Vətən Müharibəsi İştirakçılarının Hüquqlarını Müdafiə Birliyi əsas hansı problemi həll edəcək... - MÜSAHİBƏ
Nahid Salayev: “Vətən Müharibəsi İştirakçılarının Hüquqlarının Müdafiəsi İctimai Birliyi yeni təsis edilməsinə baxmayaraq...”
“Əsas məqsədlərimizdən biri də onların arzu və istəklərini, qayğılarını Vətən müharibəsi iştirakçılarının yaratdığı bu təşkilat vasitəsilə yuxarı orqanlara çatdırmaq və həllinə nail olmaqdır”
Bildiyimiz kimi, bu günlərdə Vətən Müharibəsi İştirakçılarının Hüquqlarının Müdafiəsi İctimai Birliyi təsis edilib. Birliyin sədri, Vətən müharibəsi qazisi Nahid Salayev müsahibimizdir.
- Nahid bəy, bu təşkilatı yaratmaqda əsas məqsədiniz nə olub?
- Əsas məqsədimiz Vətən müharibəsi iştirakçıları və qazilərin problemlərini işıqlandırmaq, onlara dəstək olmaqdır. Eyni zamanda da onları daha çox maarifləndirmək və hüquqlarının müdafiəsində rol oynamaqdır. Bilirsiz ki, Vətən müharibəsindən sonra müharibə iştirakçılarımız və qazilərimiz bir sıra problemlərlə üzləşir. Bu problemlərin həll olunması üçün fərdi qaydada yox, Vətən müharibəsi iştirakçılarının birgə dəstəyi ilə köməklik göstərməkdir. Vətən müharibəsi iştirakçılarını bir təşkilatda cəmləmək, təbii ki, böyük bir məsuliyyət tələb edir. Amma bizim əsas məqsədimiz qazilərlə, Vətən müharibəsi iştirakçıları ilə dövlət strukturları, eləcə də digər təşkilatlar arasında bir körpü rolunu oynamaqdır. Məqsədimiz konkret olaraq xaotik yox, daha sanballı və daha təşkilatlanmış formada öz problemlərimizi işıqlandırmaqdır. Təbii ki, dövlətimizin bizə dəstəyi böyükdür. Bu dəstəyə nail olmaq üçün xaotik formada çıxışlar edib istəklər bildirmək effekt vermir. Bəzi hallarda kimlərsə narazı qalır, bəzi hallarda kimlərsə inciyir. Amma inanıram ki, bizim yaratdığımız Vətən Müharibəsi İştirakçılarının Hüquqlarının Müdafiəsi İctimai Birliyi bu probelmlərin aradan qaldırılmasına köməklik göstərəcək.
Qazilərimiz bizim cərgələrdə birləşməklə, təşkilata üzv olmaqla, inanıram ki, problemlərin daha tez həll olunmasına şərait, imkan yaradılmış olacaq.
- Bəzi hallarda qazilərimizin öz problemlərini ifadə etməsi müəyyən təşkilatlar tərəfindən “dövlətdən narazılıq” kimi qələmə verilməyə çalışılır. Buna münasibətiniz necədir?
- Olduqca vacib məsələni qeyd edirsiz. Çox təəssüflə qeyd etmək istəyirəm ki, bəzi hallarda qazilərimizin istəkləri anti-dövlət maraqlarından çıxış edən müəyyən şəxslər tərəfindən xoşagəlməz formada işıqlandırılır, təhrif edilir, bunu Vətən müharibəsi qaziləri ilə dövlət arasında guya hansısa problem kimi qələmə verməyə cəhd edirlər. Onların bu yanaşmaları, təbii ki, tamamilə yanlışdır. Sadəcə, qazilərin, müharibə iştirakçılarının sözlərini, fikirlərini, arzu və istəklərini dövlətə çatdırmaq üçün bir körpü rolunu oynayan təşkilata ehtiyac vardı. Məqsədimiz sırf bu istiqamətdə qazilərlə dövlət arasında istiqamətverici bir formada həm onların müdafiəsi, həm də daha çox maarifləndirici iş aparmaqla problemlərin həllinə yardım göstərməkdir. Ən birinci məqsədimiz budur.
- Səhv etmiriksə, təşkilatda keçmiş döyüş yoldaşlarınız da təmsil olunur. Bu barədə nə deyə bilərsiz?
- Bəli, təşkilatımızın əksər üzvləri mənim döyüş yoldaşlarımdır. Demək istəyirəm ki, Vətən müharibəsində iştirak edən hər kəs bizim döyüş yoldaşımızdır. Bu döyüş yoldaşlarımızın bizimlə birgə bu təşkilatda təmsil olunması həm də bizim fikirlərimizi, məqsədlərimizi həyata keçirmək üçün böyük imkan yaradır. Çünki bizim məqsədimiz dövlətə qarşı gəlmək deyil, sadəcə olaraq dövlətlə Vətən müharibəsi iştirakçıları arasında bir əlaqələndirici rolunu oynamaqdır. Mənə elə gəlir ki, bu təşkilatın özü bir rupordur. Bu təşkilatda döyüş yoldaşlarım da iştirak edir. Həyatda həmişə belə bir devizim olub: dünyada ən möhkəm dostluq, yoldaşlıq, əməkdaşlıq səngər yoldaşlığından irəli ola bilməz. Biz hamımız səngər yoldaşlarıyıq, hamımız ölümün gözünə dik baxmışıq. Mənə elə gəlir ki, bu amal uğrunda birləşən şəxslər məqsədlərinə doğru da inamla irəliləyirlər. Döyüş yoldaşlarımın bu təşkilatda təmsil olunması mənim üçün həm böyük fəxrdir, həm qürurvericidir. Həm də inanıram ki, biz öz məqsədimizə nail olmaq üçün böyük addımlarla irəliləyəcəyik.
- Təşkilatın hazırda nə qədər üzvü var?
- Vətən Müharibəsi İştirakçılarının Hüquqlarının Müdafiəsi İctimai Birliyi yeni təsis edilməsinə baxmayaraq, 1000-ə yaxın üzvü var. Sıralarımızın daha da genişlənəcəyini gözləyirik. Çünki təşkilatımızın məramı, məqsədi hamıya aydındı. Bütün döyüş yoldaşlarımız da artıq bu sahədə məlumatlanıb. Təşkilatımızın üzvləri də məlumatlıdır ki, bizim birliyimiz konkret olaraq Vətən müharibəsi iştirakçılarına, qazilərimizə həm mənəvi, həm psixoloji dəstək vermək, həm də hüquqlarının müdafiəsi yönündə köməklik göstərmək məqsədilə yaradılıb.
- Vətən Müharibəsi İştirakçılarının Hüquqlarının Müdafiəsi İctimai Birliyinin qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə müraciət etmisizmi?
- Hazırda üzvlərimizin sayı artır, sıralarımız genişlənir. Bu baxımdan, bu yaxınlarda biz təşkilatımızın qeydiyyatdan keçirilməsi üçün Ədliyyə Nazirliyinə müraciət edəcəyik. İndi hazırlıq prosesindəyik. Eyni zamanda da sıralarımızın daha da genişləndirilməsi üçün Vətən müharibəsində iştirak edən şəxslər arasında təbliğat işləri aparılır. Dediyim kimi, məqsədimiz qazilərimizə hüquqi, mənəvi, psixoloji dəstək göstərməkdir. İnanıram ki, bu təşkilat qazilərimizin üzləşdiyi problemlərin həll olunmasında kifayət qədər rol oynayacaq. Üzvlərin qəbul olunması prosesi davam edir, ümid edirəm ki, çox yaxın zamanlarda üzvlərimizin sayı minlərlə olacaq.
- Yəqin ki, hədəfinizdə Vətən Müharibəsi İştirakçılarının Hüquqlarının Müdafiəsi İctimai Birliyinin regional bölmələrini yaratmaq da var. Çünki rayonlarda da bəzi məmurlar tərəfindən yaradılan bürokratik problemlərlə üzləşənlər də olmamış deyil.
- Regonal bölmələrimiz yaradılacaq. Hazırda təşkilat təşkilati işlərlə məşğuldur, üzvlərimizin sayının artırılması, Ədliyyə Nazirliyinə müraciət etməklə bağlı prosesləri davam etdiririk. Hədəfimiz təşkilatımızın rayon bölmələrini də yaratmaqdır. Çünki Vətən müharibəsi Azərbaycanın hər bir nöqtəsini əhatə edib, hər bir rayonda, kənddə Vətən müharibəsi iştirakçılarımız, qazilərimiz yaşayır. Məqsədimiz təşkilatın regional bölmələrini yaratmaqla regionlarda qazilərimizin və Vətən müharibəsi iştirakçılarımızın üzləşdikləri problemlərin həllinə köməklik göstərməkdir. Bütün bunlar nəzərdə tutulur. Regionlarda yaşayan və bizim təşkilata müraciət edən Vətən müharibəsi iştirakçılarının bizimlə əlaqələrinin əlçatanlığını, rahatlığını təmin etmək üçün regionlarda bölmələrin yaradılması nəzərdə tutulur, bu proses davamlı olaraq həyata keçirilir.
- Bilirsiz ki, bəzi qazilərimiz müəyyən bürokratik əngəllərlə üzləşir. Hələ də bəzilərinin problemləri məmurlar tərəfindən həll edilməyib. Sizin təşkilat onların hüquqlarının müdafiəsi və bərpası istiqamətində hansı işlər görmək niyyətindədir?
- Müharibədən sonra bəzi hallarda qazilərimiz müəyyən problemlərlə üzləşdilər. Bu bəzən bürokratik əngəllər oldu, bəzən isə qazilərimizin öz fikirlərini doğru-düzgün çatdıra bilməməsi ilə bağlı oldu. İnanıram ki, bu problemləri aradan qaldırmaq üçün gələcəkdə bizim təşkilat çox mühüm rol oynayacaq. Çünki məqsədimiz konkret olaraq qazilərimizi öz cərgələrimizdə birləşdirmək, onların problemlərini dinləmək, problemləri dövlətin qəbul edəcəyi bir formada onlara çatdırmaqdır. Eyni zamanda da qarşıya çıxan bürokratik əngəllərə qarşı mübarizə aparacağıq. Mübarizəmiz sırf hüquqi yollarla aparılacaq. Bunu da xüsusi qeyd etmək istəyirəm ki, biz proseslərin gedişində birliyimizin üzvü olan Vətən müharibəsi iştirakçılarının ixtisaslarından da istifadə edəcəyik. Yəni içimizdə hüquqşünaslar varsa, onlar da müdafiə prosesində iştirak edəcək. Amma gələcəkdə qazilərimizin və Vətən müharibəsi iştirakçılarının hüquqlarının müdafiəsi üçün Vəkillər Kollegiyası və digər qurumlarla əməkdaşlıq etməyi qarşımıza hədəf kimi qoymuşuq.
- Qazi və şəhid ailələrinin hüquqlarının müdafiəsi istiqamətində indiyə qədər görülən işlər sizi qane edirmi? Bu sahədə hansı çatışmazlıqlar var ki, siz məhz o istiqaməti diqqətdə saxlayacaqsınız?
- Hazırda qeyd edim ki, qazilərin və şəhid ailələrinin hüquqlarının müdafiəsi istiqamətində indiyə qədər görülən işlər məni müəyyən mənada qane etsə də, çatışmazlıqların olması danılmazdı. Bu çatışmazlıqların yaranmasında bəzi dövlət qurumları, o cümlədən də Vətən müharibəsi iştirakçılarının öz problemlərini doğru-düzgün ifadə etməməsi də müəyyən rol oynayır. Vətən müharibəsində az insan iştirak etməyib, kifayət qədər böyük sayda insan iştirak edib. Bunların isə hamısının problemlərini eyni vaxtda dəyərləndirmək çətindir, fiziki cəhətdən mümkün deyil. Bizim təşkilatın yaranma səbəblərindən biri də o idi ki, Vətən müharibəsi iştirakçılarının və qazilərimizin problemlərinin işıqlandırılmasına biz öz hüquqi dəstəyimizi də göstərək, maarifçilik məsələsində iştirak edək. Bizim gələcəkdə qazilərin istəklərinin həyata keçirilməsi, problemlərinin həll edilməsi istiqamətində addımlarımız sırf hüquqi müstəvidə olacaq. Yəni əsas məqsədlərimizdən biri odur ki, qazilərimiz öz fikir və istəklərini xaotik şəkildə deyil, aydın şəkildə ifadə etsin. Çünki onlar öz problemlərini doğru-düzgün ifadə edəndə o problemin həll olunması da tezləşir. Məhz bu məqsədlə yaratdığımız ictimai birlik həm də Vətən müharibəsi iştirakçılarının, qazilərin, şəhid ailələrinin problemlərinin işıqlandırılmasında böyük rol oynayacaq, həm də bu kateqoriyadan olan şəxslərin fikirlərinin arzuolunmaz şəxslər tərəfindən təhrif olummasına imkan verilməyəcək. Məqsədimiz dövlətlə Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid ailələri arasında incikliyin yaradılmasına heç cür imkan verməmək, problemlərin həllinə töhfə verməkdir. Bu bizim təşkilatın əsas məramlarından biridir.
- Şəhid övladlarının sosial-mənəvi, hüquqi problemlərinin həlli istiqamətində nə kimi addımlar atmaq niyyətindəsiniz?
- Vətən müharibəsi tariximizə şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı ilə yazılmış bir Zəfər salnaməsidir. Bu Zəfərin qazanılması Ali Baş Komandanın əmri ilə ayağa qalxan, birlik nümunəsi göstərən Azərbaycan xalqının, Azərbaycan vətəndaşının Zəfəridir, biz bunu fəxr hissi ilə qeyd edirik. Məhz bu proseslər zamanı, bildiyimiz kimi, Azərbaycan 3 minə yaxın şəhid verib, ruhlarını ehtiramla yad edirik, xatirələrini əziz tuturuq. Bu kateqoriyadan olan insanların ailə üzvlərinin sosial problemlərinin həll olunması, onların işıqlandırılması qarşımızda duran əsas vəzifələrdən biridir. Çünki bildiyimiz kimi, dövlət onların problemlərinin həllinə kifayət qədər diqqət ayırır. Amma bəzi hallarda müəyyən bürokratik əngəllər incikliklər yaradır. Məhz bu xırda problemlərin də olmaması üçün təşkilatımız bütün gücü ilə çalışacaq. Mənə elə gəlir ki, bu problemlərin həllində, bu proseslərdə vahid platforma ilə çıxış edən təşkilatımız həqiqətən də böyük rol oynayacaq. Ona görə ki, istəklərin, arzuların yerinə yetirilməsində, şəhid ailələrinin və qazilərin üzləşdikləri çətinliklərin həll olunmasında bizim təşkilatımız komplektləşdirilmiş bir formada önəmli rol oynayacaq. Gələcəkdə müəyyən qurumlara, dövlətin qanunverici və icra orqanlarına öz təkliflərimizi verəcəyik, bu istiqamətdə müraciətlər edəcəyik. Fikrimcə, təşkilatımız həm hüquqi, həm maarifçilik müstəvisində böyük nailiyyətlər əldə edəcək. İnanıram ki, bizim də bu dövlətin, bu vətənin, bu xalqın, qəhrəmanlarımızın qarşında bir borcumuz var - həmişə onları diqqətdə saxlamaq. Əsas məqsədlərimizdən biri də onların arzu və istəklərini, qayğılarını Vətən müharibəsi iştirakçılarının yaratdığı bu təşkilat vasitəsilə yuxarı orqanlara çatdırmaq və həllinə nail olmaqdır.
Rubrika.az
Paylaş:
Müəllif : Fuad
Tarix:15-07-2021, 09:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:15-07-2021, 09:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01