“BİR HƏFTƏYƏ MÜHARİBƏNİN DÖYÜŞ FAZASI BİTƏCƏK!” - “Danışıqlarda Zəngəzur məsələsi şərt kimi qoyulmalıdır”
Sərdar Cəlaloğlu: “Müharibədən sonra Ermənistan insani resurs baxımından boşalmağa başlayacaq, orada adam qalmayacaq... Biz Ermənistana muxtariyyət verə bilərik”
“Ermənistan Rusiya üçün cəzbediciliyini və geopolitik əhəmiyyətini itirib”
Azərbaycan Ordusu sentyabrın 27-də başlatdığı əks-hücum əməliyyatını davam etdirir. Artıq bir neçə gündür ki, hərbi əməliyyatlar Dağlıq Qarabağ ərazisinin cənub, cənub-şərq və şimal istiqamətlərində daha intensiv şəkildə cərəyan etməkdədir.
“AzPolitika.info” hərbi əməliyyatın gedişi, xarici güclərin erməniləri vəziyyətdən çıxarmaq cəhdləri, müharibədən sonra ehtimal olunan ssenarilər kimi mövzularda Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun fikirlərini öyrənib.
- Sərdar bəy, Azərbaycan Ordusu kritik döyüşlər aparır. Hərbi teatrda müşahidə etdiyimiz real vəziyyətlə bağlı müşahidələriniz nədən ibarətdir?
- Mən baş verənləri Azərbaycan Ordusunun fövqəladə döyüş imkanlarının açıq sübutu kimi qiymətləndirirəm. Açığını deyək, 30 ildən artıqdır ki, ABŞ, Fransa, Rusiya və bu kimi digər ölkələrin yardımı, ən son elmi nailiyyətiləri ilə istehkamlar tikən erməni ordusunun müdafiə xəttini hərbçilərimiz 30 gün ərzində darmadağın etdi. Düşmən böyük sayda hərbi texnikadan və canlı qüvvədən məhrum edildi. Ermənistanın canlı qüvvəsinin böyük hissəsi, texnikasının isə 80 faizi məhv edilib. Eləcə də bizim apardığımız diplomatik iş Ermənistanı beynəlxalq dəstəkdən məhrum edib. Bu gün faktiki olaraq açıq şəkildə Ermənistanın yanında duran dövlət yoxdur. Azərbaycan xalqının birliyi, ordumuzun döyüş qabiliyyəti ilə birlikdə başqa dövlətlərin bir neçə ilə əldə edə biləcəyi nailiyyəti Azərbaycanın qısa müddətə əldə etməsinə imkan yaratdı. Bu da çox qürurverici haldır. Bu mənada deyə bilərəm ki, Azərbaycan Ordusu böyük uğurlara imza atıb.
- Sizcə, bundan sonra siyasi-hərbi rəhbərliyimizin hədəfləri nədən ibarət olacaq?
- Məncə, Laçın, Şuşa və Xankəndi işğaldan azad edildikdən sonra ordumuz həmin ərazilərdə anti-terror əməliyyatı aparmalıdır. Bu işdə təcrübəsi olan digər ölkə mütəxəssisləri də prosesə cəlb edilə bilər. Yəni artıq Ermənistana deyil, Azərbaycan ərazilərində kök salan terrorçu qruplara qarşı mübarizə gedəcək. Bu terrorçu qrupların çoxu zamanında Türkiyəyə qarşı yaradılıb. Burada ən vacib məqam ondan ibarətdir ki, Ermənistanın bir daha Azərbaycanın daxili işlərinə qarışmaması üçün ölkəmizdə yaşamağa razı olan ermənilərə daha çox nəzarət altında olan rayonlarda yaşamaları üçün şərait yaradılmalıdır. Yəqin ki, ermənilər hələ xeyli müddət destruktiv fəaliyyət göstərəcək, pozuculuq işləri ilə məşğul olacaqlar. Eyni zamanda, bizə qarşı “soyuq müharibə” aparmağa cəhd edəcəklər, müharibənin nəticələrini başqa formada yozmağa çalışacaqlar və s. Yəni öz xarakterlərinə uyğun olan halları nümayiş etdirəcəklər. Amma ermənilər qısa müddətdə onların maraqlarına uyğun addım atacağın təqdirdə hər şeyə hazır və ya razı olacaqlar. Yəqin ki, bu müharibənin ardından Azərbaycan-Ermənistan və Ermənistan-Türkiyə münasibətləri yoluna qoyulduqdan sonra ermənilər öz taleləri ilə barışmalı olacaqlar.
Artıq Rusiyanın Ermənistandan bir o qədər də istifadə etmək niyyətinin olmadığı da gün kimi aydındır. Ermənistan Rusiya üçün cəzbediciliyini və geopolitik əhəmiyyətini itirib. Bu dəqiqə Rusiyanın dövlət kimi mövcudluğu həm də Türkiyə və Azərbaycanla dostluğundan asılıdır. Odur ki, Ermənistan burada getdikcə daha zəif siyasi güc kimi çıxış edəcək. Əslində, bildiyiniz kimi hazırkı Ermənistanın torpaqları bizimdir, sadəcə onun üzərində yaşayan xalq başqadır. Biz Ermənistana muxtariyyət verə bilərik. Onlar Azərbaycanın tərkibinə daxil ola və ölkəmizin imkanlarından istifadə edə bilərlər. Biz onları öz dövlətlərindən daha xoşbəxt edə bilərik.
Sözsüz ki, Azərbaycan həm də tarixi torpaqları ilə bağlı olaraq ortaya iddia qoymaldıır. Elə xalqlar var ki, min il əvvəl itirdiyi torpaqların davasını aparır. Biz də cəmi 150 il əvvəl Rusiyanın iştirakı ilə itirdiyimiz torpaqların - Zəngəzurun, İrəvanın və Dərələyəzin Azərbaycanın tərkibinə qaytarılması ilə bağlı işlər aparmalıyıq. Ermənilərin destruktiv fəaliyyəti və reaksiyası isə dərhal cəzalandırılmalıdır.
Azərbaycan artıq ciddi demokratik imic yaratmaq üçün daxili siyasətində də fundamental dəyişikliklər etməlidir. Məncə, uzun illər Azərbaycanın mənfi imicinin yaradılmasında Rusiyanın tapşırığı ilə "beşinci kolon"un müstəsna xidməti olub. İndi artıq "beşinci kolon" neytrallaşdırılıb. Üstəlik, Azərbaycan Türkiyə ilə yaxınlaşıb, bundan sonra Türkiyə daha çox önə çıxacaq. Biz eyni dini, dili və mədəniyyəti bölüşən qardaşlarıq. Ehtimal edirəm ki, Türkiyə bu məsələdə bizə tövsiyə və məsləhətlər verməklə dəstəyini göstərə bilər. Xüsusilə, işğaldan azad olunan rayonlarımızda məskunlaşma, infrastrukturun yaradılması, sərmayə qoyulması istiqamətində də Türkiyə yaxından iştirak edəcək. Azərbaycan işğal edilən torpaqlarının yükünü atdıqdan sonra ölkəmizdəki neqativ məsələlər də həllini tapacaq.
- Sizcə, hazırda biz kiminlə vuruşuruq?...
- Burada mübarizə Azərbaycan torpaqlarını işğal edən Ermənistanla və onların himayə etdiyi terrorçu qruplarla aparılır. Orada heç bir separatçı hərəkat və ya rejim yoxdur. Əslində, Dağlıq Qarabağdakı bütün silahlı qüvvələr, hərbi texnika Ermənistan dövlətinə aiddir. Dağlıq Qarabağdakı “qüvvələrin” belə texnika əldə etməyə nə gücü, nə də resursu çata bilər. Eləcə də ölənlərin böyük əksəriyyətinin Ermənistana aparılması və bu ölkənin vətəndaşı olması göstərir ki, biz müharibəni Ermənistanla aparırıq. Ərazilərimizə Ermənistandan atəş açılır, bu ölkənin müdafiə naziri döyüş zonası ilə bağlı operativ məlumatlar verir, erməni rəsmiləri döyüşlər haqda danışır və bəyanatlar verir. İşğal olunan ərazilərimizdə qurulan “təşkilat” isə oyuncaq qurumdur.
Biz müharibəni Ermənistanla aparırıq. Ancaq əslində, buna qədər müharibədə Rusiya da iştirak edirdi. Faktiki olaraq, indi Ermənistan məcburdur ki, bu müharibədə öz gücü ilə iştirak etsin. Öz gücünün də nədən ibarət olduğunu Ermənistan hərbi teatrda gördü. Başqa sözlə, gücsüz və zəif dövlət olduğunu anladı. Və anladı ki, başqa dövlətlərin əlində alətə çevrilib. İndi ermənilər elan edirlər ki, Rusiya etibarlı tərəfdaş deyil, NATO istiqamətində getmək lazımdır və s. Yəni ermənilər indi artıq ruslara xəyanət etməyə başlayıb. Baxmayaraq ki, bu əraziləri onlara Rusiya verib, onlara dövlət qurub, iqtisadi və hərbi dəstək verib. İndi Avropada axtarışa çıxıblar, müəyyən etmək istəyirlər ki, kim bunlardan yararlanmaq üçün dəstək verə bilər. Bir sözlə, ermənilər bundan sonra Avropada özlərinə ağa axtarmağa başlayacaqlar.
Ehtimal edirəm ki, bu müharibədən sonra Ermənistan insani resurs baxımından boşalmağa başlayacaq, orada adam qalmayacaq. Çünki bundan sonra Rusiya Ermənistana əvvəlki kimi dəstək verməyəcək. Ermənistanın gələcəyi isə Türkiyə və Azərbaycanla əlaqələrdən asılıdır. Ermənistanın ağlı başına gəlməyənə qədər isə Türkiyə və Azərbaycan ona iqtisadi baxımdan nəyəsə nail olmağa imkan verməyəcək. Düzdür, Ermənistanın xaricdə strukturları var. Bunlar erməni kilsəsi və diasporudur. Amma bu qurumlardan maliyyə dəstəyi alıb uzun müddət yaşamaq da mümkünsüzdür. Dövləti dilənçi kimi ondan-bundan pul almaqla yaşatmaq olmaz.
- Hazırda Azərbaycan Ordusunun davam etdirdiyi kritik əməliyyatları xarici güclər dayandıra bilərmi?
- Bu əməliyyat nə dayandırıla bilər, nə də dayanacaq. Tam və qəti qələbəyədək davam edəcək. Geriyə yol yoxdur. Kifayət qədər yol gedilib. Bu yolun yarısında dayanmaq imkanı yoxdur. Problemin də başqa həll variantı yoxdur. Ermənistan məğlub olduğunu etiraf etməlidir. Danışıqlar zamanı isə Azərbaycana vurulan ziyanın kompensasiyası məsələsi qoyulmalıdır. Başqa yol yoxdur.
- Amma tərəfləri atəşkəs əldə etmək adı ilə sülh danışıqlarına dəvət edirlər...
- Onsuz da istənilən müharibə sülhlə nəticələnməlidir.
- Amma biz hələ müharibəni başa çatdırıb ərazi bütövlüyümüzü təmin etməmişik...
- Biz indi danışıqlarda iştirak edib qarşı tərəfə deyirik ki, ordunuzu Azərbaycan ərazilərindən çıxarın. Əsgərimiz niyə ölməlidir? Əgər xoşluqla çıxmasalar sözsüz ki, onları zorla ərazilərimizdən çıxaracağıq. Həm də atəşkəs başqa şeydir, sülh danışıqları başqa. Təbii ki, atəşkəs adı altında oyun oynayırlar. Sülh danışıqları isə müharibənin dayandırılması və tərəflərin öz aralarında bir-birinə hücum etməməsilə bağlı qəti razılığa gəlinməsi və qərar qəbul edilməsidir. Biz də indiyə qədər qarşı tərəflə sülh deyil, atəşkəs haqqında danışıqlar aparmışıq. Sülh danışıqlarına hazır olsalar, problem də həllini tapacaq.
- Ötən həftə Rusiya Prezidenti Vladimir Putin İlham Əliyev və Nikol Paşinyanla danışıb. Sizcə, Putinin tərəflərə hansı təklifləri verdiyini ehtimal etmək olar?
- İstər Azərbaycan, istərsə də Ermənistan Rusiya ilə əlaqəlidir, burada baş verən hadisələr Rusiyaya da hansısa formada təsir edir. Putin də öz dövlətinin maraqlarından çıxış edərək Azərbaycana və Ermənistana hansısa narahatlığını ifadə edə bilər. Ancaq Rusiya bizim daxili işlərimizə qarışa bilməz və bu münaqişə Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşacaq. Və məncə, uzağı bir həftəyə müharibənin döyüş fazası başa çatacaq.
Eyni zamanda türk rəsmiləri də həm Bakıya gəlir, həm də telefon müzakirələri aparırlar. Buna da normal yanaşmaq lazımdır. Türkiyə bu regionda hərbi, diplomatiya və digər sahələrdə əməkdaşlıq içindədir. Buna da çox təbii yanaşmaq lazımdır.
- Bəs, qeyd etdiyiniz döyüş fazası başa çatdıqdan sonra onu nə əvəz edəcək?
- Dağlıq Qarabağda quruculuq işləri, terrorçulardan təmizləmə, demoqrafik prosesi yenidən təftiş etmək, Azərbaycan vətəndaşı olmayanları çıxarmaq, ölkəmizə və xalqımıza qarşı hərbi cinayətlərdə iştirak edənləri məsuliyyətə cəlb etmək və s.
- Nəhayət, yenə Mehri dəhlizi həll edilməyən problem kimi qalacaq...
- Heç bir dəhlizdən söhbət gedə bilməz. Zəngəzur vaxtilə xalqımızın iradəsinə zidd şəkildə Azərbaycandan alınaraq Ermənistana verilib. Bizim torpaqlar qanunsuz olaraq erməniyə verildiyi üçün onları da geri almalıyıq.
- Müharibə yolu ilə?
- Yox, danışıqlar vasitəsilə buna nail olmalıyıq. Bu torpaqları Rusiya bizdən alaraq Ermənistana verib. Üçlü qaydada danışıqlar aparılmalı, Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin qurulmasında Zəngəzur şərt kimi qoyulmalıdır.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-11-2020, 08:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:6-11-2020, 08:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01