Müğənnilər “İnstagram”dan nə qədər qazanırlar? - Röya 15 min...
Artıq 5 aydan çoxdur ki, koronavirus infeksiyası ilə əlaqədar dünyada bir çox sahələrdə iş dayanıb. Bu sırada şou-biznes də dayanır. Konsert, el şənlikləri, şou-proqramların olmaması sənət adamlarının gəlirini xeyli azaldıb. Dünyanın müxtəlif yerlərində müğənnilər tək qazanclarının reklam olduğunu gizlətmirlər. Onlar bir çox çarxlarda rol alır, İnstaqram səhifələrində paylaşımlar edib milyonlar qazanırlar. Bunu etiraf etməkdən isə çəkinmirlər. Elə götürək bizə yaxın olan Türkiyəni... Sənətçilər pandemiya ərəfəsində İnstaqram gəlirləri ilə dolandıqlarını gizlətməyiblər. Hətta onlar məbləğləri də açıqlamaqdan çəkinməyiblər: Burcu Esmersoy 8 min, Demet Akalın 20 min, Murad Boz 30 min lirə. Bəs, Azərbaycanda? Məlumdur ki, bizdə sənət adamları milyon yox, ən çox 1000-5000 qazanma şansına malikdirlər.
Axşam.az İnstaqram səhifəsində tez-tez reklam paylaşan ifaçılar arasında araşdırma aparıb. Onların demək olar ki, 95 faizi məbləğ açıqlamayıb.
Xalq artisti Röya Ayxan bu mövzuda ən ürəkli ifaçı olub. Müğənninin köməkçisi bildirib ki, İnstaqramda reklam üçün 15 min manat qiymət qoyublar. Röyanın tələbi isə çəkilişə öz komandası ilə birlikdə getməkdir.
Müğənni Xatirə İslam İnstaqramda ən çox reklam paylaşan sənət adamıdır. Amma sənətçi hər dəfə bunla bağlı sualdan yayınmağa çalışıb. Xatirə paylaşım üçün tələb etdiyi məbləği gizlətməyə üstünlük verib.
Müğənni Gülay Zeynallı da qiymət açıqlamayıb. İfaçı bir onu deyib ki, pandemiyadan əvvəl etdiyi reklam xarakterli paylaşımlar üçün qonorar alıb. Amma indi yalnız məhsul qarşılığında reklam yayımlayır.
Müğənnilər Sevil və Sevinc Səfərovalar da İnstaqramda tez-tez reklam məzmunlu paylaşım edirlər. Bacılar qiymət demək istəmədiklərini söyləyiblər. Onlar bildirib ki, səhifələri reklam şirkətinin ixtiyarına verilib:
"Buna görə də məbləği demək düzgün deyil. Biz bir qiymət deyərik, onlar müştəriyə başqa məbləğ söyləyərlər. Bu da arada narazıçılıq yaradar".
Müğənni Nadir Qafarzadə isə İnstaqramından heç pul qazanmadığını deyib. O bildirib ki, bütün paylaşımları ödəniş almadan edir. "Nə edim, ürəyiyumşağam. Kim yazıb nəsə istəyirsə, paylaşıram" deyə, Nadir əlavə edib.
Müğənni Ceyhun Əliyev isə pandemiyadan əvvəl İnstaqramından yaxşı pul qazandığını etiraf edib. O bildirib ki, indiyənə kimi sosial şəbəkə ona ümumilikdə, 5860 manat qazandırıb.
Müğənni Sevda Yahyayeva hər zamankı kimi qiymət açıqlamaqdan qaçıb. Sənətçi "İnstaqramdan gəlir əldə etmək mümkündür. Amma deyilən 10-15 min manat Azərbaycan bazarı üçün real qiymət deyil" deyə, söyləyib.
Müğənni Elvin Abdullayev isə heç vaxt İnstaqramda ödənişli reklam yerləşdirmədiyini söyləyib. O deyib ki, reklam təklifləri alsa da, səhifəsini bazara çevirməyi düşünmür. "Karantində də heç bir gəlirim olmayıb. Amma yenə də İnstaqramda reklam götürməmişəm" deyə, Elvin əlavə edib.
Müğənni Günay İbrahimli də İnstaqram hesabında paylaşdığı reklamların qiymətini açıqlamayıb. O bildirib ki, bu iş sirridir.
Rəqqasə Fatimə Fətəliyeva bildirib ki, pandemiyadan əvvəl də, sonra da İnstaqramda paylaşımlar edib. O bildirib ki, sosial şəbəkə progilində bir paylaşım 500 manatdır. Bu qiymət məhsula görə dəyişə bilər. Bəzən isə məhsul hədiyyə göndərilir və bunun qarşılığında sənətçi paylaşım edir.
Müğənni Nigar Camal da İnstaqramda reklam qiymətlərini açıqlamaqdan çəkinməyib. Sənətçi bir fotonu 1500 manata paylaşır. Əgər video çəkiliş istənsə, qiymət 5 min manata qalxır.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-08-2020, 23:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:14-08-2020, 23:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01