“Azərsu” dövlətin sosial-iqtisadi siyasətini sabotaj edir - Fərdi sahibkarların “hüquqi şəxs” edilməsinin “su modeli”
Qanunun aliliyinin təmin edilməsi ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan Qanunun -Konstitusiyanın tələbidir. Ana Qanunun 12-ci maddəsinə görə, insan və vətəndaş hüquqlarının qorunması dövlətin ali məqsədidir. 73-cü konstitusiya maddəsinə görə, heç kəsdən qanunda nəzərdə tutulmuş miqdardan artıq vergilər və digər dövlət ödənişləri tələb edilə bilməz. Nə yazıq, qanun dövlətindir, icra etməyən isə elə dövlət qurumlarıdır. Özəlliklə, kommunal xidmətlər sektorunda tam özbaşınalıq, qanunlara hörmətsizlik hökm sürür. Vətəndaşlardan su, işıq, qaz, telefon çəkilməsinə görə qanunda nəzərdə tutulmayan ödənişlər tələb edilməsi hətta “ASAN”laşıb. Təsəvvür edin, “Azərişıq” , “Azəriqaz”, “Azərsu “ təbii inhisarçı mövqeyindən sui-istifadə edərək elektroenergetika , qaz və su təchizatı haqqında qanunların, Prezident fərmanlarının, NK qərarlarının tələblərini Konstitusiyaya yox, korrupsiyaya uyğun izah və tətbiq edirlər. Orucluq ayıdır, su ilə açılır, su aydınlıqdır, biz də su ilə başlayaq.
“Su təchizatı və tullantı suları haqqında “ 28.10.1999-cu il tarixli 723-IQ saylı Azərbaycan Respublikası Qanununun 2-ci maddəsi bu qanunun məqsədinin istehlakçıların dövlət standartlarının tələblərinə cavab verən keyfiyyətli və lazımi miqdarda su ilə təmin edilməsi, tullantı sularının axıdılması sahəsində münasibətlərin tənzimlənməsi olduğunu təsbit edir. Sözügedən qanunun 23-cü maddəsinə görə, su təchizatı müəssisəsi öz su zonasında yerləşən hər hansı istehlakçının müraciətinə əsasən onu aşağıdakı şərtlərlə su təchizatı sisteminə qoşmalıdır :a) müraciət edən istehlakçı mövcud və ya tikilməsi planlaşdırılan obyektin və ya onun bir hissəsinin sahibi olsun və b) qoşulma, fiziki şəxs olan istehlakçılar istisna olmaqla , digər istehlakçı qruplar üzrə istehlakçının hesabına aparılsın. Göründüyü kimi, su təchizatı zonasında yerləşən istənilən istehlakçının su təchizatı sisteminə qoşulmasını texniki şərt tələb edilmədən, yalnız iki şərt əsasında təsbit edir. Bu şərtin biri su istehlakçısının obyektə sahibliyini təsdiq edən sənədin olması, digərini isə qoşulma işlərinin fiziki şəxslər istisna olmaqla digər şəxslərin hesabına görülməsi təşkil edir. Başqa sözlə, dövlətin fiziki şəxslərə dövlət hesabına su xidməti göstərməsi qanunun tələbidir. Onu da vurğulayaq ki, dövlət fiziki şəxslərin suölçən cihazlarla təchiz edilməsini də üzərinə götürüb. Sözügedən qanunun 31.1-ci maddəsində FİZİKİ ŞƏXS OLAN İSTEHLAKÇILARIN SUÖLÇƏN CİHAZLARLA TƏCHİZ EDİLMƏSİ, ONLARIN QURAŞDIRILMASI VƏ DƏYİŞDİRİLMƏSİ SU TƏCHİZATI MÜƏSSİSƏSİNİN HESABINA HƏYATA KEÇİRİLMƏSİ TƏSBİT OLUNUB. Nazirlər Kabinetinin “Sudan istifadə qaydaları haqqında “ 17.07.2014 tarixli 262 saylı qərarının 6.5 bəndində də FİZİKİ ŞƏXS OLAN İSTEHLAKÇILARIN SUÖLÇƏN CİHAZLARLA TƏCHİZ EDİLMƏSİ, ONLARIN QURAŞDIRILMASI VƏ DƏYİŞDİRİLMƏSİNİN SU TƏCHİZATI VƏ KANALİZASİYA MÜƏSSİSƏSİNİN HESABINA HƏYATA KEÇİRİLMƏSİ TƏSBİT OLUNUB. Di gəl, su təchizatı sahəsində dövlət yönətimini həyata keçirən “Azərsu” Açıq Səhmdar Cəmiyyəti dövlətin qanununu qanuna və Konstitusiyaya zidd olaraq bilərəkdən ya bilməyərəkdən yanlış izah və tətbiq edərək fiziki şəxslərdən şişirtmə sayğac ödənişi tələb edir və inhisarçı mövqeyindən yararlanaraq bu ödənişi alırlar. Ödəniş etməyənlər isə on illərlə su üzünə həsrət qalır. “Azərsu” yetkililərinin əsas “arqumenti” Vergilər Məcəlləsində “fiziki şəxs” anlayışının yox, “hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs” yazılmasıdır. Özü də bir -iki məmurun dövlətin qanununu, Prezidentin fərmanını , NK qərarını bilərəkdən belə “məmuranə” izah etməsini bəlkə də birtəhər anlamaq olardı, amma “Azərsu”da sədr başda olmaqla, 7 müavinin- Köçərli Həsənov, Seymur Seyidov, Etibar Məmmədov …. “fiziki şəxs” kimi sahibkarlıqla məşğul olan fərdi sahibkarı Vergilər Məcəlləsinə əsasən “hüquqi şəxs” edib, ödəniş tələb etmələrini necə anlamaq olar ? Bu “sayğac təfsiri” açıq- aşkar kiçik və orta sahibkarlığın inkişafına zərbədir və eyni zamanda dövlətin və onun başçısının sosial-iqtisadi siyasətini sabotaj etmək deməkdir .
Paylaş:
Müəllif : Redaktor
Tarix:14-05-2019, 13:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:14-05-2019, 13:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11