Sağlamlıq üçün ən sərfəli meyvə
Limonlar optimal sağlamlıq üçün ən sərfəli meyvələrdən biridir. Limon meyvəsinin tərkibinin immuniteti stimullaşdıran antioksidantlar və faydalı bitki birləşmələri ilə zəngin olması qidalılıq baxımından müxtəlif yeməklərə də faydalı təsir göstərir.
RegionXəbərləri.com “MedikForum” saytına istinadla xəbər verir ki, limon yüksək səviyyəli S vitamininə, fol turşusuna, kalium maddəsinə malik olmaqla yanaşı, həm də çox təsirli qida mənbəyidir. Buna görə limonun insan sağlamlığına da eyni dərəcədə müsbət təsir göstərməsi təəccüb doğurmur.
Limon əhval-ruhiyyəni yaxşılaşdırır. Limonun təbii qoxusu ilə nəfəs almağınız əhvalınızı yüksəltməyə və daha aydın düşünməyə kömək edə bilər. Limonu yalnız bu məqsədlə istifadə etməyi planlaşdırırsınızsa, onda limonla daha zəngin olan efir yağından istifadə etməyiniz məsləhətdir.
Limon çəkinizi nəzarətdə saxlamaq üçün də faydalıdır. Səhər limonlu ilıq su içmək çəkinizi aşağı salmaq üçün sizə yardımçı ola bilər. Bu təsir, limon qabığında çəki artımının və piylənmənin qarşısını alan bitki birləşmələrinin olması ilə izah edilir.
Limon qan təzyiqini azaldır. Limon şirəsinin istifadəsi uzunmüddətli perspektivdə sabit təzyiqi saxlamağa kömək edə bilər. Araşdırmalar həmçinin göstərir ki, bu effekt yüksək arterial təzyiqə meyilli insanlarda xüsusilə nəzərə çarpır.
Limonun tərkibindəkı limon turşusu böyrək daşlarının həll edilməsində parçalanmasında effektli təsirə malikdir. Sidikdə daha çox limon turşusunun olması böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır.
Limonun daha bir faydalı əlaməti, onun yoluxucu mikroblarla mübarizə aparmasıdır. S vitamini ilə zəngin olan limon meyvəsi güclü antimikrobial xüsusiyyətlərə malikdir. Zərərli bakteriyaların, göbələk və virusların yaratdığı infeksiyaların qarşısını almaq üçün mütəmadi olaraq limon şirəsi içmək məsləhətdir.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-10-2020, 13:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:26-10-2020, 13:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01