reklam
Regionxeberlericom.az » Araşdırma » Eldar Həsənov ifadə verdi: "5-ci kolon"un üzvləri ifşa oldu — ŞOK TƏFƏRRÜAT

reklam

Eldar Həsənov ifadə verdi: "5-ci kolon"un üzvləri ifşa oldu — ŞOK TƏFƏRRÜAT


Azərbaycanda 5-ci kolonun yaradılma strategiyası

Birinci hesabat

Qırğızıstanda dövlət çevrilişini Əli Həsənov və Qurban Məmmədov ilə kim birləşdirir? 2014 və 2015-ci illərin izi ilə…

Bir necə gün öncə baş vermiş keçmiş Baş Prokuror, hazırda Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfir olan Eldar Həsənovun həbsi bir çox sirli pərdələrin açılmasına səbəb olur.

Proloq

7 aprel 2010-cu ildə Qırğızıstanda Bakiyev hakimiyyəti devriləndə bu ailəyə yaxın bir çox insan, o cümlədən Prezidentin oğlu Maksim Bakiyevin çevrəsi də həbs edildi. Qırğızıstanda olan qızıl mədənləri çoxlarının, o cümlədən ingilislərin və rusların gözünü qamaşdırırdı. Bu baxımdan geosiyasi maraqlar, geoiqtisadi istəklər ilə üst-üstə gəlirdi.

Maksim Bakiyev atasının Prezident olduğu dövrdə Qırğızıstanın İnkişaf, Sərmayə və İnnovasiyalar üzrə Mərkəzi Agentliyinin rəhbəri idi. Bu vəzifədə Maksim 1 il işlədi. Amma buna baxmayaraq, Rusiya mətbuatına istinadən Maksim Bakiyev yalnız 1 il ərzində rəhbərlik etdiyi qurum vasitəsilə 44 mln. ABŞ dolları mənimsəmişdir, daha doğrusu “yumuşdur”.

2010-cu ildə Qırğızstandan qaçarkən Maksim Bakiyev atası ilə Belarusa, ordan isə birbaşa özəl təyyarə ilə Böyük Britaniyaya yollanır. Orada onu qarşılayırlar və … siyasi qaçqın statusu təqdim edirlər. Ən maraqlısı o idi ki, sonrakı dövrlərdə Böyük Britaniyada Maksim Bakiyevin Qırğızıstana təslim edilməsi haqda ən çox canfəşanlıq edən ABŞ siyasi və dövlət dairələri idi [1]. Məhz onlar Bakiyevin ekstradisiya məsələsinə baxılmasını israr edirdilər.

Həmin dövrün mətbuatını təhlil etsək görərik ki, Maksim Bakiyev ətrafında olan bütün məsələlər bilavasitə Almaniya, Rusiya, Böyük Britaniya, Qırğızıstan, ABŞ və … Azərbaycan mətbuatında geniş yer alırdı… Maksim Bakiyevi sudan quru çıxarmaq cəhdləri Azərbaycanın bəzi media resurslarında hər gün işıqlandırlırdı və Google axtarış sistemi sübut edir ki, Azərbaycan media resursları Maksim Bakiyevin və onun ətrafının “təmizlənməsində” önəmli yer tuturdu.

Sual yaranır…

Niyə Azərbaycan mətbuatı qaçqın Qırğızıstan Prezidentinə, ələlxüsus onun oğluna bu gədər yer ayırırdı?

“Roza” əməliyyatı

1997-ci ildə Qırğızıstan Xarici İşlər naziri Roza Ottunbayeva Əsgər Akayevin hakimiyyətindən narazılığını bildirsədə Böyük Britaniyaya səfir vəzifəsinə təyin edilir. 2002-ci ilədək BMT-nin Gürcüstan və Abxaziyada münaqişələrinin həlli üzrə xüsusi müşavirinin müavini təyin edilsə də Böyük Britaniyada yaradılmış əlaqələr ona uzun illər xidmət edəcək. 2004-cü ildə Roza Ottunbayeva Qırğızıstana dönür və müxalif partiyada iştirak ilə fəal siyasətə atılır.

2005-ci ilin martında Əsgər Akayev hakimiyyətdən devrildikdən sonra Kurmanbek Bakiyev ölkə rəhbərliyən gəldikdən sonra Ottunbayeva yenidən xarici işlər naziri vəzifəsini icra etməyə başladı. Lakin Bakiyev ilə yaranmış qeyri-səmimi münasibətlər nəticəsində Parlament onun namizədliyini nazir vəzifəsinə təsdiq etmir və xanım siyasətçı parlamentdə özünə yer tutmaqla kifayətlənir.

Bütün bu dövr ərzində Böyük Britaniyada yaradılmış iş birliyi və geniş əlaqələr onu hər zaman qoruyur və sığortalayır.

“Yevgeniy…Bond”

2005-ci ildə Rusiya Diplomatik Akademiyasının birinci kursundan xaric edilən Maksim Bakiyev əcnəbi ölkələrə səfər etməyə başlayır. Atasının Prezident vəzifəsində olmasından istifadə edərək, 28 yaşlı gənc özünü beynəlxalq məsləhətçi, strateji planlaşdırma üzrə ekspert, geoiqtisadiyyat, marketinq, logistika, keyfiyyət üzrə mütəxəssis və s. kimi təqdim edir. Bu zaman Maksim Bakiyev Rusiya əsilli 1990-ci illərdən ABŞ vətəndaşı olan Yevgeniy Qureviç ilə tanış olur.

2001-2007-ci illərdə Qureviç ABŞ-ın Virage Consulting Ltd. şirkətinin rəhbəri (idarəetmə konsaltinqi ilə məşğul olurdu), 2006-2009-cü illərdə Asiya Universal Bankının direktoru vəzifəsində çalışmışdır. Eyni zamanda Qureviç Afrika İnvestisiya Bankının baş vitse-prezidenti, Nyu-York xedj-fondu olan Gamma Square Partners-ın icraçı direktoru və “proqram təminatını hazırlayan offşor şirkəti” olan GSN Tech LLC.-nin direktoru vəzifələrində çalışırdı.

Bu qədər vəzifələri icra etmək həqiqətən də böyük əlaqələr və yaxud sadəcə yaxşı kamuflyaj tələb edirdi…

Yevgeniy Qureviç MGN Group şirkəti yaradır və tezliklə müəyyən xüsusi xidmətlərin və dairələrin nəzarətinə düşür. Həmin şirkətin rəhbəri olaraq Qureviçin adı italyan mafiyası və bir sıra başqa korrupsiya skandallarında keçir. 2010-cu ildə İtaliya mətbuatının yazdığına görə Yevgeniy Qureviçin komandası Fastweb və Telecom Italia Sparkle arasında olan sazişdən pulların “yuyulması” üçün kalabriya mafiyasının köməyindən istifadə edərək 2 mlrd avro vəsait ofşor hesablara çıxarmışlar. Bununla bağlı olaraq İtaliya prokurorluğu 56 nəfərin həbsi ilə bağlı İtaliya Senatına mürəciət etmişdir. Qureviç həmin siyahıda idi.

İtaliya hakimi Morcini yazırdı ki, Qureviç İsveçrədə və digər ölkələrdə əlaqələrindən istifadə edərək pulların yuyulması üzrə tanınmış mütəxəssisdir.

Qırğızstanda olan hərc-mərclik Qureviçi və onunla bir necə nəfəri tezliklə həmin ölkəyə gəlməyə “vadar” edir. Qureviç öz köməkçisi, Azərbaycan əsilli Britaniya vətəndaşı Vüqar Xəlilov ilə Bişkekə gəlirlər və burada Vüqar Xəlilov Flexi Communications adlı şirkət qurur. Şirkətin əsas məqsədi Maksim Bakiyevin PR-ı ilə məşğul olmaq, yeni Qırğızıstan hakimiyyətini Qərbdə təmsil etmək olur. Əslində isə Qureviç və onun əməkdaşları sadəcə “pulların yuyulması” ilə məşğul idilər .

Vüqar Xəlilovun Yevgeniy Qureviçin rəsmi təmsilçisi olmasını Rusiyanın Vedomosti qəzeti də təsdiqləyir. Qureviç isə özü təsdiq edir ki, “Mən Maksim Bakiyevin komandasının üzvü idim, və bəzi sxemləri bilirdim və onlarda iştirak edirdim”.

2009-cu ildə Maksim Bakiyev Yevgeniy Qureviçin təklifi ilə Qırğızıstanın İnkişaf, Sərmayə və İnnovasiyalar üzrə Mərkəzi Agentliyinin yaradılması təkilifini atasına təqdim edir. Kurmanbek Bakiyev təklifi bəyənir və oğlunu quruma rəhbər təyin edir.

Maksim Bakiyevin ilk qərarlarından biri Qırğızıstanın İnkişaf, Sərmayə və İnnovasiyalar üzrə Mərkəzi Agentliyinin aktivlərinin idarə edilməsini MGN Group-a, yəni Yevgeniy Qureviçə və Vügar Xəlilova həvalə olunması olur.

“Vüqarlı” oğlan

Maksim Bakiyevin yanına əslən Azərbaycandan olan Britaniya vətəndaşı, həmin dövr üçün jurnalist Sevinc Osmanqızının qaynı olan Vüqar Xəlilov yerləşdirilmişdi. Qısa müddət ərzində Maksim Bakiyevin yaxın adamına çevrilən Vüqar Xəlilov çirkli pulların yuyulmasında iştirak etdiyi üçün 2010-ci ilin aprel ayının 12-də həbs edilir. İlkin məlumata əsasən Bakiyev bir neçə əməliyyatdan 43.5 mln. dollar vəsaiti yumağa müvəffəq olur.

Həmin dövrdə Vüqar Xəlilovun qardaşı Elçin Xəlilov Londonda BBC Telekanalında işləyirdi. Qardaşının həbs edildiyini görən Elçin Xəlilov dərhal qardaşının azad olunmağı məqsədi ilə danışıqlara başlayır. 1-ci istiqamət təbii ki, Britaniya müvafiq orqanları idi (burada “kəşfiyyat” sözünü bilərəkdən işlətmirik). İkinci istiqamət isə o dövr Azərbaycanda Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri olan Əli Həsənov idi. Xəlilovlar qardaşlarının Əli Həsənov ilə bir kənddən olduğunu nəzərə alaraq, qohumluq əlaqələrini istisna edə bilmərik.

Elçin Xəlilovla Əli Həsənov arasında danışıqdan sonra Həsənov dərhal Vüqar Xəlilovun azad olunması ilə bağlı Azərbaycanın Qırğızıstandakı səfirliyi ilə danışır və Rusiya ilə bu istiqamətdə danışıqlar aparır. Qeyd edək ki, Əli Həsənov Rusiya Federasiyasının bir sıra medalları ilə təltif edilmiş insandır. Bu baxımdan, onun Rusiyada xüsusi əlaqələrinin olması təbii haldır. Beləliklə, Xəlilov qardaşlarının gələcəkdə bütün maraqlı tərəflərə işləyəcəyi barədə razılığa gəlinir və həbsindən cəmi 6 ay sonra (2010-cu ilin avqust ayının 6-da) Vüqar Xəlilov azad edilir və xüsusi təyyarə ilə Britaniya xüsusi xidmət orqanlarının müşayiəti altında Londona çatdırılır.

Vügar Xəlilovun azad edilməsi bir çox müəmmalı sualları ortaya qoyur. Birincisi, necə olur ki, Yevgeniy Qureviç Qırğızıstan məhkəməsinin qərarı ilə axtarışa verilir, hətta ona qiyabi olaraq hökm verilir. Vügar Xəlilov isə onun yaxın adamı olaraq, onun adından çıxış etdiyi halda [8], bütün proseslərdən hər zaman xəbəri olan adam kimi azadlığa buraxılır? İkincisi, Qırğızıstanda inqilabi proseslər müxtəlif dövlətlərin siyasi maraqlarının toqquşduğu anda baş verdi. Bu baxımdan, belə proseslər zamanı həbs edilən şəxslər sadəcə bir necə ay sonra azadlığa buraxılırlarsa, o zaman bu ortada hər hansı bir sövdələşmənin olmasından xəbər verir.

Burda bir haşiyəyə çıxaq.

Jamestown Fondunun analitiki İqor Rotar hesab edir ki, “Bakiyevi sadəcə Qureviç təslim etdi və ABŞ buna reaksiya verməli idi”. Lakin, Jamestown Fondunun analitikinin sözlərinə görə, “nəzəri olaraq Manasla (söhbət Manas aeroportundan gedir) bağlı sövdələşmə də mümkündür. Romada (İtaliya) Maksimin adı qaçılmaz olaraq orada ortaya çıxacaq”, – İqor Rotar DW-yə verdiyi müsahibədə belə söyləmişdi. Cünki ABŞ Manas aeroportunu Tranzit Mərkəzindən istifadənin, o cümlədən Əfqanıstandan qoşunların çıxarılmasından sonra da perspektivin qorunmasına böyük əhəmiyyət verirdi. [9]. Bakiyev isə burada ikili oyun oynadı və nəticədə həm Rusiyanı, həm də ABŞ-ı razı salaraq sadəcə varlanmağa davam etmək istədi. Bütün bu oyunların içində sözsüz Yevgeniy Qureviç və onun komandası var idi.

Beləliklə…

Çirkli pulların yuyulmasında ittiham edilən şəxsin, hər iki Boss’unun (Maksim Bakiyev və Yevgeniy Qureviç) qaçdığı anda Vüqar Xəlilovun həbsdən azad edilməsi geosiyasi danışıqlıqların nəticəsi idi.

Beləliklə, Vüqar Xəlilov Böyük Britaniya vətəndaşı olaraq Qırğızıstanda həbs edilir. Kurmanbek Bakiyevin devrilməsində Rusiya xüsusi xidmət orqanlarının rolu az deyildi. Cünki, Maksim Bakiyev öz biznes tərəfdaşı olan Yevgeniy Qureviç [10] ilə Manas aeroportunun rəhbərliyində təmsil olunduğu zaman böyük qonşuların geosiyasi maraqlarına zidd addımlar atmışdır. Qırğızstandan qaçandan sonra Qureviç dələduzluğa görə Alabama ştatının (ABŞ) Montgomery şəhərində həbs edilir və yalnız 2018-ci ildə həbsdən buraxılır [11].

Burada Roza Ottunbayevanın uzun illər Böyük Britaniyada çalışdığını və Kurmanbek Bakiyev Bişkekdən Minskə qaçdığı zaman yenidən Ottunbayevanın hakimiyyətə gəldiyini yada salmaq yerinə düşər. Cünki, məhz Britaniyada böyük əlaqələrə malik olan Ottunbayevanın Bişkeknin Pervomay məhkəməsinin sədrinə zəngindən sonra Vügar Xəlilovun məhkəmə zalından buraxılması təmin olunur və Vügar dərhal özəl təyyarə ilə Böyük Britaniyaya çıxarılır. Ordan isə Bakıya gəlir.

Vüqar Xəlilovun ilk işi Qırğızıstandakı çevrilişdən sonra Britaniyalıların risk altında olan Qızıl mədənlərini dəyərindən çox yüksək qiymətə Azərbaycana satmaq cəhdi olur. Bununla bağlı olaraq Vüqar Xəlilov Əli Həsənov və Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov ilə birgə biznes planlar qurmağa başlayırlar. Bununla yanaşı, bir necə dəfə Londona səfər edən Vüqar Xəlilov, orada bir sıra görüşlər keçirərək, Azərbaycanda baş verən ictimai-siyasi proseslər haqda Böyük Britaniyanın müvafiq qurumlarını məlumatlandırır. Bu məlumatların hansı xarakter daşıdığı haqda gələcək yazılarımızda.

Eldar Həsənovun bir necə gün öncə baş vermiş həbsi bir çox mətləblərə işıq salır. Aydın olur ki, Eldar Həsənov vasitəsilə Bakıdakı bəzi insanlar Avropada məskunlaşmış müxalifətçilər ilə əlaqələr qurur, onlara tapşırıqlar ötürür və maliyyə imkanlarını əsirgəmirdilər. Bütün bu proseslərin içində ictimai-siyasi işlərlə məşğul olan insanın yer almaması şübhə doğurardı. Çox güman ki, yaxın günlərdə YouTube və sosial şəbəkələrdə Avropada məskunlaşmış müxalifətçilərin Eldar Həsənovun həbsinə yönəlik ehtiraslı çıxışlarını, müdafiə xarakterli video görüntülərini seyr edəcəyik. Bütün bunlar peşakarcasına Bakıdan hazırlanan tezislər əsasında həyata keçirələcək. Və tezislərin başında kimin durması artıq aydınlaşır…

2014 və 2015-ci illərdə Vüqar Xəlilov öz qardaşı Azər Xəlilovu və Azər Xəlilovun həyat yoldaşı jurnalist Sevinc Osmanqızını oyuna daxil edir. Ən maraqlısı odur ki, ABŞ-a köçməzdən əvvəl Sevinc Osmanqızı Azərbaycan hakimiyyətinin təbliğatçısı kimi tanınırdı. Hətta CNN telekanalında Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva haqqında müsbət bir verlişlərin müəllifi idi.

Hər bir sahəyə nəzarət etməyi özünün “borcu” hesab edən Əli Həsənov Avropa və ABŞ-dakı Azərbaycan müxalifətini də öz nəzarətində formalaşdırmağa başlayır. Bu işlərdə Avropada geniş əlaqələrə malik olan insanları cəlb edən Əli Həsənov, Azərbaycanın bir sıra diplomatik nümayəndələrini oyuna soxur.

Beləliklə Sevinc Osmanqızının Azərbaycandan ABŞ-a, Qurban Məmmədovun isə Azərbaycandan Avropaya yola salınması əməliyyatı başlayır.

Xəlilov – Osmanqızı cütlüyü Azərbaycan hakimiyyətindən necə pul qazanırlar?

Sevinc Osmanqızının transferinin ABŞ höküməti qarşısında legitimləşdirilməsi üçün Əli Həsənov Mirşahin Ağayevdən istifadə edir. Mirşahin Ağayevə Osmanqızını ANS-in ABŞ ofisinin təmsilçisi kimi Vaşinqtona yollamaq tapşırılır və Osmanqızı ABŞ-da yerləşir.

Dərhal bundan sonra Sevinc Osmanqızının həyat yoldaşı Azər Xəlilovun (hazırda ATV kanalının rəhbəri) qardaşı Vüqar Xəlilov Rusiyanın (!) Sputnik İnformasiya Agentliyinin Azərbaycandakı rəhbəri təyin edilir. Azər Xəlilov isə öncə CBC kanalının rəhbəri, daha sonra ATV kanalının rəhbəri təyin edilir.

ATV-nin o zaman rəhbəri olan və Əli Həsənovun oyunlarını oynamağa razı olmayan, hətta “Professorun” tələb etdiyi “aylıq ödəmə”ni təmin etməyən Vügar Qaradağlıya qarşı aparılmış çirkin oyun nəticəsində kanala Azər Xəlilov gətirilir.

Maraqlısı odur ki, Vügar Qaradağlı ölkədə savadlı və peşakar televiziya işçisi kimi tanınır. İllər boyu Lider kanalına rəhbərlik etmiş, sonralar isə ATV kanalını İbrahimov (Nazim, Tağı, Sahib İbrahimovlar) qardaşlarından sonra inkişaf etdirməyə müvəffəq olmuşdur. Hər zaman ölkə rəhbərliyinin tapşırıqlarını yüksək səviyyədə həyata keçirən Qaradağlı bütün işlərdən uzaqlaşdırılır və yerinə televiziyada xüsusi təcrübəsi olmayan, reklam cəlb etmə işini bilməyən və siyasi rəhbərliyə heç bir özəl yaxınlığı ilə seçilməyən şəxs – Azər Xəlilov gətirilir. Azər Xəlilovu Vügar Qaradağlıdan fərqləndirən cəhət o idi ki, Azər Xəlilov Əli Həsənovun qarşısında mil dururdu.

Əldə etdiyimiz məlumata görə, bu işdə Əli Həsənov Vügar Qaradağlı haqqında ölkə rəhbərliyinə yalan məlumatlar çatdırmış və onun Azər Xəlilov ilə əvəz edilməsinə inandıra bilmişdir.

Azər Xəlilovun CBC-dən ATV-yə transferindən sonra qardaşı Azər Xəlilov CBC-yə təyin edilir. Bu təyinatların həyata keçirilməsi üçün Əli Həsənov vasitəsilə ölkə Prezidentinə Xəlilov qardaşlarının saxta uğur hekayələri təqdim edilir.

Ən maraqlısı odur ki, ikili vətəndaşlıq qadağan edilən ölkədə Böyük Britaniya vətəndaşı olan Vügar Xəlilov öncə Rusiyanın aparıcı təbliğat ruporuna rəhbər, sonra isə Azərbaycanın xaricə yönəlik bir kanalına rəhbər göndərilir.

Belə çıxır ki, Vügar Xəlilov ya Britaniyalıları məharətlə aldadır, və ya öncədən digər ölkələrin xüsusi xidmət orqanları ilə sıx əməkdaşlığı ilə həyat yolunu müəyyənləşdirmişdi. Cünki, öncə Qureviç ilə Qırğızstanda işləyən, sonra həbsindən azad olunması üçün zamanı Rusiyanın dəstəyini əldə edən, xüsusi təyyarə ilə Böyük Britaniyaya aparılan və orada bir necə ay saxlanıldlqdan sonra Azərbaycana gətirilən və burada xüsusi imtiyaz və vəzifələr ilə mükafatlandırlan adam sadəcə ya bir dahidir, ya da ki…. burada növbəti fikri formalaşdırmağı buraxaq oxucunun öz rəyinə.

Həsənov – Məmmədov – Osmanqızı – Xəlilovların Azərbaycan siyasi palitrasında yeri və rolu haqqında

Qurban Məmmədov Avropaya köçdükdən sonra, onun Azərbaycanın müxalif mühacirətinin siması olması qarşılığında Əli Həsənovdan Nərimanov rayonunda M.Nağıyev küçəsi 19/27 ünvanında Atlant inşaat tərəfindən yeni tikilmiş 16 mərtəbəli binada 11 ədəd yeni mənzil və 1 beşmərtəbəli qeyri-yaşayış sahəsi tələb edir. Nəticədə, Qurban Məmmədovun 150 kvadrat metrlik köhnə mənzili sankı “plana salınır” və əvəzinə ümumi sahəsi 1500 kvadrat metr olan mənzillər verilir. Hal-hazırda Qurban Məmmədovun ailə üzvləri və qohumları həmin mənzillərdə yaşayır.

Əli Həsənov – Xəlilov qardaşları – Osmanqızı – Qurban Məmmədov dördlüyü

Bu dördlük Qərb xüsusi xidmət orqanlarının Azərbaycandan gedən “siyasi mühacirlərə” qucaq açması və onları himayəyə götürülməsi üçün nə tələb olunduğunu yaxşı bilirdilər. Əgər ölkə hakimiyyətindən həmin adamlara qarşı təzyiqlər olmasa idi, oyun pozula bilərdi. Bu baxımdan Flexi Communications rəhbəri olmuş Vügar Xəlilov özünü Avropa və Britaniyadakı əlaqələrindən məharətlə istifadə edir. Bununla bağlı olaraq dəfələrlə Əli Həsənovun Xızıdakı evində görüşlər keçirən Vügar və Azər Xəlilovlar qardaşları, Skype vasitəsilə Londonda yaşayan qardaşları Elçin Xəlilov ilə növbəti addımları müəyyənləşdirirlər. Aparılan işlərin uğuru nəticəsində Azər Xəlilova və Vüqar Xəlilova “jurnalistlərin evində” hər birinə 3 otaqlı mənzil verilir. 2015-ci ildə isə Əli Həsənovun təqdimatı ilə Azərbaycan jurnalistikasına heç bir görünən töhfə verməyən Azər Xəlilova Azərbaycanın “Əməkdar jurnalisti” adı təqdim olunur…
Beləliklə öncədən razılaşdırılmış şou başlayır. Əli Həsənov və onun məlum trol ordusu, eyni zamanda Xəlilov qardaşlarının media çevrəsi Sevinc Osmanqızı və Qurban Məmmədovu söyməyə başlayır!

Sosial şəbəkələrin alqoritmi elə qurulub ki, hər hansı bir ictimai fiqura istər yaxşı, istərsə də tənqidi fikirlər yazdığın zaman nəticədə həmin adamın reytinqi daha da çoxalır, və o insanın paylaşımlarını daha çox adam görür.

Əli Həsənovun bu oyununa canfəşanlıqla dəstək verən sadə YAP-çılar xəbərsiz idilər ki, onların əziyyətlə etdiyi trolluq və onlara dövlətə sədaqət kimi təqdim olunan bu xidmət nəticəsində Osmanqızı və Qurban Məmmədovun videolarına daha çox insan baxmış oldu və onların izləyiciləri daha da çoxaldı.

Ən son əldə etdiyimiz məlumata görə Eldar Həsənovun ifadələri əsasında Əli Həsənov istintaqa dəvət edilib və sorğu-suala tutulub. Hazırda Əli Həsənov ilə bağlı materiallar toplanılır və onun həbsinə hazırlıq gedir. Əli Həsənovun isə bu gecə xəstəlik bəhanəsi ilə Azərbaycanı tərk etdiyi bildirilir.

ARDI VAR…
Sakit Məmmədov (konkret.az)



Paylaş:


Müəllif : Tarix:
20-08-2020, 11:17
Sikayət   


loading...
Загрузка...