RODOS ADASINDA YAXTADA GİZLİ GÖRÜŞ: Avropada böhran olacağı xəbərdarlığını verən Salvetti kimdir? - ARAŞDIRMA
Ergün Diler
“Takvim”, Türkiyə, 05 mart 2019-cu il
Gəlin, bu gün Pentaqona, yəni “dərin ABŞ”a qarşı olan şəbəkənin önəmli şəxslərindən və önəmli toplantılarından söz açaq.
Bu şəxslər elə də asanlıqla qarşınıza çıxmaz. Mediada böyük fotoşəkilləri də olmaz. İzləyənlərin bilir, onlardan – Robert Müller, Mayk Flinn, Şeldon Adelson, Kuşner, İvanka Tramp, Qari Kon, Uilbur Ross, Pol Manafort, Mnuçin, Stiv Bennon, Corc Soros və oğlu Aleksandr Soros, Seşns, Feliks Sater, Tevfik Arif, Tamir Sapir, Lev Levayev, Ceyms Komi və başqalarından çox yazdım. Bu gün barəsində daha öncə, əgər yanılmıramsa, sadəcə bir dəfə yazdığım bir şəxsə baxaq. O kimdir? Onu tanıdaq və çox önəmli bir toplantıya toxunaq.
Sovet İttifaqı dağılınca, onun küllərindən Rusiya doğdu. Sovet İttifaqının qurulması da, yıxılması da böyük layihə idi. Putin vəzifəyə gəldikdən sonra ölkəsini böyütdü, zənginləşdirdi, hörmət edilən bir güc olaraq ayağa qaldırdı.
Bu prosesə diqqətlə baxdıqda, pərdə arxasında Rotşildləri, yəni Ailəni görmək çətin deyil.Avropadan Orta Asiyaya qədər olan bölgədə Rotşildlərin siyasi uzantıları, kölgələri, gizli-açıq adamları vardır. Bu, təbiidir.
Ancaq bir də pulu idarə edən şəxs vardır. O, çox ağıllı, çox bacarıqlı, çox işbilən biridir. Həmin şəxs Covanni Salvettidir.
Dahi italyan Salvetti Qazaxıstandan Ukraynayadək olan əməliyyatları idarə edərkən, həftədə beş dəfə səfər edir. Milan, Vyana, Amman, Dubay, Təl-Əviv, Minsk, Kiyev, Moskva və təkrar Təl-Əvivə səfər edən Salvetti 8 gündə 8 şəhər gəzir. Gedib baxır, balansı yoxlayır, pulu idarə edir.
Ailənin pulunu idarə edən bu önəmli şəxs ötən günlərdə Egeydə, Rodos adası yaxınlarında idi. O, yaxtada çox önəmli şəxslərlə bir araya gəldi. Yaxtanın burnu Bodrumu göstərirdi.Əslində, çox uzaqda deyildi. Saatlarla yaxtada qalaraq keçirdiyi “çox dərin toplantı” nəticəsində bir qərara gəldi.
Covanni Salvetti müharibə baronu deyil. Hətta müharibə əleyhdarıdır. Daima sülh tərəfdarı olub və bəlkə də bu üzdən Pentaqona nifrət edir. O, getdiyi hər bir ölkədə baş nazir və ya prezident kimi qarşılanır.
Salvetti ailəsilə birlikdə vaxt keçirməyi sevir. Bu qədər güclü mövqedə olub ailəsinə bu qədər vaxt ayıra bilən ikinci bir şəxs yoxdur. Geyim tərzi, həqiqətən, maraq cəlb edir. Dəblə geyinən adamdır.
Salvetti dünyada pulun hər zaman olduğundan daha çox dəyərli olduğunu ilk söyləyən adamdır.
O, dünyada pula, bəlkə də 100 ildir yön verən ailənin ən önəmli şirkəti olan “Rothschild & Co”da yeni nizamın özünə doğru təkamül etməsini təmin etməyə başlayıb. Yaxınlarda komandanlıq tamamilə onda olacaq.
Doğrusu, hazırda idarə etdiyi güc çox nəhəngdir. Çox təsirli bir güc olan “Rothschild & Co”nun ən önəmli şəxsi də, əlbəttə, Covanni Salvettidir.
Gülümsəməyi heç unutmayan italyan Salvetti Milan Vyana, Amman, Dubay, Təl-Əviv, Minsk, Kiyev və Moskvada çox önəmli toplantılar keçirib.
Bu toplantıların sonu – finalı Rotşild ailəsinin daima özəl şəhəri olaraq qalacaq Təl-Əvivdə olub.
Xatırlayırsınızsa, Trampın kürəkəni Kuşner də qumarxanalar kralı Şeldon Adelson və həyat yoldaşı Miriamla birlikdə Qüdsün İsrailin paytaxtı olması üçün yaxın zamanlarda oralarda idi. Maliyyə naziri Mnuçin, yəni Trampın güvəndiyi şəxslərdən biri də orada hazır vəziyyətdə idi.
Əgər Salvetti 8 gündə 8 şəhər gəzdikdən sonra gülürsə, bu, “istədiyini alıb”dır deməkdir. İtalyanı tanıyan hər kəs bunu bilir. Bəli, Covanni Salvetti xoşbəxtdir. Deməli, qələbə çalıbdır.
Salvetti ən azı bir neçə toplantıda qarşıdakı günlərdə Avropanın böyük bir böhran yaşayacağını, ancaq bu böhrandan ABŞ-ın da ciddi təsirlənəcəyini söyləyib. Bu, çox önəmli bir xəbərdarlıq idi. Ona görə də, toplantıda Salvetti ilə eyni fikirdə olmayanlar həmin görüşün sonunda onunla eyni fikri bölüşdülər. Deməli, Salvettinin başqalarını razısalma qabiliyyəti də çox yüksəkdir.
8 günlük səfəri ərzində həmin şəxslərdən (onlar başda ABŞ olmaqla, dünyanınn ən güclü şəxsləridir), ən azı, 5-i ilə görüşən Salvetti onların heç birindən öncədən görüş üçün razılıq almayıb. Hətta bu ziyarətlərində görüşdüyü mərkəzi bank rəhbərləri Salvettidən üzr istəyiblər.
İndi yeni dövrdə Rotşildlərin çox güclü addımlar atdığını, bunu da Salvetti kimi ailəyə yön verən şəxslər vasitəsilə etdiyini görürük. Rotşild ailəsinin özünəxas ritualları vardır, bundan sonra da olacaq. Covanni Salvettinin son səfərləri və keçirdiyi görüşlər ailənin xaricə, həm də böyük uğurla açılması demək idi.
Covanni Salvetti ABŞ-ın oturuşmuş nizamından daima narahat olub. Təhsil aldığı illərdə bir italyan dostunun Romanın paytaxt olmasından narahat olduğuna görə gözlərinin açıldığını söyləyən Salvetti bu gün o durumun adi olduğuna, hər bir güclü dövlətin bunu bacarmalı olduğuna inanır. Salvetti bu gün İtalyada, əlbəttə, Romanın paytaxt olaraq qalmasını müdafiə edən bir şəxsdir. Covanni Salvetti yeni dünya nizamında pulu təmsil edir. Pulun bu nizamda çox güclü olduğunu da düşünərsək, Salvettinin, həqiqətən, çox özəl biri olduğunu anlarıq.
Salvetti davamlı olaraq səyahət edir. Bu səyahət proqramlarını tətil üçün tərtib etmir. O, həqiqətən, istədiyi və inandığı bir dünya üçün addımlar atır, qərarlar alır. Bu gün İtalya dövləti və hökumətinin önəmli şəxsləri Salvettidən çəkinir. Çünki Salvetti ağlından istifadə edən özəl bir şəxsdir.
İndi isə yaxtadakı toplantıya qayıdaq. Salvetti orada alternativləri masaya gətirib. Türkiyə də bu alternativlərin içində idi. Ankaranın Pentaqonla əlaqəsinə görə addım atılacaqdı. Pulla əməliyyat keçirilməsi masadaydı. Keçirəcəklərinə inanırdılar. Avqustda yoxlanmış “tezliklər” müəyyən edilmişdi. Dollar da, avro da kozırları idi. Ancaq Pentaqon da, Rotşildlər də pul vasitəsilə üzərinə gələrək Ankaranı tamamən itirməyi gözə ala bilmirdi.
Planları var idi. Pul onlar üçün hər şeydən öncə aktyor idi. Doğrudur. Ancaq uzun zaman idi ki, Türkiyəyə yönəlik proqnozları doğru çıxmırdı. Qatığı üfləyərək yeyirdilər.
Valyuta hücumu hər iki tərəfin də gündəliyində idi. Lakin hücumun altından, yara belə almadan qalxan Türkiyə onları təlaşlandırırdı. Əlləri düyməyə doğru gedir, lakin basa bilmirdilər. Şübhəniz olmasın, “Türkiyə yanlarına gəlsin” deyə, əlləri keflə düyməyə doğru gedir. Ancaq sonunun necə olacağını hesablaya bilmədiklərinə görə ilişib qalırlar. Baxaq, görək, nələr olacaq.
Kuşnerin Türkiyəyə gəlməsi Rotşildlərin, Ceyms Cefrinin gəlməsi isə Pentaqonun istəyilədir. Bu get-gəl bitdiyi anda ikisindən biri hücum edəcək. Ayaqda qalacağıq, lakin hücum etməyi yoxlayacaqlar. Sonrası, əlbəttə, Türkiyə üçün çox gözəl olacaq. Amma sancı, hər yerdə olduğu kimi, burada da ola bilər. Çünki savaş böyükdür. Yeni dünya qurularkən bunların olması təbiidir. Bundan 100 il öncə qurulan masada yox idik, torpaqlarımızın 2/3-si getdi. Bu gün isə, sancı olsa da, qazanacağıq.
Tərcümə Strateq.az-ındır
Paylaş:
Müəllif : Redaktor
Tarix:8-03-2019, 15:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:8-03-2019, 15:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01