“AZƏRBAYCAN SƏFİRİ "DİV YUXUSU"NDADIR" - Gürcüstan Azərbaycanlıları Konqresinin sədri
Hüseyn Yusubov: “Hazırda Gürcüstanda Azərbaycan səfiri ilə SOCAR “səfiri”nin rolları qarışıq düşüb”
“Azərbaycanla Gürcüstan bir gəmidədilər. Bu gəmi ya batacaq, ya da gözəl bir sahilə birlikdə çıxacaqlar”
“...Bu halad iki tərəf də sərhəddə bizi görər, həmin o İrakli Okuraşvlinin dediyi 500 min azərbaycanlı onda o iki qoşunun arasında durar. Mən bunu iki tərəfə də deyirəm, iki tərəf də bilsin, ortada biz azərbaycanlıları görərlər, ikisinin də gülləsini biz öz üzərimizə qəbul etməyə hazır olarıq”
“Quram Marxuli sübut edib ki, İrakli Okuraşvili etnik ermənidir. Bu gün Azərbaycan tərəfi bu adamı bir gürcü siyasətçisi kimi qəbul edirsə, mən buna da gülərəm”
“Gürcüstanı və Azərbaycanı dağlamaq üçün üçüncü qüvvədən, yəni ki, ermənilərdən istifadə ediblər. Rus imperiyası dövründə də, Sovet dövründə də elə olub, bu gün də elədir”
Son vaxtlar Gürcüstan Azərbaycan arasında münasibətlərə zərbə vuran məsələlər gündəmə gəlməkdədir. Əvvəl xalqımızın hüzn günü, yəni 20 Yanvar günü Axalkalakidə azərbaycanlıların qatili Mixail Avakyana abidə qoyuldu, ardınca Marneulidə Nəriman Nərimanovun abidəsinin götürülməsi gündəmə gəldi. İndi isə neçə gündür ki, Keşikçidağ məbədi məsələsi Azərbyacan-Gürcüstan münasibətlərinə zərbə vurmaq üçün ortaya atılıb. Maraqlıdır ki, bu məsələlərin ardıcıl baş verməsi təsadüfdür? Bu və digər suallarımıza cavab almaq üçün Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubovlasöhbətləşdik:
(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/azerbaycan_ve_gurcustanin_qarsi-qarsiya_gelmesine_qarsiyiq_-_hseyn_yusubov)
-Hüseyn müəllim, siz hansı tarixi mənbəyə istinadən deyirsiniz ki, bu, gürcü kilsəsidir?
-Mən nə tarixçi, nə də arxitektor deyiləm, amma mən həm Azərbaycan tərəfinin verdiyi versiyaları dinləyirəm, həm də gürcü tərəfinin bu məsələ ilə bağlı versiyalarına qulaq asıram. Axşam yenə “Pirveli” kanalında tarixçi alimlər bu haqda müzakirə edirdilər. Mən onları da diqqətlə dinlədim. Onların da öz irəli sürdüyü fikirlər, elmi yanaşmaları var. Yəni burada bir problem varsa, bu, sizinlə mənim söhbətim olmamalıdır. Arxitektorlar, tarixçilər oturub birlikdə müzakirə etməlidirlər. Orada olan elementlər bunu göstərir. Binanın bir “dili” var, bina “danışır”. Binanın üzərində olan elementlər, daşların düzülmə qaydası bunu göstərir. Orada yüz cür detallar var. Onu arxitektorlar oturub birlikdə müzakirə edib, qərar verə bilərlər. Tarxiçilər isə tarixi faktları birlikdə müzakirə edə bilər. Biz siyasətçilər bu məsələlərlə bağlı öz fikrimizi söyləyirik. Gürcüstan Azərbaycanlıları Konqresinin sədri olaraq mən istəyirəm ki, bu məsələlər bu dövlətlər arasında problem yaratmasın. Əgər bu məsələ iki tərəfdən birinin dövlətinin Təhlükəsizlik Şurasında müzakirə olunursa, bu, artıq ciddi məsələdir, bir siqnaldır və bu məsələlər bu dərəcədə ciddiləşməməlidir. Bu məsələlər mürəkkəbləşmədən sadə yolla həllini tapmalıdır. Təhlükəsizlik Şurasının iclasında hansı məsələlər müzakirə oluna bilər: hansı məsələdən ki, müharibə çıxa bilər, ölkənin təhlükəsizliyi risk altına düşə bilər. Bu, mənim üçün arzuolunan faktor deyil. Gürcüstan mənim vətənimdir. İkinci bir vətən olmur. Vətənlə bağlı nə var, hamısı Gürcüstana aiddir. Azərbaycan bizim milli dövlətimizdir. Yəni dünyada bizim üçün iki əziz torpaq var, o da Azərbaycan və Gürcüstandır. Bu gün biz o ikisinin qarşı-qarşıya gəlməsinə qarşıyıq. Bu halad iki tərəf də sərhəddə bizi görər, həmin o İrakli Okuraşvlinin dediyi 500 min azərbaycanlı onda o iki qoşunun arasında durar. Mən bunu iki tərəfə də deyirəm, iki tərəf də bilsin, ortada biz azərbaycanlıları görərlər, ikisinin də gülləsini biz öz üzərimizə qəbul etməyə hazır olarıq. Biz bu məsələnin ölkələr arasında müharibə olmasına, ciddi konfliktlərə çevrilməsinə razı deyilik, qarşıyıq. Tələb edirik, oturun, razılaşın.
- Siz Gürcüstan Azərbaycanlıları Konqresinin sədri kimi İrakli Okuraşvilinin bəyanatının arxasında hansı maraqları görürsünüz?
- Mən o haqda öz fikirlərimi demişəm. Gülüncüdür! Okuraşvili kim idi ki, o dövrdə o cür şərt qoyaydı. O, heç vaxt o məsələlərlə məşğul olmayıb. Elə məsələlərlə Xarici İşlər Nazirliyi məşğul olub, Okuraşvili xarici işlər naziri olmayıb. O məsələlər Xarici İşlər Nazirliyinin kurasiyasında olan məsələlərdir. Bu, müdafiə nazirinin kurasiyasında olan məsələ olmayıb. Bu gün də bu məsələ Xarici İşlər və Mədəniyyət nazirliklərinin səlahiyyətində olan məsələdir. O, müdafiə naziri, daxili işlər naziri və baş prokuror olub. Bu, onun kurasiyasında olan məsələ olmayıb. Okuraşvli bir həftə ərzində hansı bəyanatları verib, sonra hansı bəyanatlara qarşı özü çıxış edib, bunu biz çox gözəl bilirik. Okuraşvli sizin üçün bir nazirdir, bizim üçün bir “siyasi prostitutka”dır. Biz onun nə olduğunu bilirik. Biz hamımız ona gülürük. Suxum Universitetinin Tarix kafedrasının müdiri, professor Quram Marxuli sübut edib ki, bu adam etnik ermənidir. Bu gün Azərbaycan tərəfi bu adamı bir gürcü siyasətçisi kimi qəbul edirsə, mən buna da gülərəm.
- Keşikçidağ məbədi məsələsi gündəmə gələndən sonra iki ölkənin xarici işlər nazirləri məsələ ilə bağlı danışıqlara hazır olduqlarını bildirdilər. Buna baxmayaraq gürcü fəalları 3 gün öncə məbədin Azərbaycan tərəfində olan hissəsini canlı zəncirlə əhatəyə aldılar. Məsələnin xarici işlər nazirləri səviyyəsində həll edilməsi nəzərdə tutulduğu halda gürcü fəallarının bu addımı nə dərəcədə doğrudur?
- Gürcüstan təkcə iqtidardan ibarət deyil. Gürcüstanda iqtidar da, çox müxtəlif səpkili müxalifət partiyaları da var. Yəni Rusiya və Avropa yönlü müxalifət partiyalarımız var. Bundan başqa, istiqaməti məlum olmayan bir çox hərəkatlar var. Yəni kim haradan maliyyələşirsə, ona uyğun da musiqi çalan təşkilatlar var. Bu təşkilatlar hərə öz missiyasına uyğun musiqisini çalacaq. Əsas məsələ bu təşkilatlara saqqız verməməkdir. Bu məsələyə Təhlükəsizlik Şurasının iclasında baxıldı. Gürcüstanın daxili işlər nazirinin, Təhlükəsizlik Şurasının katibinin iclasdan sonra verdiyi bəyanat çox gözəl bəyanat idi. O, çıxış etdi ki, “strateji partnyorumuz, dostumuz, qardaşımız olan Azərbaycanla sərhəd bölgəsində insident var, “provakasiya” yaranmamaq, ayrı-ayrı siyasətbazlar bu işdən oyun çıxartmamaq üçün biz Azərbaycandakı qardaşlarımızla bərabər rəsmi bir komissiya yaradacağıq. Bu komissiya sərhəd bölgəsindəki bu məsələləri araşdıracaq”. Mədəniyyət naziri, baş nazirimiz də məsələ ilə bağlı buna oxşar bir bəyanat verdi. Bunlar çox gözəl faktorlardır. Əsas rəsmi dövlətin mövqeyidir, ayrı-ayrı “provakator”lar nə istəyir, desin. Həmin Okuraşvili müraciət edəndə Azərbaycan tərəfə müraciət etmirdi. O, gürcü hakimiyyətinə müraciət edirdi. Gürcü hakimiyyətinə barmaq qıcayırdı ki, “mən hakimiyyətdə olanda bu cür həll etmişəm, Azərbaycana demişəm ki, ya bu qapıları açacaqsan, 500 min Gürcüstanda yaşayan azərbaycanlını “Qırmızı körpü”də qəbul edəcəksən... ay hökumət, sən indi niyə bunu edə bilmirsən?” O, bunu deməyə çalışırdı. Hökumətdən cavab aldımı? Xeyr, hökumət onu ciddi qəbul etmədi. Bu şeylərə fikir vermək və məsələlərin həllində bunların üzərindən irəliləmək lazımdır. Gürcüstan dövləti onların heç birinin bəyanatını ciddiyə almadı, hamı onlara güldü. Əksinə Gürcüstan dövlətinin Təhlükəsizlik Şurasının sədri və katibi də bəyanatla çıxış etdi ki, “Azərbaycan bizim üçün strateji bir partnyordur. Bütün məsələlərimiz Azərbaycanla müştərəkdir, bu məsələ Xarici İşlər və Mədəniyyət nazirlikləri çərçivəsində müzakirə olunacaq və sülh yolu ilə həllini tapacaq”. İşin bu tərəfinə baxmaq lazımdır. “Provakator”lar ondan ötrüdür ki, onlar “provakasiya” yaratsın, amma ciddi təşkilatların ciddi bəyanatlarına da fikir vermək lazımdır.
-Bildiyimiz kimi, Gürcüstan prezidenti Salome Zurabişvili özü də Keşikçidağ məbədinə baş çəkdi və mübahisəli bölgələrin həllinin vacibliyini vurğuladı. Bu məsələni gündəmə gətirməkdə prezidentin xüsusi rolu olduğu qeyd olunur. Bu baxımdan, onun apardığı siyasətin münasibətlərə zərbə vuracağı vurğulanır. Siz necə düşünürsünüz, Zurabişvlinin siyasəti Azərbyacan-Gürcüstan əlaqələrinə nə vəd edir?
-Mən söhbətimizin əvvəlində bu məsələlərlə bağlı burada Rusiya faktorunun ciddi yer aldığını vurğuladım. Salome Zurabişvili bu bəyanatları verməmişdən öncə, belə bir bəyanatla çıxış etdi ki, “Gürcüstan ərazisində Amerika Birləmiş Ştatlarının hərbi bazalarının olması arzuolunan deyil”. Sizcə, bu bəyanat Rusiyadan başqa hansı dövlətin marağına xidmət edir? O, bu çıxışı edəndən bir neçə saat sonra iqtidar partiyasının baş katibi Qaxa Kaladze çıxış etdi, həmin məsələyə öz partiyasının mövqeyini bildirdi ki, “bu xanım müstəqil namizəd olaraq seçilib, bizim partiyanın namizədi olaraq seçilməyib və təbii ki, onun sərgilədiyi mövqe bizim partiyanın mövqeyi deyil”. Həmin mövqe Azərbaycanla bağlı məsələlərdə də eyni qalmırmı?
-Belə məlum olmurmu ki, Salome Zurabişvli Gürcüstan prezidenti olaraq Rusiyanın maraqlarına xidmət edir?
-Mən onu bilmirəm, o, kimin maraqlarına xidmət edir. Mən onun verdiyi rəsmi bəyanatı və iqtidar partiyasının ona qarşı Amerika Birləşmiş Ştatlarının hərbi bazaları ilə bağlı verdiyi bəyanatı vurğulayıram. Eyni zamanda oradan çıxan nəticəni o xanımın Azərbaycanla bağlı verdiyi bəyanata aid etmək lazımdır. Amma hər məsələdə pozitivlər var, o pozitivləri görmək lazımdır. Təkcə neqativlərlə yaşamaq olmaz. Gürcüstan neqativlərdən ibarət deyil.
- Azərbaycan səfirliyinin bu məsəldə tutuduğu mövqe sizi qane edirmi? Baxmayaraq ki, Dursun Həsənov dünən dini rəhbərlliklə görüşüb, amma bu, daha çox siyasi hakimiyyətlə müzakirə olunan məsələ deyilmi?
- Azərbaycan səfirimiz həmişə olduğu kimi yenə də “div yuxusu”ndadır, o yuxusundan ayılanda danışacaq. Bu saat burada Azərbaycan səfiri ilə SOKAR “səfiri”nin rolları qarışıq düşüb. Onlar öz aralarında funksiyalarını aydınlaşdırsınlar, biz də bilək ki, hansının funksiyası nədir.
-Deyirsiniz ki, Azərbaycan səfirimiz “div yuxusu”ndadır. Bunu nə ilə əlaqələndirirsiniz?
-Mən elə görürəm. Mənə görünən odur ki, dərin bir yuxudadadır. Azərbaycan üçün Gürcüstan strateji, iqtisadi baxımdan, hər bir cəhətdən bir nömrəli dövlətdir. Gürcüstanın heç vaxt indiyə kimi Azərbaycana torpaq iddiası olmayıb, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bayaqdan mənim də tənqid etdiyim Salome Zurabişvli İrəvanda Ermənistan parlamentinin sədri ilə görüşəndə orada belə bir bəyanat verdi ki, “siz ermənilər Azərbaycan torpağını işğal edibsiniz”. Rəsmi Gürcüstanın heç vaxt Azərbaycana qarşı neqativ bir mövqeyi olmayıb, xırda nüanslar ola bilir. Xırda nüanslar ailədə də ola bilir. Amma burada yeni düşmənlər axtarışına çıxanlar var. Ortada cadular var, hansılar ki, yeni düşmənlər axtarışına çıxıb. Hələ bir erməni ilə başa çıxaq. Erməni ilə başa çıxmaqdan ötrü mütləq bu yolu Azərbaycan gürcü ilə birlikdə keçməlidir. Ermənistan ərazisində əgər iki dənə rus ordusu varsa, Qarabağdan torpaq yox, heç bir dənə qamqalaq da qopartmaq olmaz. Bu gün Ermənistan Rusiyaya bir plasdarm kimi lazımdır, ayağını ora qoysun və Gürcüstandakı, Türkiyədəki, Şərqi Avropadakı NATO qüvvələrinə qarşı oradan bir plasdarm kimi istifadə eləsin. Eyni vaxtda indiyə kimi Yaxın Şərq ölkələrinə də təsiri ola bilirdi. Artıq Rusiya Suriyada özünə ikinci bir plasdarm yaratdı. Deməli ki, burada Azərbaycan Gürcüstanla paralel inkişaf xətti cızmalıdır, xarici siyasətinə yenidən baxmalıdır. Allaha şükürlər olsun ki, İlham Əliyev artıq Avropa İttifaqı ilə bağlı yeni siyasət sərgiləyir. Biz onu alqışlayırıq ki, Avropaya doğru inkişaf gedir və Azərbaycanda islahatlar həyata keçirilir. Biz onu alqışlayırıq. Azərbaycanla Gürcüstan bir gəmidədilər. Bu gəmi ya batacaq, ya da gözəl bir sahilə birlikə çıxacaqlar. Burada Qafqaz faktorundan kənara çıxmaq lazımdır. Çünki Qafqaz faktoru deyəndə burada üçüncü də var. Böyük imperiya qüvvələri üçüncünü həmişə Qafqazın jandarmı kimi görüblər. Gürcüstanı və Azərbaycanı dağlamaq üçün üçüncü qüvvədən, yəni ki, ermənilərdən istifadə ediblər. Rus imperiyası dövründə də, Sovet dövründə də elə olub, bu gün də elədir. Baxın, Rusiya ilə Amerika hər yerdə baş-başa gəlir, vuruşur. Birbaşa müharibə şəraiti olmasa da, iqtisadi blokadalar, başqa nələr şəraitindədirlər, amma bircə məsələdən başqa, Ermənsitan məsələsində ikisinin də fikri eynidir. Ermənistan xristianlığın axırıncı sərhəddidir, onu qorumaq, diqqət yetirmək, ona pul vermək lazımdır. Həmin şey Azərbaycana da aiddir. Azərbaycan da İslam dünyasının axırıncı sərhədlərindədir. Görək, Azərbaycan bundan nə dərəcədə uğurlu istifadə edir, qazanır? Əksinə mənim gördüyüm odur ki, Azərbaycan buna görə əziyyət çəkir.
Paylaş:
Müəllif : Redaktor
Tarix:9-05-2019, 13:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:9-05-2019, 13:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01