Rusiya kəşfiyyatının Çexiyada strateji obyekti necə partladıb? - Şok detallar
Rusiya hərbi kəşfiyyatının Çexiyada strateji obyekti partlatmasının detalları açıqlanıb. Belə ki, Rusiya Müdafiə nazirliyi Baş Qərargahının Çexiyada xüsusi əməliyyat keçirərək, Vrbetitse şəhərində sursat və raket saxlanılan anbarı partlatması sübutlarla təsdiqlənir.
Bu barədə Rusiya kəşfiyyatının əməliyyatlarını ifşa etməklə tanınan “Bellingcat”, “The İnsider”, “Der Spiegel”, Çexiyanın “Respekt” saytları xüsusi hesabat yayımlayıb.
Məlumata görə, Çexiyadakı əməliyyatda ən az 6 yüksək rütbəli zabit iştirak edib.
Hesabatda bütün prosesə Rusiya Baş Kəşfiyyat İdarəsinin Moskvada yerləşən 29155 saylı məxfi hissəsinin komandiri, general-polkovnik Andrey Averyanovun rəhbərlik etdiyi göstərilib.
Çexiyada onunla birlikdə Baş Kəşfiyyat İdarəsinin iki yüksək rütbəli zabiti, general-mayor Denis Sergeyev və polkovnik Yeqor Qordiyenko hərəkət edib.
Diversiyanın əsas hədəfi bolqar silah alverçisi Yemelyan Gebrevin almaq istədiyi silahlar olub. Daha sonra Yemelyan Gebrevin özünə paytaxt Sofiyada sui-qəsd təşkil olunub. Onu Sofiyada kafelərdən birində ailəsi ilə birlikdə məşhur “Noviçok” maddəsi ilə zəhərləyiblər. Bu məqsədlə Denis Sergeyev Bolqarıstana ezam olunub. Yeri gəlmişkən eyni zəhər Böyük Britaniyada Rusiyanın mühacir-kəşfiyyatçısı Sergey Skripal və qızına da tətbiq edilib.
“Bellingcat” saytı 2014-cü ilin oktyabrında A.Averyanovun 4 hazırlıqlı əməliyyatçı ilə birlikdə öncə Baş Kəşfiyyat idarəsinin Moskvanın Xoroşevsk şosesində yerləşən qərargahına gəldiyi, daha sonra müxtəlif reyslərlə Çexiyaya hərəkət etdiyini bildirib.
Andrey Averyanov 2014-cü ilin oktyabrın 13-də Vyanaya gələrək prosesi buradan idarə edib.
MKİ-nin digər əməkdaşı “Nikolay Kononixin” adı altında fəaliyyət göstərən Nikolay Yejov 2014-cü ilin oktyabrın 11-də Vyanaya gəlib. Onların hər ikisi oktyabrın 15-də Moskvaya geri qayıdıblar.
Qalan iki kəşfiyyatçı Aleksey Kapinos və Yevgeni Kalinin isə Çexiyaya Macarıstan vasitəsilə daxil olub. Onlar Rusiyanın Budapeştdəki səfirliyinə guya diplomatik poçt gətirmək adı ilə giriblər.
Təhqiqatçılar BKİ-nin Vrbetitsedə partlayışı necə törətdiyini araşdırmaqla məşğuldurlar. Bir o məlumdur ki, 2014-cü ilin oktyabrı 16-da saat 9:25-də qəsəbədə olan N16 hərbi anbarı havaya uçurulub. Burada 58 tonluq sursat məhv edilib, ətrafdakı onlarla bina ciddi şəkildə zərər görüb. Nəticədə anbarı qoruyan iki nəfər həlak olub.
Bəhs olunan hərbi obyektlərdə Çexiyanın Ukraynaya silah tədarük edən “CZ Hermex” firmasının sursatları saxlanılırmış.
“Respekt” saytı adı keçən zabitlərin obyekti ən az bir il izlədiklərini və dəfələrlə Çexiyaya gəldiklərini müəyyənləşdirib. Rusların xüsusilə Fransanın İsveçrə sərhədə Şamoni dağ rayonunda vurnuxması Qərb xüsusi xidmət orqanlarının diqqətini cəlb edib. Burada sonradan baş Kəşfiyyat İdarəsinin maddi-texniki təchizat bazası tapılıb.
Çexiya hüquq-mühafizə orqanları insidentdə iki rusiyalı kəşfiyyatçı “Çepiqa” və “Mişkin” ləqəbli Aleksandr Petrov və Ruslan Boşirovun da olduğunu bildirir. Onların hər ikisi partlayışdan cəmi bir neçə dəqiqə sonra Vyanadan Moskvaya uçublar. İndi onların hamısı beynəlxalq axtarışa verilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-04-2021, 20:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:21-04-2021, 20:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11