Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda YEYİNTİ FAKTLARI
Həqiqət Qədirovanın rəhbəri olduğu Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda gerçəkləşmiş və hələ də tüğyan edən neqativ hallara sözsüz ki, biganə qalmaq qeyri-mümkündür. Araşdırmalar bir daha onu təsdiq edir ki, xanım Qədirovanın rəhbərlik fəaliyyəti qeyri-qənaətbəxşdir və o, nə qədər əlehinə yönəlmiş ittihamları təkzib etsə də, bu ittihamların fakta söykəndiyi uzun müddətdir ki, diqqətdən yayınmır. Birmənalı olaraq deyim ki, sözügedən şəxs, vaxtilə QİÇS-lə Mübarizə Mərkəzində sahibləndiyi arzuolunmaz fəaliyyətini bu gün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda icra edir. Bu günə qədər onun haqqında tədbir görülməməsinin bəlli səbəbi isə, onun TƏBİB-in sədri Ramin Bayramlıya ATU-dan yaxın olması ilə əlaqəlidir. Hər iki şəxs paralel olaraq ATU-nun Mikrobilogiya Kafedrasında çalışır. Xanım Qədirova həmin kafedranın rəhbəri, cənab Bayramlı isə dosentidir.
2017-ci ilin fevral ayından Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna rəhbərlik edən Həqiqət Qədirova korrupsiya faktları ilə də yadda qalmağı bacarıb. Bunu, 2017-ci ilin son aylarında baş tutmuş qanunsuz tender sövdələşməsi, məcburi öhdəlik kimi həkimlərin üzərinə qoyulmuş təmir işləri, təsərrüfat şöbəsində mənimsəmə və rüşvət faktları, habelə hələ də qüvvədə qalan tibbi xidmətin pullu olması halları təsdiq edir. Maraqlıdır ki, vaxtaşırı həkimin xəstədən pul götürməsinə qarşı barışmaz mövqedə olduğunu iddia edən xanım Qədirova, nədənsə özünü bu iddiada təsdiq etməyi bacarmayıb.
Görəsən, bu təzad yaradan gerçəkliyin bir açıqlaması olacaqmı?!
Xülasə, onu qeyd edim ki, 28.11.2017-ci il tarixdə “Daxili istilik xətlərinin və radiatorların dəyişdirilməsi işləri”nin satınalınması məqsədilə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən elan edilmiş tender müsabiqəsində “Eleqant-555” MMC şirkəti qalib elan olunub.
Satınalma müqaviləsinə əsasən sözügedən şirkətə 12954.20 AZN pul ödənilib.
13.03.2018-ci ildə isə “Mətbəə (çap) məhsullarının” satınalınması məqsədilə elan edilmiş tenderin qalibi “Meqa-poliqraf” MMC şirkəti olub və institut tərəfindən bu şirkətə 7927 AZN pul ödənilib.
İlk öncə onu deyim ki, “Eleqant-555” MMC şirkətinin bu günə olan vergi borcu 5714.22 AZN təşkil edir. “Dövlət satınalmaları haqqında qanun”un 6.2.5-ci maddəsinə əsasən adı çəkilən şirkətin tender müsabiqəsində iştirakı qanunla mümkün deyil. Odur ki, sözügedən tender sövdələşməsinin korrupsiya xarakterli olduğu şübhə doğurmur. Digər tərəfdən aparılan araşdırmalar və verilən məlumatlar nəticəsində müəyyən edilmişdir ki, müəssisədə radiatorların dəyişdirilməsində heç də yenilik olmayıb. Bunu hələ də sovet dövründən qalma və qış aylarında qazanxanadan qidalanan radiatorların mövcudluğu təsdiq edir. Xəstələrdən birinin verdiyi məlumatda isə xəstəxanada isti suyun olmaması, soyuq suyun isə fasilələrlə verildiyi bildirilir.
Mətbəə(çap) məhsullarının satınalınması ilə bağlı ziddiyyətli məqam:
Qeyd olunduğu kimi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu “Mətbəə (çap) məhsullarının satınalınması” məqsədilə 7927 AZN pul xərcləyib. Lakin qəribədir ki, həmin məhsulları görən olmayıb.
20 ildir Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun “Kliniki Diaqnostika Şöbəsində” çalışan həkim-laborant Aynur Əsədli bildirir ki, laboratoriyada “bütün çap məhsulları ( katric, A4 kağız və.s), o cümlədən digər təsərrüfat malları işçilərin maddi vəsaiti hesabına alınır. Onun dediyinə görə, hətta iş üçün öz hesabına aldığı komputerdən istifadə edir.
Təmir xərcləri:
Həkim Aynur Əsədli həmçinin onu da bildirir ki, Həqiqət Qədirova instituta direktor təyin edildikdən sonra laboratoriya köçürülüb və yeni laboratoriyanın yerləşməsi üçün müəyyən edilmiş yararsız bina məcburi şəkildə həkimlərin hesabına təmir etdirilib. Dediyinə görə təkcə o, təmir işlərinə 1600 AZN pul xərləyib. Ən yüksək məbləği isə keçmiş şöbə müdiri Aygün Alxasova ödəyib. Qaimələrə əsasən onun bu barədə təqribən 20,000 AZN vəsait xərclədiyi müəyyən olunur.
Digər təmir xərci isə institutda ən çox haqsızlığa məruz qalmış “Uşaq Vərəmi Şöbəsi”nin həkimi Səbinə Məmmədova ilə bağlıdır.
Belə ki, həkim Səbinə Məmmədova vaxtilə müdiri olduğu “Uşaq Vərəmi Şöbəsi”nin təmirinə ailə büdcəsi hesabına 34,756 AZN vəsait xərcləyib. Bu vəsaitə təmirlə bərabər, şöbədə inventarizasiya işlərinin aparılması da daxildir. Buna baxmayaraq o, qısa müddət sonra qondarma ittihamla şöbə müdrliyi vəzifəsindən azad edilib.
Təsərrüfat şöbəsində mövcud olan korrupsiya faktları:
Şöbənin işçisi Məlikov Əsədağa Aslan oğlunun şikayəti
Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun təsərrüfat müdiri Asif Lalayevin müəssisədə bu günə qədər törətdiyi qanun pozuntuları, işçilərin əmək məcəlləsilə iş saatlarının pozulması və baş verən qanun pozuntuları ilə əlaqədar İnstitutun baş həkimi Həqiqət Qədirovaya şikayət etdik. 15 ildir həmin institutda qazanxana operatoru işləyirəm. Bundan sonra Asif Lalayevin çirkin əməllərinin üstü açılsa da o əməllərinə son qoymaq əvəzinə heç bir qanuna sığmayan 240 saat işləməyimizə baxmayaraq bütün qazanxana operatorlarına 156 saat yazdırmış və əzablı, məsuliyyətli işimizin 84 saatını mənimsəmişdir.
İnstitutun təsərrüfat müdiri Asif Lalayevə qazanxanada olan problemləri dəfələrcə desək də o, buna heç zaman məhəl qoymamış, dövlət tərəfindən ayrılan vəsaitləri şəxsi maraqlarına xərcləmişdir.
İradımızı bildirdikdə bütün işçilərə hara və kimə istəyirsiniz şikayət edin və gələn aydan sonra maaşlarınız daha da azalacaq. A.Lalayev hamıya kobud və hədə-qorxu gəlir. Qazanxananın hal-hazırkı durumu acınacaqlıdır.
Su çənlərində su sızmaları nəticəsində hər dəfə su anbarlarını yoxlamaq üçün getdiyimizdə soyuq havalarda əynimiz su içində gələrək (su sızmalarının video çəkilişi mövcuddur) bir gün artıq özümüzün vərəm xəstəsi olacağımıza heç şübhəmiz yoxudur.
Asif Lalayevin institutda təsərrüfat müdiri vəzifəsindən başqa kadrlar şöbəsinin iş fəaliiyətini də üzərinə götürmüşdür. İşə daxil olmaq istəyənlər Asif Lalayevə baxım görüm etməlidirlər. Hər vəzifənin öz rüsumu var: Qapıda dayanan mühafizə ilk işə götürüləndə 200 manat (qapıdan yığılan aylığın 35 manatı A.Lalayevə çatır), Qazanxana operatoru vəzifəsi: 400 -500 manat, Bağban-150 manat.Şikayət və qanun pozuntularını bilə-bilə hələ də A.Lalayevə bu şəraitin yaradılması, onun hegomon əməllərinin qarşısının alınmaması, bu barədə institutun direktoru H.Qədirovanın heç bir ölçü götürməməyi bizdə şübhə yaradır.
Tibbi Xidmətin Pullu Olması:
Həqiqət Qədirovanın rəhbərlik etdiyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda xəstələrə tibbi xidmətlər hazırda aşağıdakı tariflər üzrə təklif olunur:
- Rentgen- plyonkalı 10 AZN, kağız üzərində 5 AZN (Arif Qurbanov)
• Komputer Tomaqrafiya- disklə 70 AZN, disksiz 30 AZN (Züleyxa Sərdarova)
• UZİ- 30-100 AZN ( xəstənin maddi-sosial vəziyyətinə görə dəyişir) (Xatirə Əliyeva)
• Qeydiyyat- 2- 5 AZN (Nailə Mahmudova)
• Kardioqrama-30 AZN (Afət İsgəndorva)
Baş tibb bacısı Sevda Ramazanovanın rəhbərliyi altında institutda yatan xəstələr üçün açılan xəstəlik tarixçələrinə görə isə 20 AZN vəsait tələb olunur.
Bütün bunlara baxmayaraq TƏBİB, –neqativ faktları görməzdən gəlmək də hələ ki, israrlıdır. Qurumun sözcüsü Rəvanə Əliyeva bildirir ki, institutda ÜST-ün işçi missiyası, xarici mütəxəssislər yoxlamalar keçirdiblər və institututu nümunəvi tibb müəssisəsi kimi göstəriblər.
Görəsən, COVİD-19 infeksiyası ilə əlaqədar olaraq 100-dən çox xəstəyə münasibətdə yalnız 8 uyğun palatası olan, şəraitsizliyin və anti-sanitariyanın hökm sürdüyü, avadanlıqlarının köhnə olduğu, 5 aya 68 nəfər xəstənin öldüyü və ən əsası ştat üzrə həkim-reanimatoloqun olmadığı xəstəxananı hansı cəhətlərinə görə nümunəvi adlandırıblar?! İnanmaq qeyri-mümkündür…
Paylaş:
Müəllif : Fuad
Tarix:24-08-2020, 08:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:24-08-2020, 08:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01