Eldar Mahmudovun bankının şərlədiyi Eldar Səmimi bəraət aldı
"Azəriqazbank"dakı (AGbank) saxta qızıl işi ilə bağlı qalmaqalı məhkəmə başa çatıb. Milyonlarla dəyəri olan qızılların saxtalaşdırıldığı məlum olub.
Musavat.com xəbər verir ki, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham edilən Səmimi Eldar Yunis oğlu azadlığa çıxıb.
Eldar Səmimi barəsində olan cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilib.
Məhkəmənin hökmü ilə Eldar Səmimi barəsində bəraət hökmü çıxarılıb, onun günahsız olduğu məhkəmə araşdırması ilə sübuta yetirilib.
Eldar Səmimi "Azəriqanbank"dan kredit götürmək üçün banka qızıl-zinət əşyalarını girov qoyub. Bankdan külli miqdarda kredit götürən Eldar Səmimi lombard açaraq biznes fəaliyyətini davam etdirib. Lakin işləri yaxşı getmədiyi üçün krediti ödəyə bilməyib. Bu azmış kimi bankın rəhbərliyi dəyişən zaman araşdırma aparılıb və Eldar Səmiminin banka qoyduğu qızılların bir çoxunun saxta olduğu üzə çıxıb. Eldar Səmimi bu ittihamlarla suçlanıb.
Yarım milyon manata yaxın kredit götürən Eldar Səmimi borcunu ödəyə bilməyib. Faizlərlə birlikdə onun borcu 700 min manatı ötüb.
Eldar Səmimi borcunu ödəyə bilmədiyi üçün bank tərəfindən məhkəməyə verilib. Məhkəmə qərar verib ki, Eldar Səmiminin banka girov qoyduğu qızıl-zinət əşyaları (brilliant, qızıl sikkələr, antik qızıl əşyalar və.s) müsadirə edilərək onun borcuna yönləndirilsin.
Elə Eldar Səmimiyə qarşı ittihamlar da bundan sonra irəli sürüülb. Sonra bank rəhbərliyi dəyişdikdə qızıl zinət əşyalarının qiymətləndirilməsi aparılan zaman məlum olub ki, banka qoyulan əşyaların bəziləri qızıl deyilmiş.
Müəyyən edilib ki, Eldar Səmiminin banka girov olaraq qoyduğu 2 ədəd xəritə tablosu, xəncər, qılınc və portret qızıldan deyilmiş.
"Qiymətləndirmə Xidmət Mərkəzi" MMC-nin əməkdaşları tərəfindən müəyyən edilib ki, yuxarıda adı çəkilən əşyaların sadəcə üz hissəsi qızıl olub.
Eldar Səmimi isə bu işdə özünü təqsirli bilmir. O deyir ki, adı çəkilən əşyaların saxta olduğunu bilməyib. Onun sözlərinə görə. həmin əşyaları tanımadığı qızıl alverçisindən alıb. Qızıllar da saxta olmayıb.
Məhkəmə araşdırması davam edən zaman Eldar Səmiminin vəkili Vasif İsrafilov bir çox yeni faktları ortaya çıxarmışdı.
Vəkil məhkəmə qarşısında vəsatət qaldıraraq Eldar Səmiminin banka olan borcunun 630 min manat göstərilməsinin qanunsuz olduğunu, yenidən ekspertiza keçirilməsinin vacibliyini qeyd etmişdi.
Ekspertiza Eldar Səmiminin bankdan götürdüyü kreditlərə görə hazırkı borcunun 359 min 756 manat olması ilə bağlı rəy verib.
Bundan başqa ekspertiza rəyində yazılır ki, əşyaların saxlanılmasında məsul şəxslər bankın işçiləridir. Yəni, banka qoyulan əşyaların sonradan dəyişdirilməsi, saxtalaşdırılmasında Eldar Səmiminin günahı yoxdur.
Əslində bu işdə qanunsuzluq budur ki, Eldar Səmiminin banka olan borcunu ödətdirmək üçün onun bankda olan girovunun- qızıllarının, antik əşyalarının satılmasına qərar verilir. Amma onun iştirakı olmadan həmin girov götürülür. Sonra necəsə həmin qızılların saxta olduğu müəyyənləşir.
Ekspertizanın rəyində göstərilir ki, qızıllara cavabdeh olan şəxslər Eldar Səmimi yox, bankın əməkdaşlarıdır.
Xatırladaq ki, qalmaqalın baş verdiyi bank sabiq MTN rəhbəri Eldar Mahmudovun nəzarətində olub. Eldar Mahmudovun ölkədən çıxardığı 5.5 milyard manatın böyük hissəsi məhz bu bank vasitəsi ilə xarici şirkətlərə köçürülüb.
Eldar Səmimi kimdir?
63 yaşlı Eldar Səmimi 1985-ci ildə Azərbaycan İqtisad Universitetinin maliyyə-kredit fakültəsini bitirib.
1993-cü ildə "Azəriqazbank" təsis edildikdən sonra 2 ilə yaxın bankın müşahidə şurasının sədri olub. Həmçinin bankın həmtəsisçilərindən biri olub. Daha sonra "Azərbaycan Beynəlxalq Bankı"nda və "Mostbank"da da çalışıb. 1999-cu ildə Moskvaya gedərək orada banklardan birinin idarə heyətinin sədr müavini kimi çalışıb. 2010-cu ildə isə Azərbaycana qayıdıb və bir müddət Dövlət Sosial Müdafiə Fondunda çalışıb.
Eldar Səmimi 2012-ci ildə "Təzə bazar" yaxınlığında icarəyə yer götürərək lombard işlətməyə başlayıb. Lombard üçün Eldar Səmimi "AGbank"dan bir neçə dəfə kredit götürüb.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-10-2020, 13:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:12-10-2020, 13:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01