Yeddi ucuz və faydalı ərzağın adı açıqlandı: Onların hamısı Azərbaycanda var Read more: https://sputnik.az/news/20200921/424982384/Yeddi-ucuz-v-faydal-rzan-ad-aqland-Onlarn-hams-Azrbaycanda-var.html
Dietoloq yumurtanı təbii multivitaminlər mənbəyi hesab edir. İnsan orqanizminə lazım olan bütün mineral və vitaminlər, eləcə də faydalı yağlar və antioksidantlar yumurtanın tərkibində mövcuddur.
Dietoloq Kristina Andersson yeddi ucuz və faydalı ərzağın adını açıqlayıb.
Bu barədə Svenska Dagbladet nəşri yazıb.
Həkim qida rasionuna məmnuniyyətlə qırmızı soğanı əlavə edir. Bu soğan vitaminlər və faydalı maddələrlə zəngindir, həmçinin bakterisid effektini ehtiva edir. Qırmızı soğanın tərkibində həmçinin bolluca antioksidantlar var.
Kələm isə orqanizmi xərçəngdən qoruyan kükürd tərkibli maddələrlə zəngindir. Mədə xəstəliklərindən əziyyət çəkənlər bu tərəvəzi çiy halda deyil, bişmiş halda yeməlidir.
Anderssonun dediyinə görə, kartof dietik qida sayılır. Bu tərəvəz orqanizmə daha az kalori versə də, adamı tox tutur.
Tibb mütəxəssisi kökümeyvəli bitkilərin də son dərəcə faydalı olduğu qənaətindədir. Kök, turp və çuğundurun müxtəlif növləri özündə çoxlu mineralları toplayır, yaxşı karbohidrat və bitki lifləri mənbəyi hesab olunur.
Yulafda beta-qlükan adlı xüsusi tip faydalı qida lifi var ki, o da qanda şəkərin və xolesterinin səviyyəsini normada saxlayır. Dietoloq hesab edir ki, taxıl bitkilərində qidalı elementlərin sayı çoxdur.
Lobya, noxud və mərcimək kimi paxlalılar zülal və minerallarla zəngindir. Andersson qeyd edir ki, konservləşdirilmiş lobya öz qidalandırıcılıq qabiliyyətini nəinki itirir, hətta daha da qiymətli qida halına gəlir.
Yumurtada isə çoxlu qida maddələri toplaşıb. Dietoloq onları təbii multivitaminlər adlandırır. Demək olar ki, insan orqanizminə lazım olan bütün mineral və vitaminlər, eləcə də faydalı yağlar və antioksidantlar yumurtanın tərkibində mövcuddur.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-09-2020, 09:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:21-09-2020, 09:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11