Dünyanın ən zəngin və qəddar 11 narkobaronu - Fotolar
“Curve Digital” kompaniyası məşhur kolumbiyalı narkobaron Pablo Eskobarın kriminal həyatına əsaslanan videooyunu anons edib.
Dünya şöhrətli cinayətkarın kriminal həyat tarixi bəzən o qədər inanılmazdır ki... Ancaq Pablo Eskobarla yanaşı, dünya ən azı on cəsarətli, qəddar və inanılmaz dərəcədə zəngin narkobaronu tanıyır...
Onları sizə təqdim edirik:
Frenk Lukas
Varidatı: 50 milyon dollar.
Frenk Lukas indiyədək həyatdadır və 87 yaşı var. O, Vyetnamda müharibə zamanı həlak olmuş amerikalı əsgərlərin tabutlarında narkotik vasitələr gizlədərək kiloqramlarla heroini Asiyadan ABŞ-a daşıyaraq varlanıb. 70-ci illərdə həbs edilən narkobaron 70 il müddətinə azadlıqdan məhrub edilib, lakin o, müttəfiqlərini satıb və bu da yüzdən çox şəxsin həbs olunmasına gətirib çıxarıb. 5 il həbsdə yatan Lukas azadlığa çıxıb, amma bir il sonra yenidən ələ keçib, bu dəfə kokain alışı zamanı. 1991-ci ildə azadlığa çıxıb, 2019-cu ildə vəfat edib. Onun bioqrafiyasının motivləri əsasında “Qanqster” adlı film çəkilib.
Xose Fiqeroa Aqosto
Varidatı: 100 milyon dollar.
Xose Fiqeroa Aqosto, həmçinin Cunior Kapsula və Karib adalarının Pablo Eskobarı ləqəbləri ilə məşhurdur. Kolumbiya kokaininin Puerto-Riko və Dominikan Respublikası vasitəsilə ABŞ-a göndərilməsinə nəzarət edib. Əsl narkobarona yaraşan kimi, 1999-cu ildə 209 il həbs cəzasına məhkum olunandan sonra həbsxanadan qaçıb, xarici görkəmini bir neçə dəfə dəyişdirib və yenidən dəmir barmaqlıqlar arxasına düşməməsi üçün polisə dəfələrlə böyük məbləğdə rüşvət verib. Hazırda Xose həbs cəzası çəkir, onun 100 milyonu isə yalnız ona məlum olan gizli yerdədir.
Nikki Barns
Varidatı: 105 milyon dollar.
O, hələ gənc yaşda heroin istifadə etməyə başlayıb. Sonra o, qərara alıb ki, narkotiki satmaq almaqdan daha yaxşıdır. Beləliklə, onun qızğın karyerası başlayıb.
70-ci illərdə o, heç nəyə gətirib çıxarmayan çoxsaylı həbslərə görə özünü Cənab Toxunulmazlıq elan edib. Bununla o, Amerika Prezidenti Cimmi Karteri və polisi çox hiddətləndirib.
Barnsa ömürlük həbs cəzası verilib. Narkotik alverçisi uzun müddət informator işləyərək ədalət mühakiməsinə kömək edib. Xidmət illərinə görə o, 1998-ci ildə əfv edilib və azadlığa buraxılıb.
Pol Lir Aleksander
Varidatı: 170 milyon dollar.
Pol Lir Aleksander və ya sadəcə El Parito Loko bir müddət Narkotiklərlə Mübarizə İdarəsinin informatoru işləyib. Həmin vaxt o, rəqiblərini sataraq və öz işi üçün möhkəm əlaqələr quraraq, biznesini fəal şəkildə genişləndirib.
2010-cu ildə Braziliya həbsxanasından qaçıb və indiyədək axtarışdadır.
Frivey Rik Ross
Varidatı: 600 milyon dollardan çox.
80-ci illərdə krek satıb və yarım milyondan artıq dollar qazanıb. 1996-cı ildə ömürlük həbs cəzasına məhkum edilib, hansı ki, əvvəlcə 20 ilə qədər azaldılıb. Nəticədə 10 ildən sonra “nümunəvi davranış”ına görə azad edilib.
Rafael Karo Kintero
Varidatı: 650 milyon dollardan çox.
Rafael Karo Kintero - 80-ci illərdə fəaliyyət göstərən Meksikanın Qvadalaxar narkokartelinin təsisçisidir. Kriminal fəaliyyəti dövründə pilot və federal agent daxil olmaqla, bir neçə insan öldürüb. 1985-ci ildə qətl törətdiyi üçün həbs edilib və 2013-cü ildə Meksika həbsxanasından azadlığa buraxılıb. Lakin Qinteronun azadlığa buraxılması ABŞ hökumətinin ürəyincə olmayıb və onun yenidən həbs olunması xahiş edilib. Hazırda Kintero Meksika, Amerika və bir sıra digər ölkələrdə axtarılır.
Hoakin Qusman Loera
Varidatı: 1 milyard dollar.
Hoakin Qusman və ya El Çapo Sinaloa kartelinin lideridir. Onun əsas fəaliyyəti Amerika və Kokain arasında kokain, heroin və marixuananın tədarükündən ibarət olub.
Narkotiklərlə Mübarizə İdarəsi Qusmanı tarixdə ən nüfuzlu narkotik alverçisi hesab edir.
El Çapo bir neçə dəfə həbsxanadan qaçmasına baxmayaraq, hazırda həbsdədir. Narkobaronu 2016-cı ildə amerikalı aktyor Şon Penlə görüşdükdən sonra həbs ediblər. Bu görüş hüquq-mühafizə orqanlarına El Çaponun izinə çıxmağa kömək edib.
Qriselda Blanko
Varidatı: 2 milyard dollar.
Qriselda Blanko 70-ci illərdə imperiyasını quraraq, narkobiznes pionerləri arasında olub. Xalq arasında “Kokainin xaç anası” adlandırılan qadın Medellin kartelinin rəhbəri olub.
O, üç dəfə ailəli olub, bütün ərlərini dəfn edib (məlumata görə, ikinci ərini özü güllələyib).
2012-ci ildə yanından keçən motosikletçi (kimliyi naməlumdur) tərəfindən güllələnib.
Karlos Leder
2,7 milyard dollar qazanıb.
Medellin kartelinin təsisçilərindən biri, narkobiznesdə çoxsaylı yenilikləri ilə məşhurdur. Marketinq aksiyasını fikirləşib – “birinci doza pulsuzdur”. Bir vaxt Leder öz biznesini leqallaşdırmaq istəyib və Kolumbiya Prezidentinə ölkənin bütün xarici borcunu tamamilə ödəməyi təklif edib.
Rəsmi məlumatlara görə, hazırda Amerika həbsxanasında cəza çəkir. O, 135 il müddətinə azadlıqdan məhrub edilib. Onun həbs yerinin dəqiq yeri məlum olmadığından, şayiələr gəzir ki, o, şahidlərin müdafiəsi proqramına düşüb və çoxdan azadlıqdadır.
Amado Karrilo Fuentes
Varidatı: 25 milyard dollardan çox.
Amado Fuentes kokaini təyyarələrlə nəql etdiyi üçün Göylərin Hökmdarı adını alıb. Fuentes həmişə kölgədə qalmağa çalışsa da, Amerika polisi hər yerdə cinayətkarı tapmağa çalışıb. Buna görə də narkobaron plastik əməliyyatlar vasitəsilə görünüşü dəyişdirmək məcburiyyətində qalıb. Lakin Fuentes əməliyyat zamanı dünyasını dəyişib. Onun ağrıkəsici preparatların təsirindən vəfat etdiyi ehtimal olunur.
Pablo Eskobar
Varidatı: 30 milyard dollar.
“Forbes” jurnalının hesablamalarına görə, Eskobar dünyada bütün kokain biznesinin 80 faizinə nəzarət edib.
Tarixdə ən təhlükəli və qəddar cinayətkarlardan biri sayılır. Onun hesabında siyasətçilər, hakimlər, jurnalistlər, polislərin qətlə yetirilməsi və hətta mülki təyyarənin partladılması var.
Narkobaronun oğlu Sebastyan Marrokin (Xuan Pablo Eskobar) danışırdı ki, növbəti dəfə hökumət agentlərindən gizlənən Eskobar oğlu və qızı ilə birlikdə yüksək dağlıq sığınacağa gedib çıxıb. Gecə çox soyuq keçib. İsinmək və yemək hazırlamaq üçün Eskobar təxminən 2 milyon dollar pul yandırıb.
Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi
Paylaş:
Müəllif : Fuad
Tarix:23-09-2020, 08:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:23-09-2020, 08:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11