Əjdər Cəbiyev: "Səlim Müslümov daha veriliş istəmir" - TƏFƏRRÜATLAR
Səlim Müslümovun həbsi cəmiyyətdə az qala alqışlarla qarşılandı. Əhalinin hansısa sabiq məmurun həbsinə sevinməsinə düzü mən yaxşı baxmıram. Çünki bu sevinc ədalətin təntənəsindən yox, çarəsizlik simptomlarından qaynaqlanır. 3 il əvvəl Səlim Müslümov vəzifədən azad edilib. Və 3 ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində yaxşılığa doğru heç nə dəyişməyib. Bəs onda niyə sevinirik? Ona görə sevinirik ki, cəmiyyətimizdə məmurlara qarşı patoloji nifrət var.
Bu gün istənilən məmurun həbsinə xalq sevinir. İstənilən məmurun işdən çıxarılmasına şadyanalıqla yanaşırıq. Cünki cəmiyyət nə yazıq ki, məmurlardan hələ ki gözləntilərini ala bilmir. Gələn ixtiyari məmur xalq maraqları mövqeyindən deyil, korporativ maraqlardan çıxış edir. Ona görə də cəmiyyətimizdə məmurlara qarşı dərin bir etimadsızlıq və bəlkə də nifrət var. Kiminsə həbs olunması istənilən halda pis haldır. Bəd xəbərdir. Bəs bəd xəbərə niyə sevinirik? Yəni bu qədərmi insani hisslərimizi itirmişik?
Bu suallara bir qədər sonra cavab verməyə çalışacam. Amma əvvəlcə günümüzün “qəhrəmanı”ndan danışmaq istəyirəm. Səlim Müslümovu şəxsən tanıyırdım. İnsafən savadlı insan idi. Öz sahəsində piyada deyildi. Əksinə, novatorçu idi. Yaxşı cəhətlərindən biri isə ətrafına qarşı diqqətli olması idi. Üz-üzə gələndə heç olmasa “salam” verib keçirdi. Amma indi elə məmurlarımız var ki, ətrafındakılara Allahın salamını da çox görür.
İnsanlara yuxarıdan aşağı və həqarətlə baxır. Nə isə mövzudan uzaqlaşmayaq. Səlim Müslümov bəzi müsbət keyfiyyətlərinə baxmayaraq, korrupsioner məmurlardan biri, qansız və acımazıs rəhbər idi.
Xatırladım ki, həbsxana həyatı Səlim Müslümov üçün təzə mövzu deyil. 90-cı illərin ortalarında Səlim müəllim Maliyyə Nazirliyində məsul vəzifədə işləyərkən bir qrup şəxslə, o cümlədən Səbail rayonunda bank müdiri işləyən Bəşər Hacıyev, indiki Maliyyə naziri Samir Şərifov və “sıgorta Mamed”in oğlu ilə əlbir olaraq dövlətin nə az, nə çox düz milyon 50 dollarının dalına keçmişdi. O zamankı 50 milyon dollar ağla gəlməyən dərəcədə çox böyük pul idi. Yalan olmasın, o zaman bu pula bir mikrorayon almaq olardı.
Buna görə Səlim müəllim bir müddət məhbus həyatı yaşadı. Lakin hansısa sehirli əl Səlim Müslümovu həbsxanadan çıxarıb birbaşa Maliyyə Nazirliyində idarə rəisi vəzifəsinə gətirdi. 2000-ci ilin martında isə o, böyük vəzifə sıçrayışı etdi. Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edildi. Cəmi 2 il sonra, 2002-ci ilin 17 dekabr tarixində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə təyin olundu. Və nəhayət, 2013-cü ilin 22 oktyabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edildi. O, bu vəzifədə 2018-ci ilin aprelinədək “kef” elədi.
- Səlim Müslümov daha çox yaddaşlarda pensiya “islahatçısı” kimi qalıb. O, 2005-ci ildə Milli Məclis tərəfindən qəbul olunan “Əmək Pensiyaları haqqında” Qanunun müəlliflərindən biri idi. Hətta Səlim müəllim 2006-cı ilin fevral ayında Rusiyanın Kazan şəhərində “Pensiya sığorta sistemində mühasibat uçotu, təhlil və audit islahatları” doktorluq dissertasiyası müdafiə edərək İqtisad elmləri doktoru alimlik dərəcəsini almışdı. O illərdə Müslümov pensiyaçıların əsl qəniminə çevrilmişdi. Minlərlə insanın son tikəsinin-pensiyasının kəsilməsində bu adamın biləvasitə əməyi var. 2006-cı ildən başlayaraq pensiya sisteminin başına min bir oyun açdı. Əvvəlki pensiya sistemi “Sovetdən qalma” qaydalar adıyla ləğv edildi. Amma mütəxəssislər bilir ki, əvvəlki sistem daha ədalətli idi və əhalinin sosial müdafiəsini daha yaxşı qoruyurdu. Yeni sistem isə sadəcə 40-50 il işləyən insanları qəpik-quruşa möhtac elədi.
Yadımdadır ki, 2005-ci ildə mənə tapşırıq verildi ki, DSMF-nin həyata keçirməyə başladığı pensiya islahatları barədə müəyyən təbliğat işi aparmaq lazımdır. Getdim DSMF-yə. O zaman Fondun Aparat rəhbəri Əjdər Cəbiyevlə görüşdük, danışdıq. Sonra keçdik Səlim müəllimin kabinetinə. Fondun sədri mənə dedi ki, “Biz üç dənə böyük veriliş istəyirik. Çünki deməyə fikirlər çoxdu”. İlkin olaraq razılaşdıq. Amma söhbət əsnasında öyrəndim ki, yeni sistemdə təzə tək bir şey var. O da pensiyaların iki hissəyə-baza və sığorta hissəsinə bölünməsidir. Bu da dolayısı ilə pensiyaçıların başına torba tikməkdən başqa bir şey deyil. Nə isə…
Səlim Müslümovdan müsahibə aldım, müəyyən suallarımı da verdim.Birinci verilişi hazırlayıb efirə verdikdən sonra Əjdər Ola zəng etdim ki, “İkinci verilişi nə zaman edirik?” Əjdər Cəbiyev də dilxor şəkildə qayıtdı ki, “Sən bizim işi təbliğ yox eyy, tənqid etdin. Ona görə də şef daha veriliş istəmir”.
Yeri gəlmişkən, xatırladım ki, DSMF əslində dövlət içində, bir dövlətdir. Onun büdcəsi hər il Milli Məclis tərəfindən ayrıca qanun kimi qəbul edilir, daha sonra prezident tərəfindən xüsusi fərmanla təqsiqlənir. Səlim müəllim düz 11 il pensiya “islahatı” ilə məşğul oldu. Və on minlərlə normal pensiya alan insanın “kəfənpulunu” kəsdirdi, minimum səviyyəyə endirdi. Məhz bunun nəticəsidir ki, hazırda pensiyaların miqdarına görə ölkəmiz regionda anti-rekordçudur.
Səlim Müslümov 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edildikdən sonra da “islahatları”nı davam etdirdi. Xatırlayıram ki, nazir kimi ilk kollegiya iclasında bütün telekanalların gözü qarşısında köhnə nazirin – Füzuli Ələkbərovun 20-dən artıq kadrına ayağa qaldırıb iclas zalından qovdu. Onları ən ağır şəkildə ittiham və təhqir etdi. Guya ki, onlar qatı rüşvətxor və quldur imişlər. Bundan sonra Səlim Müslümov 200-dən artıq DSMF işçisini ƏƏSMN-yə “transfer” etdi. Bütün məsul vəzifələrə öz “kadrları”nı yerləşdirdi. Bundan sonra isə başladı “islahatlara”. Amma Səlim müəllimin fikri qalmışdı DSMF-də. Ona görə də bütün imkanlarını səfərbər edib DSMF-ni yenidən caynağına keçirtdi. Fond Nazirliyin tabeçiliyində bir quruma çevrildi.
Beləcə, 5 il Səlim Müslümov iki böyük quruma “şeflik” etdi. İndi kimi deyir ki, ötən illərdə Səlim Mülümov dövlətin 2 milyard manat, kimisə deyir ki, yox, 3 milyard manat vəsaitini mənimsəyib. Deməli, Səlim Müslümov həm də milyarderdir. Təbii ki, bu milyardların hesabını hüquq-mühafizə orqanları Səlim Müslümovdan soruşacaq. Amma bu qəpik-quruş alan pensiyaçıların sosial həyatına heç bir yenilik gətirməyəcək. Çünki indiki nazir də Səlim Müslümovun həmmüəllifi olduğu “Əmək Pensiyaları haqqında” qanunla işləyir.
İndi isə qayıdaq yuxarıda açıq qalan sualların cavabına. Məncə hamı ona görə sevinir ki, ilk dəfə idi ki, nazir həbs edilirdi. Son 5-6 ildə işdən çıxarılan nazirlərdən Əli Abbasovun, Eldar Mahmudovun, Əbülfəz Qarayevin və Elmar Məmmədyarovun müavinləri və yaxınları ən ağır ittihamlarla həbs olunsa da, özləri sudan quru çıxıblar. Ona görə də hamı sevinir ki, nəhayət, əsl quldurlar öz cəzalarını alacaqlar. Və yəqin ki, bunun davamı olacaq. Digər sabiq nazirlər və bir çox məmurlar xalq qarşısında olmasa da, məhkəmə qarşısında cavab verəcəklər.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-02-2021, 22:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
Səlim Müslümovun həbsi cəmiyyətdə az qala alqışlarla qarşılandı. Əhalinin hansısa sabiq məmurun həbsinə sevinməsinə düzü mən yaxşı baxmıram. Çünki bu sevinc ədalətin təntənəsindən yox, çarəsizlik simptomlarından qaynaqlanır. 3 il əvvəl Səlim Müslümov vəzifədən azad edilib. Və 3 ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində yaxşılığa doğru heç nə dəyişməyib. Bəs onda niyə sevinirik? Ona görə sevinirik ki, cəmiyyətimizdə məmurlara qarşı patoloji nifrət var.Bu gün istənilən məmurun həbsinə xalq sevinir. İstənilən məmurun işdən çıxarılmasına şadyanalıqla yanaşırıq. Cünki cəmiyyət nə yazıq ki, məmurlardan hələ ki gözləntilərini ala bilmir. Gələn ixtiyari məmur xalq maraqları mövqeyindən deyil, korporativ maraqlardan çıxış edir. Ona görə də cəmiyyətimizdə məmurlara qarşı dərin bir etimadsızlıq və bəlkə də nifrət var. Kiminsə həbs olunması istənilən halda pis haldır. Bəd xəbərdir. Bəs bəd xəbərə niyə sevinirik? Yəni bu qədərmi insani hisslərimizi itirmişik?
Bu suallara bir qədər sonra cavab verməyə çalışacam. Amma əvvəlcə günümüzün “qəhrəmanı”ndan danışmaq istəyirəm. Səlim Müslümovu şəxsən tanıyırdım. İnsafən savadlı insan idi. Öz sahəsində piyada deyildi. Əksinə, novatorçu idi. Yaxşı cəhətlərindən biri isə ətrafına qarşı diqqətli olması idi. Üz-üzə gələndə heç olmasa “salam” verib keçirdi. Amma indi elə məmurlarımız var ki, ətrafındakılara Allahın salamını da çox görür.
İnsanlara yuxarıdan aşağı və həqarətlə baxır. Nə isə mövzudan uzaqlaşmayaq. Səlim Müslümov bəzi müsbət keyfiyyətlərinə baxmayaraq, korrupsioner məmurlardan biri, qansız və acımazıs rəhbər idi.
Xatırladım ki, həbsxana həyatı Səlim Müslümov üçün təzə mövzu deyil. 90-cı illərin ortalarında Səlim müəllim Maliyyə Nazirliyində məsul vəzifədə işləyərkən bir qrup şəxslə, o cümlədən Səbail rayonunda bank müdiri işləyən Bəşər Hacıyev, indiki Maliyyə naziri Samir Şərifov və “sıgorta Mamed”in oğlu ilə əlbir olaraq dövlətin nə az, nə çox düz milyon 50 dollarının dalına keçmişdi. O zamankı 50 milyon dollar ağla gəlməyən dərəcədə çox böyük pul idi. Yalan olmasın, o zaman bu pula bir mikrorayon almaq olardı.
Buna görə Səlim müəllim bir müddət məhbus həyatı yaşadı. Lakin hansısa sehirli əl Səlim Müslümovu həbsxanadan çıxarıb birbaşa Maliyyə Nazirliyində idarə rəisi vəzifəsinə gətirdi. 2000-ci ilin martında isə o, böyük vəzifə sıçrayışı etdi. Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edildi. Cəmi 2 il sonra, 2002-ci ilin 17 dekabr tarixində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə təyin olundu. Və nəhayət, 2013-cü ilin 22 oktyabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edildi. O, bu vəzifədə 2018-ci ilin aprelinədək “kef” elədi.
- Səlim Müslümov daha çox yaddaşlarda pensiya “islahatçısı” kimi qalıb. O, 2005-ci ildə Milli Məclis tərəfindən qəbul olunan “Əmək Pensiyaları haqqında” Qanunun müəlliflərindən biri idi. Hətta Səlim müəllim 2006-cı ilin fevral ayında Rusiyanın Kazan şəhərində “Pensiya sığorta sistemində mühasibat uçotu, təhlil və audit islahatları” doktorluq dissertasiyası müdafiə edərək İqtisad elmləri doktoru alimlik dərəcəsini almışdı. O illərdə Müslümov pensiyaçıların əsl qəniminə çevrilmişdi. Minlərlə insanın son tikəsinin-pensiyasının kəsilməsində bu adamın biləvasitə əməyi var. 2006-cı ildən başlayaraq pensiya sisteminin başına min bir oyun açdı. Əvvəlki pensiya sistemi “Sovetdən qalma” qaydalar adıyla ləğv edildi. Amma mütəxəssislər bilir ki, əvvəlki sistem daha ədalətli idi və əhalinin sosial müdafiəsini daha yaxşı qoruyurdu. Yeni sistem isə sadəcə 40-50 il işləyən insanları qəpik-quruşa möhtac elədi.
Səlim Müslümovdan müsahibə aldım, müəyyən suallarımı da verdim.Birinci verilişi hazırlayıb efirə verdikdən sonra Əjdər Ola zəng etdim ki, “İkinci verilişi nə zaman edirik?” Əjdər Cəbiyev də dilxor şəkildə qayıtdı ki, “Sən bizim işi təbliğ yox eyy, tənqid etdin. Ona görə də şef daha veriliş istəmir”.
Yeri gəlmişkən, xatırladım ki, DSMF əslində dövlət içində, bir dövlətdir. Onun büdcəsi hər il Milli Məclis tərəfindən ayrıca qanun kimi qəbul edilir, daha sonra prezident tərəfindən xüsusi fərmanla təqsiqlənir. Səlim müəllim düz 11 il pensiya “islahatı” ilə məşğul oldu. Və on minlərlə normal pensiya alan insanın “kəfənpulunu” kəsdirdi, minimum səviyyəyə endirdi. Məhz bunun nəticəsidir ki, hazırda pensiyaların miqdarına görə ölkəmiz regionda anti-rekordçudur.Səlim Müslümov 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edildikdən sonra da “islahatları”nı davam etdirdi. Xatırlayıram ki, nazir kimi ilk kollegiya iclasında bütün telekanalların gözü qarşısında köhnə nazirin – Füzuli Ələkbərovun 20-dən artıq kadrına ayağa qaldırıb iclas zalından qovdu. Onları ən ağır şəkildə ittiham və təhqir etdi. Guya ki, onlar qatı rüşvətxor və quldur imişlər. Bundan sonra Səlim Müslümov 200-dən artıq DSMF işçisini ƏƏSMN-yə “transfer” etdi. Bütün məsul vəzifələrə öz “kadrları”nı yerləşdirdi. Bundan sonra isə başladı “islahatlara”. Amma Səlim müəllimin fikri qalmışdı DSMF-də. Ona görə də bütün imkanlarını səfərbər edib DSMF-ni yenidən caynağına keçirtdi. Fond Nazirliyin tabeçiliyində bir quruma çevrildi.
Beləcə, 5 il Səlim Müslümov iki böyük quruma “şeflik” etdi. İndi kimi deyir ki, ötən illərdə Səlim Mülümov dövlətin 2 milyard manat, kimisə deyir ki, yox, 3 milyard manat vəsaitini mənimsəyib. Deməli, Səlim Müslümov həm də milyarderdir. Təbii ki, bu milyardların hesabını hüquq-mühafizə orqanları Səlim Müslümovdan soruşacaq. Amma bu qəpik-quruş alan pensiyaçıların sosial həyatına heç bir yenilik gətirməyəcək. Çünki indiki nazir də Səlim Müslümovun həmmüəllifi olduğu “Əmək Pensiyaları haqqında” qanunla işləyir.
İndi isə qayıdaq yuxarıda açıq qalan sualların cavabına. Məncə hamı ona görə sevinir ki, ilk dəfə idi ki, nazir həbs edilirdi. Son 5-6 ildə işdən çıxarılan nazirlərdən Əli Abbasovun, Eldar Mahmudovun, Əbülfəz Qarayevin və Elmar Məmmədyarovun müavinləri və yaxınları ən ağır ittihamlarla həbs olunsa da, özləri sudan quru çıxıblar. Ona görə də hamı sevinir ki, nəhayət, əsl quldurlar öz cəzalarını alacaqlar. Və yəqin ki, bunun davamı olacaq. Digər sabiq nazirlər və bir çox məmurlar xalq qarşısında olmasa da, məhkəmə qarşısında cavab verəcəklər.
Paylaş:
Müəllif :
Fuad
Tarix:5-02-2021, 22:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |