Vəzifədən çıxarılan məmur qudalar: Eks-nazirlər, sabiq deputatlar...
Eks-məmurlar medianın, sosial şəbəkələrin gündəmindən düşmür. Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun korrupsiya cinayətlətinə görə həbsindən sonra vaxilə yüksək vəzifələr tutmuş digər sabiqlərin də istintaqa çağırıldığına dair məlumatlar yayılır. İndi ictimaiyyət arasında gedən müzakirələrdə hamı bu suala cavab axtarır: korrupsiya ipindəki növbəti düyün hansı eks-məmur olacaq?
Sabiq məmurlardan söz düşmüşkən, onların bəzilərini bir-birinə həm də qohumluq telləri bağlayıb. Bəli, vaxtilə hakimiyyətin müxtəlif qollarında yüksək vəzifələr tutmuş bəzi şəxslər münasibətlərini, dayaqlarını möhkəmləndirmək üçün "nikah diplomatiyası”na müraciət edib, quda olublar. Əlbəttə, həmin sabiqlərin övladları arasında həqiqətən də bir-birini görüb-bəyənən, sevərək ailə quran gənclər də olub. Amma bir çox hallarda bu münasibətlərin ümumilikdə düşünülmüş, məqsədli şəkildə qurulduğu da heç kimə sirr deyil.
Ölkə başçısının son illər apardığı kadr islahatlarından sonra hakimiyyətin yuxarı eşelonunda vəzifə tutan bəzi qudalar necə deyərlər, "taxt”dan salınıb.
Vəzifədən çıxdaş edilən xeyli quda artıq eks-məmur, sabiq deputat statusundadır.
Başlayaq Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevdən. O, Baş Prokurorluğun keçmiş idarə rəisi Əzizağa Həsənovla quda idi.
Elmar Vəliyev Gəncədə yaşanmış məlum güllələnmə olayından sonra, 2018-ci ilin avqustunda vəzifədən kənarlaşdırıldı. Onun qudası - Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi Əzizağa Həsənov isə 2014-də xəstəlik nəticəsində dünyasını dəyişib.
Hazırda Ucarda şəxsi təsərrüfat yaratdığını, mal-qara saxlayıb əkib-biçinlə məşğol olduğunu deyən keçmiş nəqliyyat naziri Ziya Məmmədov və sabiq deputat Əliağa Hüseynov da "taxt”dan salınan qudalardandı.
Ziya müəllim 2017-ci ildə nazir postu ilə vidalaşmışdısa, 5-ci çağırış Milli Məclisin üzvü olan Əliağa Hüseynov 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində deputat mandatından məhrum oldu.
Ziya Məmmədovu həm də sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovla qudalıq telləri bağlayır. Belə ki, eks-nəqliyyat nazirinin oğlu Anar Məmmədov Heydər Əsədovun qızı ilə ailə qurub. Doğrudur, Heydər müəllim 2018-ci ildə nazir vəzifəsini itirib, amma hazırda Dövlət Dəniz Akademiyasında rektor işləyir.
Vəzifədən uzaqlaşdırılan növbəti qudalar: Eks-milli təhlükəsizlik naziri Eldar Mahmudovla Beynəlxalq Bankın sabiq sədri, korrupsiya əməllərinə görə hazırda həbsxana həyatı yaşayan Cahangir Hacıyevin quda olduğunu yəqin ki, mətbuatı izləyən hər kəs bilir.
Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovla keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun qudalığı da sirr deyil. Hacıbala müəllim hazırda təqaüdçü həyatı sürür, Əli Abbasova gəldikdə, o, Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin müşaviri olmaqla yanaşı, bu yaxınlarda həm də AMEA-nın "Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinə təyinat alıb.
Yeri gəlmişkən, sabiq nazir Əli Abbasov həm də "Azərenerji” ASC-nin keçmiş prezidenti Etibar Pirverdiyevlə qudadır.
Etibar Pirverdiyev 2001-ci ildən 2018-ci ilin sentyabrına kimi "Azərenerji" ASC-nin prezidenti vəzifəsində çalışıb. Yeri gəlmişkən, E.Pirverdiyevin adı mütəmadi olaraq qalmaqallarda hallanıb. Pirverdiyevin işdən çıxarılması 2018-ci ilin iyul ayında ölkənin bir hissəsinin işıqsız qalmasına gətirib çıxaran Mingəçevir İstilik Elektrik Stansiyasında blokların birində baş vermiş qəza ilə əlaqəli olub. O zaman qəza ilə bağlı yaradılan Dövlət Komissiyasının rəyində "Azərenerji"nin hadisəyə lazımi səviyyədə hazır olmadığı, qurumun fəaliyyətində texniki və bir sıra digər çatışmazlıqlar üzündən qəzaya adekvat reaksiya verə bilmədiyi vurğulanmışdı. İki gün davam edən enerji böhranından sonra Prezident İlham Əliyev keçirdiyi müşavirədə "Azərenerji"nin prezidenti Etibar Pirverdiyevi bu cür məzəmmət etmişdi: "Siz, sadəcə olaraq, utanmalısınız, xalq qarşısında, ölkə qarşısında. Bu isti havada insanlara bu qədər əziyyət vermisiniz. İqtisadiyyata nə qədər böyük ziyan vurmusunuz".
Sabiq vergilər naziri Fazil Məmmədov və eks-nazir müavini Namiq Əliyev də vəzifədən çıxarılan qudalar siyahısında daxildirlər. Belə ki, keçmiş nazir qızını N.Əliyev müavini olanda onun oğluna ərə verib.
Fazil Məmmədovun məşhurlarla qohumluq münasibətləri bununla sərhədlənmir. Onun bacısı Binəqədi rayonunun sabiq icra başçısı Xaləddin İsgəndərovla nikahdadır.
Vergilər nazirinin keçmiş müavini Namiq Əliyev həm də Vətən müharibəsinin gedişində Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsindən uzaqlaşdırılan general-polkovnik Nəcməddin Sadıkovla qudadır.
Analoji qohumluq münasibəti sabiq təhsil naziri Misir Mərdanovla Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin keçmiş hakimi Mənsur İbayev arasında da var. Bu izdivac onlar hər ikisi vəzifədə olanda gerçəkləşib.
Baş prokurorun sabiq birinci müavini Rüstəm Usubovla keçmiş müdafiə sənayesi naziri Yavər Camalovu da qudaqlıq münasibətləri bağlayıb.
15 il Baş prokurorun I müavini postunu tutan Rüstəm Usubov ötən il mayın 21-də vəzifəsindən azad olunub. 2006-2018-ci illərdə Müdafiə Sənayesi naziri işləmiş Yavər Camalov 3 il öncə xəstəlikdən dünyasını dəyişib.
Sabiq daxili işlər naziri Ramil Usubovla Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə də məşhur qudalar siyahısnda yer alırlar. Ramil Usubov 25 il nazir işləyəndən sonra - 20 iyun 2019-cu il tarixində postu ilə vidalaşmalı olub. O, elə həmin tarixdə Prezident yanında Təhlukəsizlik Şurasının katibi təyin edilib. Yusif İldırımzadə isə ötən ilin mayında prokurorluq orqanlarında aparılan kadr dəyişiklikləri nəticəsində təqaüdə göndərilib.
Prezident Administrasiyasının ləğv edilmiş İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevlə qudalıq qohumluğundadır.
Amma digər qudalardan fəqli olaraq, Əli müəllim sabiqlər siyahısında yer alsa da, bunu Səttar Mehbalıyevə aid etmək olmaz.
Milli Məclisin eks-spikeri Oqtay Əsədovla (Oqtay müəllim hazırda sıravi deputatdır-red.) Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev də qudalar siyahısındadır. Birinci 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində Milli Məclisin sədri postundan məhrum olsa da, ikinci 2012-ci ildən bəzi Samux rayon İcra Hakmiyyətinin başçısı vəzifəsini qoruya bilir.
Sonda onu da qeyd etmək lazımdır ki, sabiqlər siyahısına qoşula biləcək qudaların sayı arta bilər. Çünki hazırda yüksək vəzifələrdə çalışan xeyli məmur quda var.
Prezident İlhan Əliyev məmurlarla bağlı sonuncu çıxışı zamanı onlara sərt xəbərdarlıq edib, özlərini yığışdırmağa çağırıb: "... mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da bilsinlər, bu məmurlar da bilsinlər. Məmurlar öz yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar...
...mən bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır. Otursun hərə öz yerində öz işi ilə məşğul olsun...”.
Belə çağırışlara məhəl qoymayanların aqibətinin ən azı vəzifədən atılmaq olduğunu görmüşük... Vəzifədəki qudaların özlərini yığışdırıb-yığışdırmayacağını yəqin ki, zaman və onların fəaliyyəti göstərəcək... /Modern.az
Paylaş:
Müəllif : Fuad
Tarix:7-02-2021, 15:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:7-02-2021, 15:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |