Müharibədən sonra ilk təlim: Azərbaycan ordusu nəyə hazırlaşır?
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, martın 15-dən Azərbaycan Ordusunda qoşun (qüvvə) növlərinin cəlb edilməsi ilə əməliyyat-taktiki təlimləri keçiriləcək.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 10 000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.
Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçiriləcək təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldiləcək.
Martın 18-dək davam edəcək təlimlərdə qoşunlar terrorçu dəstələr (qruplar), həmçinin qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatları üzrə tapşırıqları icra edəcək.
Qeyd edək ki, bu Azərbaycan ordusunun 44 günlük müharibədən sonra keçiriyi ilk irimiqyaslı hərbi təlimlərdir. Və təlimlərin Müdafiə Nazirliyinin “xəsisliklə” açıqladığı ssenarisindən görünür ki, torpaqların işğaldan azad edilməsindən, şanlı Zəfərdən cəmi bir neçə ay keçməsinə baxmayaraq Azərbaycan ordusu döyüş qabiliyyətini müharibədə qazanılmış təcrübə də nəzərə alınmaqla daha da gücləndirməkdə, təkmilləşdirməkdədir. Bu da Azərbaycan ordusunun daha da gücləndirilməsi, müasir silahlarla təchizatının davam etdirilməsi barədə Ali Baş komandanın müharibədən sonra elan etdiyi hərbi-siyasi vəzifəyə uyğundur.
Məlumatda göstərildiyi kimi, təlimlərin bir hissəsi dağlıq-meşə və çətin relyefli ərazilərdə keçiriləcək. Bu baxımdan istisna deyil ki, poliqon qismində həm də işğaldan azad edilmiş ərazilərimiz seçilib. Təlimlərdə qarşıya qoyulan vəzifələr də yenidir və mühümdür. Belə ki, təlimlərdə qoşunlar terrorçu dəstələri, həmçinin qanunsuz silahlı qruplaşmaları zərərsizləşdirmək, anti-terror əməliyyatları aparmaq üzrə döyüş tapşırıqlarını yerinə yetirəcəklər.
Bəs təlimlərdə qarşıya qoyulan bu döyüş vəzifələri nə deməkdir, nədən xəbər verir?
Məsələ burasındadır ki, ordumuzun müharibədən əvvəl vaxtaşırı olaraq keçirdiyi irimiqyaslı hərbi təlimlərdə qarşıya qoyulan döyüş tapşırıqları və ssenari hücum əməliyyatları üzərində qurulmuşdu, torpaqların işğaldan azad edilməsi vəzifəsinin yerinə yetirilməsinə hesablanmışdı. İndi isə ssenari dəyişib-Azərbaycan ordusunun qarşısında dayanan başlıca vəzifə bölgədə müharibənin nəticələrindən sonra yaranmış status-kvonu qoruyub saxlamaqdan ibarətdir.
Çünki Ermənistan işğalçı qüvvələri torpaqlarımızdan qovulub və düşmən ölkə kapitulyasiya ilə razılaşıb. Ordu ölkənin qarşısında onillərdir dayanan bir nömrəli vəzifəni-torpaqların işğaldan azad edilməsi vəzifəsini həll edib.
Lakin Azərbaycan ərazilərinin hazırda Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına daxil olan ərazilərində-Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində özünü “dqr müdafiə ordusu” adlandıran və 44 günlük müharibədə darmadağın edilmiş qanunsuz silahlı birləşmələrin qalıqları mövcudluğunu saxlamaqdadır. Qondarma rejimin nümayəndələri bu silahlı birləşmələrin əsasında hansısa “peşəkar ordu” qurmaq barədə planlardan danışırlar. Eləcə də Ermənistanda və Dağlıq Qarabağda revanşit qüvvələrin olduğu da bəllidir, doğrudur, müharibədə aldığı zərbələr nəticəsində Ermənistanın nəinki yaxın, eləcə də orta və uzunmüddətli perspektivdə revanşa cəhd etmək potensialı mövcud deyil. Amma həmin qanunsuz silahlı birləşmələrin nəzəri olaraq hansısa diversiya-terror əməllərinə cəhd etməsi istisna edilməməlidir. Eləcə də həmin qanunsuz birləşmələrin dinc yolla tərksilah edilməsi baş verməsə onların güc yolu ilə tərksilahı vəzifəsi qarşıya çıxa bilər.
Məhz bu kimi ehtimalları nəzərə alaraq Azərbaycan ordusu elə güc sahibinə çevriləcək ki, düşmən indi və gələcəkdə hər hansı revanş cəhdinə, terrora və ya diversiya əməllərinə əl atmağa cəsarət etməsin. Deməli, indiki təlimlərin ssenarisi da təsadüfi seçilməyib və Azərbaycan ordusu məhz postmüharibə dövründə yarana biləcək hərbi təhdidlərə indidən hazırlaşmağa başlayıb. Bu da “sülh istəyirsənsə müharibəyə həmişə hazır ol” fəlsəfəsindən irəli gəlir. Azərbaycan ordusu müharibədən əvvəl torpaqları düşməndən azad edəcək güc amili olaraq mövcud idisə indi bölgədə sülhə təminat yaradan qüvvədir. Bu baxımdan hazırda başı daxili didişmələrə qarışan Ermənistanın hərbi-siyasi dairələri üçün Azərbaycan Müdafiə Nazirliyinin təlimlər barədə yaydığı məlumatı oxumaq və təlimlərin gedişini izləmək, bunlardan dərs çıxarmaq pis olmazdı... /Virtualaz.org
Paylaş:
Müəllif : Fuad
Tarix:11-03-2021, 08:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:11-03-2021, 08:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26