Yapı Kredi Bank Azərbaycanda dövlətin qanunları işləmir? - GİLEY
Ölkənin Bank sektorunda baş verən biabırçılıqlar barəsində yetərincə bilgilər verilib. Bu dəfə şikayət "Yapı Kredi Bank Azərbaycan"dandır.
Şikayətçi Nəzər Nəsirzadə "Yapı Kredi Bank Azərbaycan"da başına gələnləri belə nəql edir:
"Mərkəzi Bankın baş direktoru Ziya Əliyev tərəfindən məsələ yenidən Yapı Kredi Bank Azərbaycana yönləndirildi. Məktubda qeyd olunur: "Vətəndaş Nəzər Nəsirzadənin Azərbaycan Respublikasının Mərkəzi Bankına daxil olmuş müraciəti cavablandırılması üçün aidiyyəti üzrə sizə göndərilir. Müraciətə baxılmasının nəticəsi barədə 5 (beş) iş günü ərzində Mərkəzi Banka və müraciət müəllifinə məlumat verməyiniz xahiş olunur."
Yapı Kredi Bank Azərbaycan biyabırçılığına şahid olmaq üçün yaxın əyləşin...
Valideynim özü 1-ci qrup əlil olduğu üçün onun işlərini görüm deyə etibarnamə verib mənə. Avqustun əvvəli yaxınlaşdım bankın Sumqayıt filialına soruşdum ki, bəs etibarnamə ilə dollar satırsınız? Əvvəlcə kassir nağd şəkildə satmırıq, yalnız nağdsız şəkildə olar dedi. Sonra da əlavə etdi ki, "etibarnamə ilə dollar satmaq qanunsuzdur" (əslində isə elə bir şey yoxdur və etibarnamə üzərində kredit götürməkdən başqa bütün bank əməliyyatlarını yerinə yetirmək qeyd olunub). Vəziyyəti izah etdim dedim heç olmasa evə kimsə göndərin, lakin kassir dedi elə bir xidmətimiz də yoxdur (əslində göndərməlidirlər). Evdən çölə çıxa bilməyən vətəndaş etibarnamə verir və siz o qanuni etibarnaməni saymadığınız azmış kimi, evə də işçi göndərmirsinizsə, vətəndaş öz bank işlərini necə etsin? "
Daha sonra şikayətçi yazır: "Daha sonra zəng etdim Mərkəzi Banka və məlumat verdilər ki, etibarnamə ilə dollar satmaq olmaz deyə bir qanun yoxdur hətta bu hadisəni araşdırmaq üçün yazılı şikayət göndərməyimi də istədilər. Mənsə əvvəlcə Yapı Kredi bankın özünə email göndərdim ki, bəlkə işçilərinin məlumatsızlığı ucbatından belə olub, bir aydınlaşdırsınlar.
(Yeri gəlmişkən bu söhbətin səhəri günü gedib başqa bankdan sorğu sualsız etibarnamə ilə dollar aldım. Əslində olmalı olan da bu idi.)
Nə isə, 2 həftədən sonra bugün bankdan Türkan xanım zəng edib və mən də sevindim yəqin araşdırdılar öz səhvlərini başa düşüb üzrxahlıq zad edəcəklər deyə, amma gəl gör həm işçilərini, həm də bankı haqqlı çıxartdılar və kassirin dollar satmamasına səbəb kimi, mənim dollar almaq üçün illik limiti keçdiyimi, çirkli pulların yuyulmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün belə etdiklərini vurğuladı.
Telefonda nə qədər çalışsam da Türkan xanıma heç cür başa sala bilmədim ki, etibarnamə ilə kiminsə adına dollar almaqla mənim öz adıma olan limit arasında nə əlaqə var axı? Siz nəyə əsasən qərar verdiniz ki, mən pulun mənbəyini sübut edə bilmirəm və çirkli pul yuyuram? Axı kassir məndən pulun mənbəyin soruşmamışdı heç. Birbaşa etibarnamə ilə nağd dollar satmırıq demişdi. Türkan xanım isə məntiqli cavab vermək əvəzinə robot kimi eyni cavabı təkrar edirdi: bankımız bu yolla çirkli pulların yuyulmasının qarşısını alır.
Bu cür mənasız zəngdən sonra Mərkəzi Banka da şikayət göndərəcəm. Ümid edirəm belə özbaşına qərarlar verən banka qarşı bir tədbir görərlər."
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq... //Teref.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:26-08-2020, 09:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-08-2020, 09:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti