MÜTLƏQ OXUYUN: İnfarkt riskini artıran SƏBƏBLƏR
Tütün məhsullarından istifadə etmənin, piylənmənin və idmanla məşğul olmamanın infarkt keçirmə riskini artırdığını bir çoxumuz bilirik.
regionxeberlericom.az metbuat.az-a istinadən xəbər verir ki, amma heç eşitmədiyiniz və bilmədiyiniz başqa faktorlar da var. Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə, ürək-damar xəstəlikləri dünya miqyasında ən başlıca ölüm səbəblərindən biridir.
Gülməli səslənsə də ürək-damar xəstəlikləri riskini artıran səbəblərdən biri iş yerində müdirinizdən nifrət etməkdir. İsveçdə hər 10 ildə bir edilən araşdırmaya görə, iş yerində rəhbərliklə münasibətlərin pis olması insanların 40 faizində infarkt riskini artırır. Amerikanın Orlando şəhərindəki Ürək Sağlamlığı İnstitundan kardeoloq Vijay Kumar "Ürək xəstəlikləri iş yerlərindəki stres səviyyəsi ilə arta bilər" deyə bildirib. Qeyri-sağlam qidalanma və yuxusuzluq kimi risk faktorları ilə bir araya gəldikdə ürək-damar narahatlığı riski daha da artır.
Bir araşdırmaya görə, daha az sosial münasibəti olan insanların ürək xəstəliyi yaşama riski 29 faiz, infarkt keçirmə riski isə 32 faiz artır. Bunun səbəblərindən birinin yalnızlığın stresli ola bilməsi və yalnız insanların ətrafında hislərini tənzimləyən heç kimin olmamasının ola biləcəyi bildirilir.
Oksford Universitetində 2014-cü ildə edilən araşdırmada 700 mindən çox qadın səkkiz il müddətincə izlənilib. Həyat yoldaşı olan qadınların yalnız yaşayan qadınlara nisbətən infarktdan ölmə riskinin 28 faiz daha az olduğu müşahidə olunub.
Amerikan Ürək Təşkilatı ölkədəki ürək xəstələrinin 33 faizində depressiya ola biləcəyini bildirib. Mütəxəssislər psixoloji problemləri olan insanların sağlam qərarlar verməkdə çətinlik çəkdiyini də bildirib.
Paylaş:
Müəllif : Redaktor
Tarix:6-03-2019, 00:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:6-03-2019, 00:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01