Ölkəmizdə eşşəklər niyə sürətlə azalır? - Ekspert
Ölkəmizdə eşşəklərin sayının azalması daha çox kənd təsərrüfatında bu heyvanlara olan tələbatla bağlıdır.
Bu sözləri açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Qadir Bayramlı deyib. O, bu gün uzunqulaqların yerinə yükgötürmə qabiliyyəti çox olan atlara üstünlük verildiyini bildirib:
“Yaylaq, qışlaq gediş-gəlişinin azalması da buna təsir edir. Digər bir səbəb isə insanların ənənəvi nəqliyyat kimi yük heyvanları yerinə müvafiq texniki vasitələrdən - avtomobillərdən, yük maşınlarından və s. istifadə etməsidir. Yükdaşıyan motosiklet növü də kənd təsərrüfatında insanların çox köməyinə gəlir. Bu texniki vasitələr həm sürətlidir, həm də yükgötürmə qabiliyyəti çoxdur”.
Q.Bayramlı eşşəklərin azalması ilə bağlı diqqət çəkən məqamın sayın kəskin aşağı düşməsi olduğunu söyləyib:
“Uzunqulaqların azalması ilə bağlı bəzi neqativ informasiyalar da var. Bu heyvanların kəsilib xaricə satılması ilə bağlı bəzi məlumatlar yayılır. Təbii ki, araşdırma aparmadan bu barədə fikir söyləmək olmaz. Digər bir məsələ də örüş ərazilərinin azalmasıdır. Uzunqulaq və at yetişdirmək üçün örüş sahələri lazımdır. Bütövlükdə heyvandarlığın, xüsusən kiçikbuynuzlu heyvanların artırılması üçün bu, mənfi faktordur”.
Ekspert uzunqulaqların sayının kəskin azalmasının gələcəkdə ciddi problem yaratmayacağını bildirib:
“Azərbaycanda bununla əlaqədar hər hansı bir problem yaranacağını düşünmürəm. Çünki həmin heyvanlara tələb olursa, insanlar özləri uzunqulaqların sayının artırılmasında maraqlı olurlar. Görünür, tələbat azaldığı üçün təsərrüfatlarda eşşək yetişdirilməsinə diqqət yetirilmir””.
Qeyd edək ki, Dövlət Statistika Komitəsi hazırda Azərbaycanda 28040 baş uzunqulaq olduğunu, 5 il ərzində ölkədəki uzunqulaqların sayının 11 952 baş azaldığını açıqlayıb.
Paylaş:
Müəllif : Redaktor
Tarix:30-04-2019, 08:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:30-04-2019, 08:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11