azərbaycanın səlahiyyətli nümayəndəsi vəzifəsi verilib. Yəni burda “zor”dan söhbət gedə bilməz!
2-ci nüans –“Zorən” sözü istənilməyən bir şəxsi, böyük bir rayonun əhalisinin istəmədiyi halda o rayona “seçilmiş” deputatına şamil edilir.
Politoloq Rasim Musabəyov Vahabzadəyə sərt cavab verdi Bambılı!: “Düşünmürəm ki, Azərbaycan Rusiya ilə münasibətləri Vaqabzadənin dediyi bütün axmaqlıqları əsas tutaraq qurur. O, Azərbaycanda heç kimdir! Onun bəyanatlarının da heç bir əhəmiyyəti yoxdur!”
Rasim Musabəyov, rusa qulluq genetik olduğu üçün İsfəndiyar Vahabzadənin ünvanına dediyiniz “Bambılı ” sözünü özünüzə iadə etməyi düşünmürəm. Baban Q. Musabəyovun məktubu yetərlidir ki, nə olduğunuz ortaya çıxsın: “1920-ci ilin aprelində Orconokidze və Kirovun tapşırığı ilə mən Mikoyan və Yefremovla birlikdə "Beynəlmiləl" zirehlisində, döyüşə-döyüşə Bakını ələ keçirdik". Yeri gəlmişkən, İsfəndiyarın atası Bəxtiyar Vahabzadə isə sovet rejiminin kəshakəs dövründə boynuna könüllü olaraq kəndir salıb "Gülüstan” poemasını yazaraq gələcək nəsillərə mesaj ötürürdü. Genetika böyük faktdır!
Politoloq Əli Hacızadə: “Rasim Musabəyovun düzgün qeyd etdiyi kimi, İsfəndiyar Vahabzadə sadəcə axmaqdır. Necə olub ki, bu pislik uzun müddət XİN sistemində işləyib? Bu maraqlı sualdır”.
Bu fikri söyləyən politoloqun cəmi 37 yaşı var.Gəncdir. yəqin ki, talantlıdır. Amma şöhrət olmağın yolunu səhv bilir. Babası yaşında birinə, ömrünün böyük hissəsini diplomat olaraq çalışmış( Həm də Prezident Heydər Əliyevin təyinatı ilə) ağsaqqala, nəhayət xalqı ücün yazmış-yaratmış əsl böyük Azərbaycanlı Bəxtiyar Vahabzadənin oğluna “axmaq” “pislik” deyənin səviyyəsini “qurdalamağa” ehtiyac yoxdu. Bəlli oldu...
Politoloq Elçin Alıoğlu: “Bu adam necə səfir olub, necə diplomatik fəaliyyətdə olub, anlamıram.Tragikomediyadır. Rusiyanı tərifləməyin gərək olduğunu demirəm. Zatən, hər şey ortada.
Amma İ.Vahabzadənin rus millətini aşağılaması, təhqir etməsi yolverilməzdir, etikadan kənardır, siyasi mədəniyyətsizlikdir. Tənqid etmək olar - təhqir yox.
Jirinovskini söyən Vahabzadə eynən Jirinovskiyə bənzəyir”.
Maraqlıdır Elşin müəllim, görəsən Jirinovski bizim xalqımızı “barani” deyib təhqir edəndə, sizin statusda bir rus politoloq çıxıb Jirinovskinin hərəkətlərini “siyasi mədəniyyətsizlik” adlandırıb, onu tənqid edib? Əlinizdə elə bir fakt varmı? Yoxdursa, “özünə əl qatmaq”, “özünü lezvalamaq” nəyə lazımdır?
Real TV-nin sahibi Mirşahin Ağayev:” İsfəndiyar Vahabzadənin çıxışlarını müxtəlif vaxtlarda izləmişəm. Dayaz və məsuliyyətsiz, qaragüruh zövqündə birisidir. Uzun müddətdir ki, Azərbaycanda və Azərbaycana yayımlanan “metrikasız” internet “telekanallar”ının bəsit zövqlü, primitiv düşüncəli izləyicilərini əyləndirməklə məşğuldur. Nə diplomatıığı, nə professorluğu, nə ziyalılığı, nə də övladlığı (rəhmətlik atası mənə tarixi müsahibəsində məhz İsfəndiyarı “Şeytana yaxın övladı” adlandırmışdı) o səviyyədədir.
Əslində Mirşahin Ağayev haqqında nə yazsam, onun haqqında deyilmiş, yazılmış heç bir fikri ifadə edə bilməyəcəyəm. Amma bir olmuş hadisəni deyim: Tanıdığım həddən artıq qorxaq, yalançı, əqidəsiz biri var. Özünü tərifləyəndə, yaxud yalan bir fikri doğru kimi qələmə verəndə deyərdi “ Dahi şairimiz rəhmətlik Filankəs , mənə deyirdi ki, sən çox fenomen , istedadlı adamsan ” .)))Yəni, “yalan söhbətdə” özündən başqa şahid olmazdı... Nəisə...
Media Holdinqinin rəhbəri Aynur Camalqızı : İ.Vahabzadə çıxışında deyir ki, mən işğalınızda iştirak etmişəm, Əfqanıstanda xidmət etmişəm.
Sovet ordusu Əfqanıstana girəndə ora gedən bütün diplomatlar, tərcüməçilər heç biri KQB-dən (Oxu: QRU) kənar deyildi, bunu bilməyən yoxdur. Çünki dövlətin siyasəti bunu tələb edirdi – hər bir diplomat sovet kəşfiyyatının qulağı, gözü idi. İsfəndiyar Vahabzadə 1976-79-cu illərdə İranın Hərbi Nazirliyində hərbi tərcüməçi, 1983-85-ci illərdə Əfqanıstandakı sovet ordusunda (SSRİ Müdafiə Nazirliyi) hərbi tərcüməçi işləyib.
İ.Vahabzadənin kimliyi bəllidir, hara bağlı olduğu və illərlə hardan təlimat aldığı da! Və bu, heç də Azərbaycan DTK-sı olmayıb, məhz KQB olub, QRU olub!”
Əziz və hörmətli Aynur xanım hər zaman sovet dövründə KKB-də ali, yüksək mövqe tutanlara qarşı amansız olub. Hətta üzüyünü də bu yola qurban deyib. Ümid edirik gün gələcək Aynur xanım İsfəndiyar Vahabzadənin də əllərini qürurla sığacaq.
Mənim İsfəndiyar Vahabzadə haqqında düşüncələrimə gəlincə isə... Jirinovskiyə cavab verməli olan əslində Polad Bülbül oğlu olmalıydı. O Polad ki, jurnalist Anar Həsənov Lavrova Qarabağ torpaqları Azərbaycana məxsusluğunu xatırladarkən, dayaq-dəstək olmaq əvəzinə, onu nəinki işlədiyi redaksiyadan, hətta Moskvadan cıxarılmasını Azərbaycana göndərilməsini tələsik təşkil etdi. Zatulin, Savalyov, Jirinovski Azərbaycanı təhqir edəndə 77 yaşı ilə əlaqədar vəzifə kreslosunda mürgü döyən səfir niyə susdu axı?
Son olaraq uşaq vaxtı bir oyun vardı.Onunda tərkibində belə bir şeir parçası vardı: “Əlimin içindən gəlir, içinin içindən gəlir, içində bir noxud var, onunda içindən gəlir”.
İsfəndiyar Vahabzadənin əlinin içindən gəlir, yaxşı eliyir. Içinin içindən gəlir, hələ noxudunda icindən gəlir.
Hələlik bu qədər!
Əntiqə Rəşid
Teref.az
Paylaş:
Müəllif : Fuad
Tarix:14-08-2021, 22:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:14-08-2021, 22:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26