Polad Bülbüloğlu "Gəl, ey səhər"in tarixçəsini niyə gizlədir? - İLGİNC
Söhbət 90-cı illərdə uşaqlı-böyüklü hər kəsin sevimlisinə çevrilən "Gəl, ey səhər" mahnısından gedir.
Sözügedən mahnı ilk dəfə 1968-ci ildə kinorejissor Arif Babayevin "Uşaqlığın son gecəsi" filmi üçün bəstələnir və filmin son kadrlarında ifa olunur.
Mahnının bəstəkarı, eyni zamanda onun ən məşhur ifaçısı olan Polad Bülbüloğluna belə bir sual verilir: “Gəl, ey səhər” mahnısının tarixçəsi haqqında nə deyərdiniz?
O isə nədənsə gerçəkləri gizlədir.
Bəlkə də mahnı artıq bu anlamda sevildiyi üçün o, belə cavab verir: "1968-ci ildə Arif Babayev “Uşaqlığın son gecəsi” filmini çəkirdi, o filmə musiqi yazdım. Həmin mahnı da o filmin son kadrlarında ifa olunur. Bilmirəm, nəğmələrimin yaranması təkcə tamaşaçı, dinləyici üçün yox, mənim özüm üçün də hadisədir".
Bəstəkarın son cümləsi diqqətimizi çəkməyə bilməzdi: "Nəğmələrimin yaranması mənim özüm üçün də hadisədir"...
Xatırlayırsınızsa, mahnının klipi də dəniz kənarında çəkilib. Polad bəy sanki bir insanı səsləyir orada. Mahnısı ilə fəryad edir.
Mahnının sözlərini yazan Fikrət Qoca isə müsahibələrinin birində mahnı haqqında bu sözləri deyib:
“Gəncliyimdə, Moskvada Maksim Qorki adına universitetdə oxuyanda işlərim o qədər də qaydasında deyildi. Ailəmdə qarışıqlıqlar var idi, qohumlarımdan rəhmətə gedənlər olmuşdu, nəşr etdiyim kitaba isə qadağa qoyulmuşdu. Gərgin bir halda, unudulmuş, atılmış bir insan kimi qatarla Moskvaya gedirdim. Həmişəki qayda ilə nələrsə cızma-qara edirdim. Qəfildən şeir yazmaq üçün əlimdə tutduğum kağızı buruşdurub, qatarın pəncərəsindən çölə tulladım və arxasınca baxdım. Mənə elə gəldi ki, “mən” və “özüm” arasında da, o kağızla dayandığım yer arasındakı məsafə qədər çox az bir məsafə qalıb.
Birdən qatarda radio oxumağa başladı. Mənim “Ay Şəlalə” adlı bir şeirim var idi, ona mahnı bəstələnmişdi. Radiodaki həmin mahnı idi. Musiqinin ortasında, “Mahnının sözləri Fikrət Qocaya aiddir” - deyə bildirdilər. Mahnım oxundu, qatar işıqlandı, dünya aydınlandı, bir anda belim dikləşdi. Öz-özümə “mən varam və həyat da gözəldir” - dedim. Mahnılarımı eşidəndə hələ də bunları hiss edirəm. “Gəl, ey səhər” də belədir.
"Polad Bülbüloğlu bu mahnını 1968-ci ildə "Uşaqlığın son gecəsi" filmi üçün bəstələyib və deyilənə görə, bu mahnı onun Xəzər dənizində boğulan qızı Səhər üçün olan rekviyemdir. Bəlkə də dinləyən hər kəsə bu qədər təsir edə bilməyinin səbəbi budur, kim bilə bilər"...
Mövzunu dərindən və daha dəqiq öyrənmək üçün xalq şairi ilə bir daha əlaqə saxladıq.
Şair illər öncə verdiyi müsahibəni təkzib etməsə də, bu barədə bir şey xatırlamadığını qeyd etdi. Çünki hadisənin üstündən 53 il keçib.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-02-2021, 09:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-02-2021, 09:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01