"DÜŞMƏNİ MƏHV ETDİKCƏ İNSAN ÖZÜ İLƏ FƏXR EDİR" - Xüsusi Təyinatlı Qüvvələrin zabiti
Azərbaycanın 30 il erməni işğalında olan torpaqlarını azad etmək üçün apardığı Vətən Müharibəsindəki qələbə payında Xüsusi Təyinatlı Qüvvələrin (XTQ), sözün əsl mənasında, xüsusi rolu var. Ali Baş Komandan İlham Əliyev döyüşlərin gedişatında XTQ komandiri Hikmət Mirzəyevi Cəbrayıl və Şuşa şəhərlərinin alınmasına görə iki dəfə təbrik edib.
Qafqazinfo Azərbaycan torpaqlarının işğaldan azad edilməsində birbaşa iştirak edən XTQ zabitlərindən biri - İltifat Səfərli ilə söhbətləşib.
Sözügedən müsahibəni təqdim edirik:
- Neçə ildir hərbi xidmətdəsiniz və XTQ-yə necə qəbul olunmusunuz?
- 2008-ci ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşam. Dörd il orada təhsil aldıqdan sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bir il oxudum. Həmişə XTQ-də olmaq arzum olub.
Sadəcə, rəhmətlik atam razı deyildi. 2014-cü ildə TTM-ə seçimə gəldilər və heç kimə xəbər etmədən mən də müraciət etdim. İlkin yoxlanışdan keçdim və kursa başladım. Kurs bitənə kimi evlə əlaqə saxlamadım. Kurs qurtarandan sonra bildilər ki, mən artıq XTQ mənsubuyam.
- Biz başqa bir XTQ mənsubunun ailəsindən reportaj etmişdik, onun da anası həmin xidmətdə qalmasına razılıq verməmişdi, o da mülki həyata qayıtmışdı. Bəs siz bu çətinlikləri və riskləri gördükdən sonra övladınızın XTQ-yə getməsini istəyərsiniz?
- Əlbəttə, razı olaram. Vətənin xidmətində olmaq hər birimizin borcudur və mən bunu ürəkdən istəyərəm.
- Vətən Müharibəsindəki hansı döyüşlərdə iştirak etmisiz?
- Cəbrayıl, Füzuli, Ağoğlan (Hadrut) və Şuşa istiqamətində döyüşlərdə iştirak etmişəm. Kəndləri, yüksəklikləri işğaldan azad etdikcə döyüş meydanında keçirdiyimiz hissləri sözlə ifadə etmək mümkün deyil. Gərək o hissləri yaşayasan...
Yanında yoldaşın yaralanır, şəhid olur, amma ona baxıb həmin yoldaşlarınla qürur duyursan. Xüsusilə bizimlə birgə döyüşlərdə şəhid olan yoldaşlarımıza baxdıqda insan, sözün yaxşı mənasında bir az da paxıllıq edir ki, Allah məni bu şəhadətə layiq görmədi.
- Şuşa istiqamətində döyüşlər haqda dünya mətbuatı yazdı, vətəndaşlar arasında az qala, əfsanəyə çevrilən kimi məlumatlar da yayıldı. Həmin döyüşlər necə keçdi?
- Tam olaraq Şuşa şəhərinə girmək mənə qismət olmadı. Artıq Daşaltı kəndində yaralandım. Daşaltı strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir ərazidir. Onun üçün də oranın alınması vacib olduğu qədər də çətin idi. Çünki düşmən də bilirdi ki, Daşaltı alınsa, bizim Şuşaya girməyimiz daha asan olacaq.
O səbəbdən düşmən o istiqamətlərə daha çox qüvvəsini cəmləşdirmişdi. Orada düşmənin daha çox canlı qüvvəsi və daha sıx artilleriya atəşləri ilə qarşılaşdıq.
- Yaralanmağınız hansı situasiyada oldu?
- Biz Daşaltıda ilk olaraq düşmənin canlı qüvvəsi ilə qarşılaşdıq. Həmin vaxt mənim sağ tərəfimə artilleriya mərmisi düşdü və iki nəfər yaralandı. Onları arxaya çəkib ilkin tibbi yardım göstərirdim. Həmin vaxt arxa tərəfə yenə artilleriya mərmisi düşdü. Onda mən başımdan qəlpə yarası aldım.
- İndi səhhətiniz necədir?
- İndi düzəlmişəm, yaralanan vaxt yoldaşların dediyinə görə, bir neçə saat danışa bilməmişəm. Daha sonra kəkələyirdim, son 2-3 gün ərzində normal danışa bilirəm.
- Hərbi xidmətə qayıtmaq fikriniz varmı? Səhhətiniz buna imkan verir?
- Həkimlər deyirlər hər şeyin düzəlməyinə bir az vaxt lazımdır. Amma hərbi xidmətə yararlıyam. İnşallah, tez bir vaxtda xidməti yerimə qayıdacağam.
- XTQ mənsubu olmaq həyati risklərin daha çox olması deməkdir. Siz belə hallarla tez-tez rastlaşmısınız?
- Bir gün düşmən postuna getməli idik. Səhər vaxtı idi və həmin istiqamətə getmək üçün düşmənin digər postunun qarşısından keçməli idik. Bizdə olan məlumata görə, həmin postda heç kim olmamalı idi. Biz də arxayın gedirdik.
Onlar da bizi maksimum yaxına buraxdılar, onların düz qarşısından keçəndə atəş açmağa başladılar. Ərazi də düzənlik idi, gizlənməyə nə bir ağac, nə bir təpə, nə bir qaya vardı. Orada çox çətinlik çəkdik. Amma təbii ki, nəticədə, düşmən məhv edildi. Sonra yenə növbəti tapşırığa doğru irəlilədik.
- Hadrut və Füzuli döyüşləri də çətin keçib, bu barədə Prezident də danışmışdı...
- Bəli, Ağoğlan və Füzuli döyüşləri çətin oldu. Bizə daha çox düşmənin artilleriyası çətinlik yaşatdı. Canlı qüvvələri elə də çətinlik yaratmırdı. Çünki onlar qorxaq idilər. Bir az çətinliyə düşən kimi olduqları mövqedə silahları, texnikaları atıb qaçırdılar.
- 30 ildən sonra Cəbrayıl və Füzuli şəhərinə ilk addım atan qrupun daxilində olmusunuz. Hansı hissləri keçirdiniz?
- Bir sözlə, qürurverici bir hissdir. Düşməni məhv etdikcə insan özü ilə daha çox fəxr edir. Füzuliyə gedən vaxt yolda bizim qəbiristanlığın yanından keçdik. Qəbiristanlığa keçib, ölənlərin ruhuna Fatihə oxuduq.
Həmin vaxt hamımız şükür elədik. Dedik, 28-30 ildən sonra axır ki, bu rəhmətliklərin ruhuna Fatihə oxuyan oldu... Məzarları görüb düşünəndə ki, burada kimlərsə gəlib öz ata-anasının, bacısının, qardaşının məzarını tapacaq, insanın gözləri dolur...
- XTQ deyiləndə insanlarda həm arxayınlıq, həm də qürur hissi yaranır. Belə bir fikir var ki, üzvləriniz hansısa istiqamətə gedibsə, mütləq orda zəfər olacaq. XTQ-nin xidmətləri ilə bağlı nə deyə bilərsiniz?
- Əgər biz xalqın gözündə elə bir inama qadir olmuşuqsa, bu, bizim xoşbəxtliyimizdir. Və bu inamı qazanmaqda keçdiyimiz təlimlərin, dərslərin böyük rolu var. Bundan sonra hər zaman dərslərimizə, təlimlərimizə daha məsuliyyətlə yanaşacağıq.
XTQ komandanının, əbədi-yaşar ümumilli liderimiz Heydər Əliyevin siyasi davamçısı olan cənab Ali Baş Komandanımız və xalqımızın bizə olan etimadını doğruldacağıq. Qarabağ Azərbaycandır!
Paylaş:
Müəllif : Fuad
Tarix:16-11-2020, 11:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:16-11-2020, 11:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11