"Niyə o məmurun deyil, məhz Oqtay Əsədovun adı çəkilir?" - Spiker niyə hədəfdədir...
Son zamanlar Milli Məclisin spikeri Oqtay Əsədovun xaricdə bahalı mülklərinin olması ilə bağlı mediada məlumatlar yayılır. Ötən ay azpolitika.az saytında verilən məqalədə bildirilirdi ki, Oqtay Əsədovun Moskvada böyük biznes şəbəkəsi var: “”Triumph Palace" və ya “Triumf Palas” deyilən yer Moskvada ən hündür yaşayış binasıdır. Daha dəqiqi, böyük bir kompleksdir. Həm də yalnız Rusiyanın deyil, Avropanın da ən yüksək yaşayış binasıdır. Çardağı ilə birgə hündürlüyü 214 metr, qülləsi ilə birlikdə isə 264 metrdir.
Avropanın bu ən hündür yaşayış kompleksindən əlimizdə bəzi sənədlər var. Bu sənədlər təsdiq edir ki, Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədova bu binada iki lüks mənzilin sahibidir. Bunlardan birinin dəyəri təxminən 2-2,5 milyon dollardır. O birinin dəyəri isə 5-6 milyon dollara qədər yüksək ola bilər. Məsələ burasındadır ki, bu kompleksdə mənzillərin sayı mərtəbə yüksəkliyinə görə dəyişir. Nə qədər hündürdürsə, o qədər bahadır. Zemfira xanımın aldığı mənzillərdən biri Triumf Palasın 12-ci (65 nömrəli mənzildir), o biri isə 37-ci mərtəbəsində (372 nömrəli mənzil) yerləşir" - məlumatda bildirilir.
Daha sonra isə yenisabah.az saytında spikerlə bağlı məlumat yayılıb. Saytda bildirilib ki, məlumatı ictimailəşdirən Moskvadan Zaur Əliyev adlı şəxsdir. Məlumatda aşağıdakılar qeyd edilir: “Spiker Oqtay Əsədovun kürəkəni Mehman Qocayevin Londonun ən bahalı bölgələrindən olan St. Johns Wood-da 1 milyonluq penthauzu (mülkü) üzə çıxıb. O bölgədə ki, orada ölkənin ən zəngin milyarderləri, məşhur aktyorları və pop-divaları yaşayır. Həmin mülklə bağlı sənəddə bildirilir ki, penthauzun alınması üçün ”Goldbek Investment" şirkətinə milyon funt vəsait ödənilib. Əmlakın alınması tarixi Mehman Qocayevin doğum günü ilə üst-üstə düşür. Hər ikisi yanvar ayının ikisi..."
Daha öncə Oqtay Əsədovun adı bəzi məmurlar kimi korrupsiya faktları, çirkli pulların yuyulması halları ilə bağlı hallanmayıb. Bəs hazırda onunla bağlı ard-arda bu cür məlumatların yayılmasının səbəbi nədir?
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirdi ki, bu, Oqtay Əsədova qarşı təxribatdır: “Məlumatların bir adı var, o da təxribatdır. Bütün bunlar saf bir insana atılan çamurdan başqa bir şey deyil. Təbii ki, yazılanların hamısı yalandır”.
Deputat Fəzail Ağamalı “Yeni Müsavat”a bildirib ki, Oqtay Əsədova qarşı kampaniya aparılır: “Bir müddətdir ki, Azərbaycan dövlətçiliyində mühüm post tutan və mənim kifayət qədər təmizliyi ilə tanıdığım, bütün davranışlarını ölçüb-biçərək ortaya qoyan, millət vəkilləri ilə yüksək səviyyədə davranış sərgilən Oqtay Əsədova qarşı düşünülmüş kampaniya aparılmaqdadır. Ötən ay Moskvada, guya onun ailəsinə məxsus olan restoranla bağlı məlumatlar, indi kürəkəni ilə əlaqədar verilən yazılar göstərir ki, konkret mərkəzdən Oqtay Əsədova qarşı, onu nüfuzdan sala biləcək və həqiqətə uyğun gəlməyən informasiyalar tirajlanır. Düşünürəm ki, bu, Azərbaycanı istəməyən və dövlətçiliyimizi nüfuzdan salmağa çalışan adamlar tərəfindən həyata keçirilir. Təəssüf edirəm ki, Azərbaycanda bəzi siyasətçi deyilən şəxslər də bu avantüranın içərisindədir və Oqtay Əsədova qarşı şər-böhtan kampaniyalarında önə çıxmaqdadırlar. Oqtay Əsədovun kürəkəni deyilən şəxsin Londonda mülkünün olması mənə bəlli deyil. Ancaq düşünürəm ki, bunu belə qabardaraq kürəkəninin maşınını, Londonda olan ya olmayan mülkünü çəkərək, nə üçün Oqtay Əsədovun üstünə gedirlər? O, Oqtay Əsədovun qızının həyat yoldaşıdır. Mehman Qocayev Azərbaycanda kifayət qədər tanınan, ciddi vəzifələrdə çalışmış bir məmurun övladıdır. Niyə o məmurun deyil, məhz Oqtay Əsədovun adı çəkilir? Çıxarılan nəticə bundan ibarətdir ki, düşünülmüş şəkildə, olan və ya olmayan faktları Oqtay Əsədovun adına yazmaqla həm onun imicinin ləkələnməsi məqsədi güdülür, həm də Azərbaycan dövlətçiliyinə etimadsızlıq toxumu səpilir. Bunun arxasında duranlar isə heç də Azərbaycanı sevən insanlar deyil. Bunu Oqtay Əsədovun adı ilə bağlamaq absurd və qərəzlidir. Təəssüf ki, Azərbaycanın bəzi mətbu orqanları da bu kampaniyaya qoşularaq, yalan məlumatları ictimailəşdirirlər”.
Ağamalı bildirib ki, Oqtay Əsədovu uzun illərdir ki, tanıyır: “30 ilə yaxındır ki, onunla tanışam. Oqtay Əsədovu çox nəcib, öz imicini qoruyan, ətrafındakılara məsafəli, sivil anlayış nümayiş etdirən dövlət xadimi kimi tanıyıram və belə də qiymətləndirirəm. Bu cür yazılar Oqtay Əsədovla bərabər, Azərbaycan dövlətçiliyinin qolu olan Milli Məclisin nüfuzdan salınmasına xidmət edir”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:2-05-2019, 08:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:2-05-2019, 08:33
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11