Ucarda tenderləri kimlər udur? - İLGİNC FAKTLAR
2020-cu ildə Ucar rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 1 milyon 794 min 762 manat məbləğində 20 tender keçirilib.
Dia.az-ın məlumatına görə, İcra hakimiyyəti 5 tenderə 859 min 020 manat xərcləyib. Ucar Rayon İcra Hakimiyyətinin keçirdiyi ən böyük 2 tenderi "VEST-LTD" QSC(337 min 134 manat və 336 min 984 manat) udub.
Ucar Rayon Mərkəzi Xəstəxanası ümumi məbləği 240 min 650 manat olan 10 tender müsabiqəsi keçirib. Ən böyük tenderlərin qalibi "KRİPTO LAB" MMC (48 min 010 manat) olmuşdur.
2020-cu ildə Ucarda Rayonunda keçirilən tenderləri təqdim edirik.
Ucar Rayon İcra Hakimiyyətinin keçirdiyi ən böyük 2 tenderi qazanmış "VEST-LTD" QSC ilə bağlı müəyyən araşdırmalar apardıq və yerli KİV-də yer almış bəzi faktları diqqətinizə təqdim edirik:
Məlumatlarda 2010-ci ildə dövlət qeydiyyatına alınmış və nizamnamə kapitalı 2 050 manat olan “Vest LTD” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) dövlət satınalmalarındakı fəaliyyətindən bəhs olunur. Xatırladaq ki, qanuni təmsilçisi Şahin Verdəliyev olan (VÖEN: 2100393871) “Vest LTD” MMC sonradan təşkilati-hüquqi forması dəyişdirilərək “Vest LTD” Qapalı Səhmdar Cəmiyyəti (QSC) olub. Olsun… Redaksiyamıza daxil olan məlumatlarda “Vest LTD” QSC-nin analoji işlərdə təcrübəsi, potensialı, texniki və digər lazımı imkanları, müvafiq xidmətlər üzrə uyğunluq sertifikatlar və s. haqda ziddiyyətli məlumatlar daxil olub…
HAŞİYƏ: “Vest LTD” QSC dövlət satınalmalarında fəallığı ilə seçilir. Xüsusi ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeli strukturlarının əksər tenderlərinin qalibi “Vest LTD” QSC olur. Həm də bu əməkdaşlıqda heç də az olmayan məbləğlər yer alır…
BİR FAKT: “Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti 02.03.2020-ci il tarixdə dövlət mənzil fonduna aid binaların dam örtüyünün, eləcə də sosial-mədəni və məişət təyinatlı obyektlərin təmiri ilə bağlı elan etdiyi 2 açıq tenderə 11.06.2020-ci ildə yekun vurub.Qeyd edək ki, dövlət mənzil fonduna aid binaların dam örtüyünün təmirinin satın alınması üzrə tenderin qalibi “Vest LTD” QSC olub və tərəflər arasında 9992560.78 manat məbləğində müqavilə bağlanıb. Bakı Şəhər İcra Hakimiyyətinin tabeli strukturları ilə “Vest LTD” QSC-nin bu sayaq əməkdaşlığı ilə bağlı saysız faktlar sadalamaq mümkündür. Sonuncu isə Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə “Vest LTD” QSC-nin arasında 3 gün əvvəl-26.10.2020-ci il tarixdə- 299096 manat məbləğdə bağlanmış müqavilədir.
“Vest LTD” QSC-nin əməkdaşlığı yalnız Bakı Şəhər İcra Hakimiyyəti ilə məhdudlaşmır. Şirkət ötən ay 1№-li Bakı Tibb Kollecinin elan etdiyi kotirovka sorğusunun da qalibi olub. 22.09.2020-ci il tarixdə tərəflər arasında üç lot üzrə müqavilə bağlanıb: 1) Cari təmirlə bağlı 44608 manat. 2) Əsaslı təmirlə bağlı 48729 manat. 3) Abadlaşdırma ilə bağlı 9766 manat. Yeri gəlmişkən bəzi məqamlara aydınlıq gətirmək məqsədi ilə 1№-li Bakı Tibb Kollecinin direktoru xanım Nailə Əliyevaya ünvanladığımız elektron sorğuya bir aydan artıqdır ki, cavab ala bilmirik(?)
“Vest LTD” QSC-nin fəaliyyəti paytaxtdan kənar-əyalətləri də əhatə edir: 20.10.2020-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyəti Başçısının Ucar Şəhəri Üzrə Nümayəndəliyi ilə “Vest LTD” QSC arasında Yolların əsaslı təmir ilə bağlı dəyəri 337134 manat olan müqavilə bağlanıb.
***
Dövlət satınalamaları haqqında qanundan da məlum olduğu kimi müsabiqənin qalibi olan şirkətin bir sıra standartlara uyğunluğu vacibdir. Bu sırada Tenderin qalibi olan şirkətin analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları, qalib olduğu müddətə qədər son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı, son bir ildəki maliyyə vəziyyəti haqqında müvafiq bank arayışı və müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları kimi şərtlər sadalanır.
Yuxarıda da qeyd etdiyimiz kimi “Vest LTD” QSC ilə bağlı yenixeber.org-a daxil olmuş məlumatlarda dəqiqləşdirilməsi vacib olan faktlar yer alır. Biz də bəlli qanun və qaydalara uyğun olaraq bu faktların araşdırılmasını və “Vest LTD” QSC səlahiyyətlilərinin mövqeyini öyrənmək istədik. İnternet üzərindən heç bir əlaqə vasitəsinə rast olunmayan şirkətlə bağlı bir email poçta elektron sorğu göndərsək də heç bir cavab olmadı. Yeri gəlmişkən saysız tenderlərin qalibi olan, yüksək məbləğdə dövlət vəsaitinə iddialı bir şirkətin nəinki fəaliyyəti ilə bağlı saytının olmaması, internet üzərindən hansısa əlaqə vasitəsinin belə olmaması özü də suallar doğuran faktordur… Az qala ədədi silsilə ilə dövlət satınalmalarının qalibi olan bir şirkətin cəmiyyətə açıq olması, fəaliyyətinin şəffaf olması vacibdir. Bunun əksi isə ziddiyyətli məlumatları stimullaşdıran faktordur…
Əldə etdiyimiz məlumatlara görə “Vest LTD” QSC iş dünyasında Hacı kimi tanınan məşhur bir iş adamının çətiri altındakı 10-larla şirkətlərdən biridir…
Bütün bu məqamlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Paylaş:
Müəllif : Fuad
Tarix:28-12-2020, 12:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:28-12-2020, 12:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11