İsrail-Fələstin müharibəsi: “Biz kimin tərəfindəyik?”
Yadımdadır ki, həyətimizdəki ağacalara qarğalar oturub qarıldayanda onları daşlardım. Sonra bir az da böyüyüb məhəllə-məhəlləyə daşlaşmaqlar başladı, başımız çox yarıldı o “döyüşlərdə”... Axşamlar hansısa filmi gözləyəndə bütün uşaqlar kimi mən də “Vremya” proqramının “şəkillərinə” baxmalı olurdum ki, orada ən yadda qalanı tanımadığım adamların daşlaşmaları idi.
“Bu adamlar niyə daşlaşırlar?” deyə, yəqin sual da etmişəm. Hələ dünyanın ədalətli-ədalətsiz tərəflərini anlamaq yaşım deyildi, amma görürdüm ki, bu nədirsə çox təhlükəli oyundur- yaralı insanlar, hər tərəf tüstü, hər tərəf od və bu savaşın ortasındakı uşaqlar...Mənim üçün bu, uzaq, bizdən lap uzaq dünyanın ilk cəhənnəm “fotoları” idi yəqin ki...
O vaxtdan çox illər keçib, özümüzün başımıza da bu illərdə çox daşlar dəyib, iki Vətən müharibəsi görmüşük. Amma onlar...hələ də daşlaşırlar, hələ də bir-birlərini öldürürlər, hələ də günahsız uşaqlar qurban olur, bu qan-qada bitmir ki, bitmir...
***
Minsk Qrupunda rusiyalı bir həmsədr vardı - Kazimirov. O, günlərin birində Qarabağ münaqişəsinin “mürəkkəbliyini” bu cümlə ilə ifadə etmişdi: “Şuşa Yerusəlim kimi şəhərdir...”
Bu, Şuşanın müqəddəsliyinə işarə deyildi. Ermənipərəst Kazimirov guya ermənilərin də bu şəhər üzərində hansısa “haqqı olduğunu” demək istəmişdi... Qüds (Yerusəlim) dünyanın ən qədim tarixə malik şəhərlərindən bəlkə də, birincisidir. Qüds hər üç səmavi din üçün müqəddəs şəhərdir. İslam, İudaizm və Xristianlığın ortaq nöqtəsidir Qüds...
Müsəlmanlar üçün Qüds Əl-Əqsa məscidininn yerləşdiyi ilk qibləmiz, xristianlar üçün İsa peyğəmbərin son günlərini yaşadığı, çarmıxa çəkildiyi və zühur etdiyi məkan, yəhudilər üçün İbrahim peyğəmbərin oğlu İsmayılı qurban kəsmək istədiyi yerdir...İlahi bir tarix, hər daşı-divarı müqəddəsləşmiş bir şəhər...
Təəssüf ki, bu müqəddəs, həm də dünya mədəniyyətinin incisi olan şəhər əsrlərdir ki, dinclik tapmır. Tarixi mənbələrə görə, Qüds ümumilikdə iki dəfə darmadağın edilib, 23 dəfə isə işğal olunub. Bu tarixi-dini-mədəni ortaqlıq isə bitməyən qan-qadaya səbəb olur. Qüdsün statusu hələ ötən əsrin 40-ci illərindən müzakirə mövzusudur. Təkcə müzakirə yox, həm də müharibə... Həm İsrail, həm də Fələstin Qüdsü öz paytaxtı sayır, heç bir tərəf bundan vaz keçmir. Bu qan-qadanın bitməməsinin qısa səbəbi bu...
***
Bu gün-mayın 14-də Fələstin torpaqlarında İsrail adlı dövlətin yaradılmasının 73 ili tamam oldu. Fələstinlilərə isə bu haqq tanınmayıb, halbuki onlar da o torpağın əzəli sakinləridir.
Ərəblərin əhatəsində (Suriya, İordaniya, Livan və Misir ) bir yəhudi dövlətinin qurulması və inkişafı... II Dünya müharibəsində az qala kökləri kəsilmiş, 640 min əhali ilə dövlət qurmağa başlamış israililərin indi sayı 10 milyona yaxındır. İsrail dövləti yarandan sonra qonşu ərəb ölkələrinin hamısı ilə müharibə edib, amma hamısında da ərəblər torpaq itiriblər; İsrail isə təhlükəsizlik adı altında işğal zonasını genişləndirib. Buna məcbur olub, bunu yoxsa qəsdən edib, prinsipial fərqi yoxdur. Adı işğaldır...
İsrail 73 il ərzində yerində saymayıb, elmi, iqtisadi cəhətdən ağlagəlməz səviyyədə inkişaf edib, həm çoxmillətli, həm də demokratik ənənəyə söykənən dövlət qurublar. Üstəlik, “ərəblərin əhatəsindəyəm” deyib, qeyri-rəsmi atom silahına da sahibdirlər. Ərəblər isə fövqəladə heç nə edə bilməyiblər, nə sərhəddində olan dövlətlər, nə Fələstin müxtariyyəti... Bu təkcə işğalla bağlı olmaz, burda əlbəttə ki, səbəblər çoxdur.
Mən ömrümdə nə qədər təəccüblü səslənsə də, “yəhudiyəm” deyən bir nəfərlə rastlaşmamışam, nə dostum, nə tanışım olub. Dinim İslamdır, Qüdsü də müqəddəs məkan bilirəm, bu şəhərin sehrini duymaq üçün orada olmaq da arzumdur. Amma razılaşaq ki, Qüdsə ədalətsiz olaraq təkbaşına sahiblənmək istəyi, ərəblərə münasibətdə davamlı əzici siyasəti İsraili güclü etməyib. Arxaları? Var! ABŞ kimi dövlətin Yaxın Şərqdə ən ciddi mütəffiqidir İsrail. Dəstəkçiləri? O da var.
İsrailin o coğrafiyada güclənməsi Qərbin marağındamı? Əlbəttə... Amma bunu israillilərin ”qara qaşına” görə ediblərmi? Belə olmadığını hamımız bilirik.
Bəs Fələstin torpaqlarında yerli ərəblərin dövlət qurmasını istəyənlər necə, çoxdurmu? Çox deyilsə, az da deyil. Ərəb dünyası yekcins deyil, hətta çox dağılmış bir dünyadır, İsraillə də son aylar barışanların sayı da (Səudiyyə Ərəbistan, Bəhreyn) artıb. Fələstin ərazisində isə hələ də dünyanın bir çox ölkələrinin terror təşkilatı kimi tanıdığı qurumlar dövlət idarəçiliyindədirlər, siyasəti də onlar həll edir. Düzdür, Qərbdə də bu münaqişədən öz çıxarı üçün istifadə edənlər olub, indi də var. Məsələn, Fransa Fələstin Azadlıq Təşkilatına uzun illər rəhbərlik etmiş qoca Yasir Ərəfata cavan fransız arvad da ərə vermişdi, öləndən sonra mirasına sahibləndi; özlərinə daha lazım olmayanda da zəhərləyib aradan götürdülər. Demək, İsrail-Fələstin məsələsi artıq on illiklərdir ki, daha bu torpaqların iki millətininin məsələsi deyil, burada ciddi maraqlar toqquşur, burada ƏDALƏT, deyil, LAZIMLILIQ siyasəti işləyir.
***
“Azərbaycan bu münaqişədə hansı mövqe tutmalıdır” - son günlərin ən aktual suallarından biri də budur.
Azərbaycan Yaxın Şərqdən minlərlə kilometr uzaqda yerləşir. Bir müsəlman ölkəsi olaraq Qüds bizim üçün müqəddəsdir. Əl-Əqsa məscidində həm də Ramazan günlərində qan tökülməsi, uşaqların öldürülməsi lənətlənəsi hadisədir. O məsciddə namaz qılmaq təkcə fələstinlilərin deyil, bütün İslam dininə məxsus insanların doğal haqqıdır. Allahın evi müəyyən saatlarda, müəyyən günlərdə deyil, həmişə açıq olmalıdır. Bizim müsəlman olaraq istəyimiz də budur. Fələstinin ermənipərəstliyi həmişə bizi narahat edib, elə Yasir Ərəfat da, indiki muxtariyyət başçısı Mahmud Abbasın da bu cür anti-Azərbaycan mövqeləri yenilik deyil. Mahmud Abbasın “biz də Ermənistan kimi işğala məruz qalmışıq” bəyanatı çox da uzaq olmayan tarixdir. 2020-ci ildə Fələstində küçələrdən birinin Ermənistanın şərəfinə adlandırılması və həmin təmtəraqlı mərasimdə gorbagor olmuş “dqr”in simvolu olan “bayrağın” dalğalandırılması, son müharibədə Gəncə və Bərdə Ermənistan tərəfdən raket atəşinə tutulanda, günahsız körpələrimiz öləndə də Fələstindən dəstək bəyanatı xatırlayan yoxdur. Əgər onlar da ədalətsiz işğalla üzləşdiklərini hesab edirlərsə, məntiqlə Azərbaycanın yanında olmalı idilər. Çünki BMT təkcə Fələstin torpaqlarının deyil, Qarabağın da işğalını rəsmi olaraq tanıyırdı.
İsrailin etdiklərinə də bir müsəlman, bir insan kimi heç cür haqq qazandırıla bilməz. İsrail Azərbaycanın strateji müttəfiqi, iqtisadi tərəfdaşı olsa da, qəbul edirik ki, şəhərləri bombalamaqla, insanları öldürməklə bu münaqişəni yoluna qoymaq mümkün deyil. Bunu hər iki tərəf də yaxşı bilir, amma çağırışlara baxmayaraq, az qala irimiqyaslı müharibəyə çevriləcək qarşıdurmanı dayandırmaq fikirində deyillər- yəni o günahsız insanları, uşaqları elə də fikirləşən yoxdur sanki...
Biz bu münaqişədə özümüzü oda atmamalıyıq, çünki bu Yaxın Şərqdə ilk belə alovlanma deyil, təəssüf ki, son da olmayacaq.
Azərbaycan bizim üçün dünyanın ən böyük ölkəsi ola bilər, çünki vətənimizdir. Amma Azərbaycanın dünya siyasətində rolu “tez olaq, biz də mövqe bildirək, çağırış edək, tərəf tutaq, ya tərəflərə mesaj verək” həddə böyük deyil. Biz bu dünyanın kiçik bir parçasıyıq, bilsək ki, bizim mövqeyimizlə bu qan-qada duracaq gedək, XİN-in qarşısında tələb edək ki, dərhal mövqe bildirsinlər, bu qırğın da sona yetsin. Baxın, Avstriya kansleri bu gün göstəriş verib ki, dövlət idarələrinin üzərində İsrail bayraqları asılsın. İsrailə dəstək üçün təbii ki. Almaniyada isə minlərlə insan İsrailin əleyhinə mitinq keçirib, fələstinlilərə dəstək ifadə ediblər. İki alman toplumunun belə, bu məsələdə vahid mövqeyi yoxdur.
Türkiyə bizim qadaşımızdır, xüsusilə hörmətli prezident Rəcəb Tayyib Ərdoğanın Qüds məsələsindəki mövqeyi aydın və dəyişməzdir. Bu da Türkiyənin mövqeyidir. Onu dartışmaq bizim işimiz ola bilməz. Türkiyə dünyada çəkili müsəlman ölkəsidir, sözü eşidilən, həm də özünün siyasi düzəni olan dövlətdir.
Müsəlmanların, cocuqların qətlində bunu pisləyənlərlə şərikik, amma dövlət bir, min, on min adamın marağı deyil. Dövlət düzəninin tələb etdiyi uzunmüddətli maraqlar var. Siyasətdə də “daş atmaq asandır”, amma onun sonrasını bəri başdan düşünmək, hesablamaq lazımdır.
İnsanlar daşı həmişə qarğaları qovmaq üçün ata bilsəydi...
Nazim SABİROĞLU / Musavat.com
Paylaş:
Müəllif : Fuad
Tarix:15-05-2021, 10:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:15-05-2021, 10:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01