PEYVƏND UĞRUNDA MÜBARİZƏ KƏSKİNLƏŞİR... - “Əgər Çin peyvəndi ABŞ-dan və Rusiyadan daha tez əldə edərsə...”
“Covid-19” virusuna qarşı hazırlanacaq peyvənd dünya gündəminin əsas mövzusudur. Hələlik elmi mərkəzlər və farmakoloji şirkətlər araşdırma ilə məşğuldurlar, siyasətçilər isə peyvəndin əldə olunmasını milli və beynəlxalq səviyyədə təzyiq vasitəsi kimi istifadə etməyə başlayıblar.
ABŞ-da Donald Tramp hökuməti “Operation Warp Speed”-i işə salıblar və buradakı başlıca məqsəd oktyabradək peyvəndin hazır olunmasıdır. Amma indi onlar planlaşdırılan müddəti bir qədər uzadıblar və Tramp iddia edir ki, ilin sonuna kimi bir neçə milyon dozalıq peyvənd ölkə səhiyyəsinin ixtiyarına veriləcək.
Rusiya da oktyabr ayından kütləvi peyvəndin tətbiqinə hazırlaşır. Çox böyük ehtimalla Çin də bu işlərdə xeyli irəliləyişlər əldə edib. Buna baxmayaraq, ictimai quruluşlar qabaqcıl ölkələri öz sınaqlarını etibarlı üsullarla aprmamaqda günahlandırırlar.
“Uppsala Universiteti”nin iqtisadiyyat professoru Lars Maqnusson məsələ ilə əlaqədar deyib: ”Koronovirusa qarşı peyvənd tamamilə yeni məhsuldur və qlobal miqyasda hakimiyyət uğrunda mübarizədə istifadə olunur”.
Peyvəndi ən tez hansı ölkə hazırlayarsa, o ölkənin nüfuzu qalxacaq
L.Maqnusson daha sonra bildirib: ”Hazır peyvənd nəinki ölkə hakimiyyətlərinin milli səviyyədəki nüfuzunu qaldıracaq, eyni zamanda da qlobal geosiyasi sferada ona üstünlük verəcək. Amerika qarşısında öz nailiyyətləri ilə parlmaq istəyən çinlilər üçün bu, böyük məna daşıyır. Siyasi mühiti parçalanmış vəziyyətdə olan ABŞ-dan fərqli olaraq, Çin daha mütəşəkkildir. Əgər Çin peyvəndi ABŞ-dan və Rusiyadan daha tez əldə edərlərsə, bu, geosiyasi balansı onlara tərəf sürüşdürəcək”.
Əgər Çin peyvəndin paylanmasını həyata keçirərək, digər ölkələrə qarşı xoş məram nümayiş etdirərsə, o zaman bu ölkənin qlobal statusu xeyli yüksələr. İndi ABŞ ilk növbədə öz farmakoloji şirkətlərini “yemləməklə” məşğul olduğu bir vaxtda Çin Afrikaya təmənnasız peyvənd göndərmək arzusunu ifadə etməklə xeyirxah dövlət obrazını gücləndirmiş olacaq.
Maqnusson “peyvənd yarışını” kimin birinci olaraq kosmosa və ya Aya uçuş ilə müqayisə edib. O, deyib: ”1950-ci illərdə SSRİ-nin “Sputnik” süni peyki onlara böyük nüfuz qazandırmışıdı. Mən belə düşünürəm ki, peyvəndi ən tez hansı ölkə hazırlayarsa, bu, insanın kosmosa uçuşundakı kimi, həmin ölkənin nüfuzunu qaldıracaq”
ABŞ-da farmakaloji şirkətlərə güclü təzyiqlər edilir
Məsələn, ABŞ-da farmakaloji şirkətlər peyvəndin mümkün qədər tez hazırlanmasını tələb edən siyasətçilərin güclü təzyiqləriylə üzləşirlər.
“London Universiteti”nin klinik mikrobioloqu Farşid Calavand deyir: ”Əgər ümumi yekunda işlər yolunda getməsə, məhz faramakoloji şirkətlər məsuliyyət daşıyacaq. Ona görə də onlar çox ehtiyatlı davaranırlar. Avropa Birliyi və ABŞ-ın farmakologiya sənayesinin səviyyəsi çox yüksəkdir və buna görə də nə zamansa peyvənd bazara çıxsa, o, təhlküəsiz olacaq. Elə ölkələr var ki, kənardan edilən təzyiqlər nəticəsində onların hazırladıqları peyvəndələr istənilən keyfiyyətdə olmaya bilər. Mən peyvəndlə ehtiyatlı olardım.”
Risklər var
Rəsmi məlumata görə, Rusiyada hazırlanan peyvənd hələlik yalnız 76 könüllü üzərində sınaqdan keçirilib.
İsveçin “Karolinq Tibb İnstitutu”nun peyvənd üzrə laboratoriyasnın professoru Matti Sellberq isə bildirirb: ”Əlbəttə, siyasətçilərin açıq şəkildə peyvənd vəd etməsi çox risklidir. Siyasətçilər peyvəndin müəyyən bir zamandan sonra hazır olmasını vacib saya bilərlər. Lakin əgər təhlükəsiz peyvənd almaq istəyirsənsə, onda gərək dözümün olsun”.
Peyvənd uğrunda mübarizə
Avropa: Avropa Birliyi peyvənd hazırlanmasıyla bağlı üzv ölkələr arasında iş bölgüsü aparıb. Hələlik peyvəndin nə vaxt hazır olacağı barəsində hər hansı vəd yoxdur.
Amma təcrübə-sınaq işlərinin aparılması üzrə isçeçli koordinator Rixard Berqstryöm bildirmişdi ki, gələn ilin əvvəlində AB-də müəyyən sayda peyvənd hazır olacaq.
”AstraZeneca”(Britaniya-İsveç farmakalogiya şirkəti) bildirib ki, bu ilin sonunda onlar 10 milyon dozalıq peyvəndi hazır edəcəklər, Avropa Birliyi bu şirkətlə 400 milyon doza hazırlanmasıyla bağlı müqavilə imzalayıb.
ABŞ: Prezident Donald Tramp bəyan edib ki, ”Operation Warp Speed” planına şəxsən cavabdehdir. Öncədən deyilmişdi ki, peyvənd oktyabrda hazır olmalıdır, lakin indi bildirirlər ki, yüz milyon peyvənd bu ilin sonuna, maksimum 2021-ci ilin əvvəllərinə kimi hazır olacaq.
Çin: Peyvəndin hazırlanması məsələsində Çin çox irəliyə gedib. Ancaq onların farmakoloji şirkətlərinın avropalılar və amerikalılardan fərqli olaraq, dünya üzrə xəstəxanalarla sıx əlaqləri yoxdur.
Rusiya: Rusiya deyib ki, plan üzrə kütləvi peyvəndləşməni oktyabr ayında başlayacaq. Bu ölkəni cəmi 76 nəfər üzərində sınaq aparmaqda ittiham edirlər. Həmçinin məlumat verilir ki, rusiyalı xakerlər peyvənd barəsindəki informasıyaları oğurlamağa cəhd göstəriblər.
Böyük Britaniya: Britaniyanın Səhiyyə naziri Matt Hankok bildirib ki,onun ölkəsi ən yaxşı halda milad bayramına kimi peyvənd əldə edə biləcək. Böyük Britaniya 100 milyon dozalıq peyvənd alınmasıyla bağlı “AstraZeneca”, 90 milyon doza ilə bağlı isə daha iki şirkətlə müqavilə imzalayıb.
“Aftonbladet”-İsveç
Paylaş:
Müəllif : Fuad
Tarix:9-08-2020, 17:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:9-08-2020, 17:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01