90 litrlik çənə Bakıda 100 litr benzin necə vurulur?
Təəssüf ki, yanacaq məntəqələrində vətəndaşların aldadılmasına qarşı heç bir tədbir görülmür. Antiinhisar Xidməti isə ona müraciət edən istehlakçını məhkəməyə yönləndirməklə məşğuldur.
Bu sözləri Axar.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov “Lukoyl” yanacaq məntəqəsində çəni 92-93 litr yanacaq tutumu olan “BMV X-5” markalı avtomobilə 100 litr yanacaq vurulması və bu kimi halların yanacaq məntəqələrində tez-tez yaşanması ilə bağlı danışarkən deyib.
E.Hüseynov bildirib ki, bu gün “Lukoyl” kimi məşhur bir brend öz nişanını qorumur. Ölkədə təxminən on cür “Lukoyl”un adından istifadə edən yanacaq məntəqəsi var:
“Belə yanacaq məntəqələri “Luksoyl”, “Linkoyl”, “Linoyl” adı ilə fəaliyyət göstərirlər, qırmızı rəngdən istifadə edirlər və məntəqələr eyni dizayna malikdir. Ancaq təəssüf ki, “Lukoyl” öz mal nişanını qoruyub onun adından istifadə edən saxta məntəqələrə qarşı heç bir addım atmır. Bu işdə məsul olan şəxslər də istehlakçının aldadılmasına göz yumur”.
Ekspert bildirib ki, “Lukoyl” yanacaq məntəqəsində baş verən bu məsələ ilə birmənalı olaraq Antiinhisar Xidməti məşğul olmalıdır:
“Ancaq bu gün bu xidmət ona müraciət edən vətəndaşı məhkəməyə yönləndirir. Artıq illərdir Antiinhisar Xidmətinin davam edən yarıtmaz işinə görə istehlakçılar da o quruma istehza ilə yanaşır. Halbuki bu qurumun işi istehlakçı hüququnu qorumaqdır”.
E.Hüseyniov bildirib ki, bu gün bütün yanacaq məntəqələrində operatorların saxlanılması istehlakçıların aldadılması kimi müəyyən işləri görmək üçün nəzərdə tutulub:
“Yanacaqdoldurma məntəqələrində menzurka deyilən cihaz olmalıdır. Hər bir istehlakçı yanacaq doldurma cihazının düz işləyib-işləmədiyini həmin o cihaz vasitəsilə ölçmə hüququna malik olmalıdır.
Bütün YDM-lərdə istehlakçılar hansısa formada aldadılır. Artıq dünyada bir çox ölkədəki YDM-lərdə operatorlar yoxdur. Vətəndaşlar özləri cihaza pul yükləməklə avtomobilinə yanacaq doldura bilir. Bu, daha etibarlıdır və vətəndaşın aldadılma ehtimalı yoxdur. Ancaq bizdə hələ də operatorların saxlanılması müəyyən məqsədlər üçündür. Görünür, cihazlar düzgün işləsə də, operatorlar vasitəsilə istehlakçılar aldadılır”.
Mövzu ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidmətinin şöbə müdiri Şahin Nağıyev Axar.az-a açıqlamasında məsələ ilə əlaqədar aidiyyəti quruma zəng etməyimizi məsləhət gördü. Ş.Nağıyev bildirdi ki, məsələ ilə bağlı “Qaynar Xətt”ə zəng etməliyik.
Paylaş:
Müəllif : Redaktor
Tarix:31-05-2019, 17:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:31-05-2019, 17:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01