Hadrutdakı insident təsadüfdür, yoxsa Rusiyanın növbəti oyunudur?! - ŞƏRH
Atalar deyir: “İtnən yoldaşlıq elə, ancaq çomağını yerə qoyma”. Bu öyüdün hikmətini bu günlərdə bir daha anladım. Çünki ermənilərin davranışı bunu sübut etdi. Bircə ay bunlar bizimlə sülh içində, dinc qonşuluq şəraitində yaşaya bilmədilər. Dekabrın 11–i axşam saatlarında yenidən atəşkəsi pozdular. Hadrutda erməni silahlı birləşmələri Azərbaycan silahlı qüvvələrinə qarşı müqvimət göstərdilər. Əvəzində müzəffər ordumuzdan layiqli cavab aldılar. Amma bu insident haqlı narahatlıq və bəzi suallar ortaya çıxarır.
Birincisi, Ermənistan hərbi-siyasi hakimiyyəti, eləcə də daxildəki və xarici ölkələrdəki bəzi ünsürlər mövcud status-kvo ilə barışmaq fikrində deyillər. Ona görə də belə insdentlərin təkrarlanmayacağına heç bir təminat yoxdur.
İkincisi, Rusiya sülhməramlıları Dağlıq Qarabağda sülhün təminatçısından daha çox ermənilərin sosial müdafiəçisi kimi çıxış edirlər. Son bir ayda rus əsgərləri ancaq dağılmış evlərin, sosial obyektlərin bərpası ilə məşğuldurlar. Halbuki bu məsələ sülhməramlıların səlahiyyətlərinə qətiyyən aid deyil. Onların səlahiyyətlərinə aid olan məsələlər tamamilə açıq qalıb. Nədir açıq qalan məsələlər? Əvvəla, sülhməramlılar Qarabağa qədəm qoyduqları ilk gündən erməni silahlı birləşmələrini tərksilah etməli idilər. Çünki Qarabağda silahlı erməni dəstələri durduqca, davamlı sülhdən danışmaq yersizdir. Amma ruslar son bir ayda bu istiqamətdə heç bir iş görməyiblər. 10 noyabr anlaşmasında da bu məsələ açıq qalır. Kəlbəcər, Ağdam və Laçın rayonundan ermənilərin və Ermənistan ordusunun çıxarılması aydın şəkildə göstərilib. Ancaq bu məsələdə Dağlıq Qarabağla bağlı heç nə deyilmir. Bu da onu göstərir ki, Qarabağda erməni silahlı birləşmələrinin qalması Rusiyanın maraqlarına uyğundur. Rusiya bunu sonuncu kart kimi əlində saxlayıb. Yəni istənilən halda Qarabağda silahlı qarşıdurma ola bilər (necə ki, dekabrın 11-də oldu). Hadrutda baş verən insident birinci olsa da, sonuncu olmayacağına adım kimi əminəm. Bunu heç Ermənistan tərəfi də gizlətmir. Məsələn, noyabrın 27-də Ermənistanda yeni hərbi səfərbərlik başladı. Sülh anlaşmasından, müharibənin bitməsindən sonra bu səfərbərlik hansı məqsədlə aparıldığı ciddi suallar doğurur.
Başqa bir fakta fikir verək. Rusiya sülhməramlıları sülh anlaşmasından cəmi bir saat sonra Qarabağa doğru yola çıxdı. Lakin atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə birgə monitorinq mərkəzindən hələlik söhbət gedir. Bu da məsələnin digər qaranlıq tərəfidir. Rusiya Türkiyənin bölgəyə gəlməsini istəmir və gəlişini maksimum dərəcədə əngəlləyir. Bunun bir sıra geosiyasi səbəbləri var. Ancaq indiki halda rusların atəşkəsə təkbaşına nəzarət etməsi qorxulu ehtimallardan xəbər verir. Xatırlayaq ki, 44 günlük müharibədə ermənilər davamlı şəkildə atəşkəs istəyirdi. Ən azı bir neçə günlüyünə. Və hamımız da bunu yaxşı başa düşürdük ki, bu atəşkəs oyunu Ermənistan ordusunun güclənməsinə, cəbhəyə yeni qüvvələrin cəlb olunmasına xidmətdən başqa bir şey deyil. Bəs elə isə bu amili indi niyə diqqətdən yayındırırıq?
Əgər Rusiya sülhməramlıları Qarabağdakı erməni hərbi birləşmələrini tərksilah etmirsə, onda kim təminat verə bilər ki, son bir ayda Laçın dəhlizi ilə Ermənistana lazım olan silah-sursat və və canlı qüvvə gətirilməyib?
Təkrar edirəm: son bir ay göstərdi ki, Rus ordusu sülhü qorumaqdan başqa Qarabağda hər şeylə məşğul olur. Xatrıladıram: 10 noyabr anlaşmasında aydın şəkildə yazılıb ki, köçkünlərin geri qaytarılması BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarlığı tərəfindən həyata keçiriləcək. Bəs onda Ali komissarlıq bir aydır hardadır? Qısa zamanda 40 mindən artıq erməninin geri qaytarıldığı söylənilir. Bu prosesi kim həyata keçirir? Təbii ki, rus “sülhməramlıları”. Bu “sülhməramlılar” bəs niyə azərbaycanlıların Şuşaya, Xocalıya və digər yaşayış məntəqələrimizə qayıtmasına yardım etmir? Bu da onu göstərir ki, Rusiya Qarabağdakı son hərəkətlərində Azərbaycana qarşı səmimi deyil. Ən azı ona görə ki,11 dekabr insidentindən sonra gözləyirdik ki, rus sülhməramlıları hərərəkətə keçib Hadrutdakı silahlı erməniləri tərksilah edəcək, onları bölgədən çıxardacaq. Həqiqətdə nə oldu? Sülhməramlıların komandanlığı baş verənlərdən təəssüfləndiklərini bildirməklə işlərini yekunlaşdırdılar. Ermənistan mətbuatının yazdığına görə, nə hadisə baş verən gün, nə də ertəsi gün sülhməramlıların komandanı Rüstəm Muradov Qarabağda olmayıb. Bunu necə başa düşək? Deməli, Qarabağda çirkin oyunlar gedir.
Sonda daha bir xatırlatma edim. Dekabrın 10-da Bakıda Zəfər paradı keçirildi. Tədbirdə Azərbayca prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəzi açıqlamalr verdilər. Amma bu açıqlamalar bəzi qonşu dövlətlər tərəfindən birmənalı qarşılanmadı. Ermənistan, daha sonra İran müxtəlif bəyanatlar verdi. Amma Rusiya susdu. Cəmi bir gün sonra isə Qarabağda ilk dəfə atəşkəs pozuldu. Sizcə bu təsadüfdür, yoxsa xəbərdarlıq?!
Ümid edək ki, bu çirkin oyunlar Qarabağda münaqişənin yenidən alovlanması ilə bitməyəcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-12-2020, 14:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:13-12-2020, 14:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11