"Yalan ayaq tutar, yeriməz" - Hacıbala Abutalıbovdan sərt REAKSİYA
Fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Respublikası baş nazirin müavini Hacıbala Abutalıbov keçən həftə bəzi KİV-lərdə barəsində yazılan böhtan xarakterli yazılarla bağlı DİA.AZ-a açıqlama verib. Açıqlamada hörmətli professor bildirir:
"Sizin rəhbərlik etdiyiniz saytda mənim haqqımda verilən informasiyalar yalan və iftiradır. Verilən informasiyalarla dərc olunmuş sənədlər tamamilə bir-birini təkzib edir. Bu informasiyaları sizin sayta ötürən şəxs dövlət əmlakını mənimsəmə və vergidən yayınmaqda təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu və 213-cü maddələri ilə məhkum olunmuş Vidadi Əliyevdir.
Bu, onun sənədləri saxtlaşadırma yolu ilə mənimsəmə və qanunsuz olaraq tikdiyi obyektlər haqqında məlumatlar aidiyyatı dövlət orqanlarına məlum olduqdan sonra öz gördüyü işləri ört-basdır etməyə çalışması və ona nail olmadıqda əvvəllər - məhkum olunduğu vaxtda istifadə etdiyi böhtan dolu bir şantajdır.
Özəlləşdirmə ilə əlaqədar verilən informasiyaların mənə heç bir aidiyyatı yoxdur. Əminəm ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi qanunsuz olaraq heç bir obyekti özəlləşdirmir və özəlləşdirə də bilməz.
Zəhərli ilanın nə qədər günahı varsa da, ona zəhərverən koramalın günahı isə çox-çox böyükdür".
Paylaş:
Müəllif : Redaktor
Tarix:29-04-2019, 14:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:29-04-2019, 14:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11