Sahibə Qafarovanın İrana səfəri kimləri narahat edir... - Diplomatik gərginlik yaratmağa çalışırlar
Avqustun 5-də Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün qonşu ölkəyə səfər etdi.
Səfər çərçivəsində bir sıra vacib görüşlər keçirildi, ölkələr arasında münasibətlərin inkişafına dair faydalı müzakirələr aparıldı. Həmçinin danışıqlarda Azərbaycan tərəfinin regional məsələlərlə bağlı açıq mövqeyi ifadə olundu.
Belə önəmli səfərdən sonra Azərbaycanla İran arasında əlaqələrə kölgə saxlamağa çalışan bəzi dairələr ortaya atılaraq xoşagəlməz müzakirələr açdılar. Məsələnin mahiyyətinə varınca, irəli sürülən iddiaların cəfəngiyyat olduğu və təxribat məqsədi daşıdığı aydın şəkildə görünür.
Xüsusilə, xanım spikerin İranın yeni seçilmiş prezidenti İbrahim Rəisi ilə görüşü zamanı Azərbaycan bayrağının asılmamasını əlində bayraq edənlər, görünür, İran dövlətinin protokol qaydalarından xəbərsizdir, ya da bilərəkdən ölkələr arasında diplomatik gərginlik yaratmağa çalışırlar.
İnauqurasiya mərasimində lentə alınan videogörüntüləri diqqətlə izlədiklə məlum olur ki, tədbir ərəfəsində keçirilən görüşlər zamanı yalnız İran dövlətinin bayrağı asılır. Təkcə Sahibə Qafarovanın keçirdiyi görüşdə deyil, digərlərində də bunu görmək olar.
Eləcə də qonşu ölkədə səfərdə olarkən xanım qonaqların geyim forması məhz İran tərəfinin protokol qaydalarına uyğun olaraq müəyyən edilir. Bu, artıq illərdir ki, ənənə halını alıb. Hətta xristian ölkələrindən İrana gələn xanım rəsmiləri belə İranın daxili qaydalarına xas formada geyimə üstünlük verirlər.
Bəs o zaman bu cür yerliz müzakirələr kimə lazımdır? Yaxud spikerin İrana önəmli səfəri hansı dairələri narahat edir?
Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü Asim Mollazadə Modern.az-a bildirib ki, spiker Sahibə Qafarova səfər zamanı protokol qaydalarına uyğun davranıb.
“Milli Məclisin sədri Sahibə Qafarovanın geyimində heç bir problem yoxdur. Çünki o, İranda qəbul olunmuş protokola uyğun geyinib. İrana gələn Avropa ölkələrinin nümayəndələri də bu protokola riayət edir. Mənə elə gəlir ki, bununla bağlı müzakirələr yersizdir və Sahibə Qafarovanın hər zaman olduğu kimi, bu səfəri də yüksək səviyyədə keçib. Düşünürəm ki, səfərlə bağlı qərəzli, səviyyəsiz və tənqidi sözlərin heç bir əsası yoxdur”
Deputat Arzu Nağıyev hesab edir ki, belə məsələlərin qabardılması heç bir məntiqə sığmır.
“Spiker Sahibə Qafarovanın İran səfəri ilə bağlı verilən açıqlamalar Milli Məclisin üzvlərini nüfuzdan salmaq xarakteri daşıyır. Bunlar Sahibə Qafarovanın protokola uyğun geyim qaydaların nədən ibarət olduğunu bilməyən insanların mülahizələridir. Düşünürəm ki, hər şey protokola uyğun olub. Lakin məqsədyönlü, qərəzli şəkildə məlumatlar yaymaqla məşğul olan bir qrup mövcuddur”.
Parlament jurnalisti Elşad Paşasoy isə vurğulayıb ki, səfərlə bağlı daha vacib məsələləri diqqətə çəkmək lazım idi:
“Mən səfəri izlədim. Parlamentin xanım sədrinin İran İslam Respublikasına səfərində müzakirə olunası məsələlər var idi. Ancaq bir xanımın geyiminin müzakirə olunmasını insanlarımıza yaraşdırmadım. Daha vacib məsələləri diqqətə çəkmək lazım idi. Xanım sədrin Xocalı Soyqırımının tanınması ilə bağlı iranlı həmkarının qarşısında çıxış etməsi diqqət cəlb etməli idi. Vacib olmayan mövzuya diqqət yönəltməklə Azərbaycanın gündəmində olan məsələni bir kənara qoydular”.
Milli Məclis üzvü Aydın Mirzəzadənin sözlərinə görə, spiker Sahibə Qafarovanın İrana səfərini uğurlu adlandırmaq olar:
“Sahibə xanım Azərbaycanın parlamentini çox müvəffəqiyyətlə təmsil etdi. Sosial şəbəkədə qaldırılan məsələlərə gəldikdə isə bunların heç birinə ehtiyac yox idi. Hər bir ölkənin xüsusi protokol qaydaları olur. Həmin ölkəyə səfər edən hər bir qonaq həmin protokola uyğun addım atmalıdır. İran tərəfində xüsusilə geyimlərə fikir verirlər. Sahibə Qafarovanın həmin geyimi İran İslam Respublikasının daxili qaydalarına olan hörmətdən irəli gəlir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-08-2021, 21:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:9-08-2021, 21:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01