Lotu Qulinin taxtında kim oturacaq? – Yeni versiyalar...
“Qanuni oğru”, “Lotu Quli” kimi tanınan Nadir Səlifovun Antalyada qətlə yetirilməsindən sonra “oğru dünyası”nın yeni liderinin kim olacağı ilə bağlı müzakirələr gedir. Böyük ehtimalla, indiki halda da müəyyən çevrəyə daxil olan kriminal avtoritetlərin iştirakı ilə “sxodka” keçiriləcək. Yeni liderin seçilməsi və başqa məsələlərin razılaşdırılması da həmin “sxodka”da gerçəkləşə bilər.
İndiki halda azərbaycanlı “qanuni oğru”ların konkret kimə etimad göstərəcəklərini söyləmək çətindir. Xüsusən 2016-cı ildə İstanbulda Rövşən Lənkərasnikinin qətlindən sonra azərbaycanlı “qanuni oğrular” bir neçə cəbhəyə bölünmüş vəziyyətdədir. “Lotu Quli”nin tərəfdarları ilə Rövşən Lənkərənskinin tərəfdarları arasında ciddi konflikt var. “Lotu Quli”nin ölümündən sonra tərəflərin bir-birinə qarşı amansız davranışlarının olacağı proqnozlaşdırılır.
Türkiyədəki 4 il fərqlə baş verən qətllər ümumilikdə azərbaycanlı “qanuni oğru”lar arasında uçurmu dərinləşdirib. Halbuki Aslan Usoyandan (Ded Xasan) sonra N1 olmağı arzulayan və buna cəhdlər edən, hazırda həbsdə olan Kürd Şakro (Zaxari Kalaşov) da Lotu Qulinin güclü düşmənləri sırasında idi və azərbaycanlı “qanuni oğru”nu yolunda maneə kimi görürdü. Ondan başqa Suxumu klanının rəhbərləri Taro və Merab Canqveladze ilə Lotu Quli arasında fikir ayrılığı daim özünü göstərib və ikincinin qətlindən sonra meydanın məhz onlara qalacağı deyilir. Lotu Qulinin böyük təsir dairəsi olub və onun yerinə iddialılar bu arealı əllərində cəmləşdirməyə can atırlar. Rövşən Lənkəranskinin ölümündən sonra Lotu Qulinin tərəfinə keçənlər indi kimin onun yerinə keçəcəyini gözləyirlər.
Lotu Quli müasir oğru dünyasının ən məşhur üzvlərindən idi. 1972-ci ildə doğulan Nadir Səlifov Azərbaycanın koloniyalarında uzun illər keçirib. 2000-ci ildə qanuni oğru olub. Son vaxtlar Rusiyada da koloniyalara nəzarət edirdi. Onun qətlindən sonra tutduğu mövqeyə sahiblənə biləcək azərbaycanlı “qanuni oğru”lar sırasında qardaşı Namiq Səlifovun adı çəkilir. Namiq Səlifova 2013-cü ildə “qanuni oğru” statusu verilib. Namiq Səlifovun taclandırıldığı “sxodka” Ded Xasan klanı tərəfindən 7 il əvvəl avqustun 14-də keçirilib. “Sxodka”da 7 nəfər “taclandırılıb”. Qela Kardavanın təşəbbüsü ilə keçirilən “sxodka”da Vova Puxlıy, Maçik, Roland Şlyapa iştirak edib. Həmin gün Namiq Səlifovla yanaşı 42 yaşlı Tümen sakini Aleksandr Babanov, Roma Mostavoy və Samvel Berseqyan “qanuni oğru” statusu alıblar. Bu gün azərbaycanlı “qanuni oğru”lar arasında Rafiq Eyvazov (Rafiq Masallinski), Cavid Məmmədov (Dato Ağcabədinski), Emin Əhmədov (Emin Hacıqabulski), Ceyhun Əsgərov (Ceyhun Gəncinski), Zaur Şipilov (Zaur Naxçıvanski), eləcə də Əli Heydərovun (Kürən Albert) adları çəkilir. Regionda Lotu Qulinin yerinə iddialı 4 nəfər var. Ded Xasanın 47 yaşlı qohumu Gerigi Akoyev (Giya Sverdlovski), hazırda Ukraynada yaşayan 65 yaşlı Avtandil Kobeşavidze (Avto), 39 yaşlı Əhməd Donvayev (Əhməd Şalinski). İndi bütün Rusiya və sabiq SSRİ məkanında Lotu Qulinin boşalan yerini kimin dolduracağı maraqla gözlənilir.
Şəki Şahmat Məktəbin sabiq direktoru, məhbəs həyatı mövzusunda çoxsaylı kitabların müəllifi, yazıçı, redaktor Bəhram Çələbi “Yeni Müsavat”a deyib ki, bu gün azərbaycanlı “qanuni oğru”lar arasında Lotu Qulinin yerini tuta biləcək namizəd yoxdur: “Gürcülərin arasında çox nüfuzlu “oğru”lar var. Azərbaycanlılar arasında Qulinin səviyyəsində, onun yarısı səviyyəsində kimsə yoxdur. Quli lider idi. “Vaqif diplomat” var, o da heç vaxt lider olmayıb. Qulinin qardaşının nüfuz dairəsi də o qədər də böyük deyil. Quli qədər onu tanımırlar. Quli ilə əksəriyyət hesablaşırdı”.
Bəhrəm Çələbi deyir ki, hazırda kriminal aləmdə Quli masştabında azərbaycanlı “qanuni oğru” yoxdur: “Klassik oğrular var, onlar heç vaxt liderlik arzusunda olmayıblar. Sumqayıtlı Arif var, o da klassik “oğru”dur. Lider deyil, olmaq istəmir. Dato Ağcəbədinski var. Amma yenə də onun Qulinin yerinə keçməsi inandırıcı deyil. Quli bütün MDB bazarlarına baxırdı. Rövşən Lənkəranskinin də nüfuzu vardı. İndikilərin əksəriyyəti hansısa şəhərin, rayonun bazarına baxmaqla məhdudlaşır”.
Bəhrəm Çələbi deyir ki, Rusiya mətbuatı Rövşən Lənkəranskinin qətlində Lotu Qulini, Lotu Qulinin ölümündə isə Rövşən Lənkəranski tərəfdarlarının adını yazırlar: “Rövşən Lənkəranskinin qətlindən sonra gəlib Lotu Quliyə deyirlər ki, onun ölümündə sənin adını hallandırırlar. Lotu Quli də kədərlənir, deyir ki, Allah rəhmət eləsin, o, heç vaxt Rövşən Lənkəranskinin düşməni olmayıb. Deyir ki, mən Rövşənlə şahmatda olduğu kimi partnyor olmuşam. O, şahmatda olduğu kimi “italyan partiyası” oynamağı xoşlayırdı. Mənsə “Siciliya partiyası” ilə oynamağı xoşlayıram. O da pul qazanıb, mən də pul qazanmışam, bu bir biznesdir. “Xaç atası” filmində oğlu öldürülən mafiya başçısına başsağlığı verməyə gələn digər ailə başçıları kədərlərini bildirir, deyirlər ki, bu bir biznesdir və bizim biznesdə belə də olmalıdır. Lotu Qulinin qətlindən sonra onun yerinə kimin keçəcəyini söyləmək çətindir. Bunu “sxodka” müəyyən edəcək. Mümkün namizədlər arasında azərbaycanlılar da var, amma onlardan kimsənin keçəcəyinə inamım azdır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-08-2020, 08:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:25-08-2020, 08:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01