Azərbaycanda siqaretin qiymətini kimlər qaldırır?
Bir neçə gündür ki, Azərbaycanda siqaret və digər tütün məmulatlarının qiymətinin 15 faiz artması gözlənilirdi. Artıq bahalaşma ilə bağlı ilkin xəbərlər yayılıb. Belə ki, iyulun 2-dən siqaret və digər tütün məlumatlarının qiyməti 10 qəpik bahalaşıb. Digər siqaretlərin hətta 30-40 qəpik bahalaşacağı istisna edilmir.
Satıcılar bildirir ki, bu, topdansatış məntəqələrindəki yeni qiymətlərlə bağlıdır. Onlar qiymətə artım etdikləri üçün iyulun 2-dən bütün siqaretlər 10 qəpik bahalaşıb. Hətta bəzi market və mağazalarda siqaretin satışı məhdudlaşdırılıb ki, qiymət artımı baş tutduqdan sonra daha baha qiymətə bazara çıxarılsın.
Siqaret idxalçıları bahalaşmanın səbəbini aksiz dərəcələrinin artması ilə izah etsələr də, qeyd edək ki, bu bir yenilik deyil və yanvar ayından etibarən tətbiq olunan artımın nəticələrinin indi meydana çıxması məntiqli görünmür.
Tütün məhsullarının bahalaşmasını Azərbaycanda fəaliyyət göstərən beynəlxalq tütün məmulatlarının istehsalçısı olan şirkət “APA-Economics”ə açıqlamasında belə izah edib: “Birinci səbəb - ölkədə bu ilin əvvəlindən aksiz vergisinin artırılmasıdır. Bildiyiniz kimi, daxili istehsal üçün aksiz dərəcəsi siqaretlərin hər 1 000 ədədi üçün 20 manatdan 31 manata, idxal olunan siqaretlər üçün isə hər 1 000 ədədi üçün 28 manatdan 39 manata qaldırılıb. Yəni 20 manat olduğu təqdirdə, hər qutuya düşən aksizin yükü 0,40 manat təşkil edirdi. Əlavə olaraq 11 manat artırılandan sonra isə hər qutuya düşən aksizin qiyməti əlavə 0,22 manat artaraq 0,62 manata çatdırılıb. İstehsalçılar qiyməti 0,10 manat qaldırıblar, halbuki hər qutuya düşən aksizin qiyməti 0,22 manat artırılıb. Yəni faktiki olaraq 0,12 manatı şirkətlər öz üzərinə götürüb”. Şirkətdən bildirilib ki, az məbləğdə bahalaşmaya gedilməsinin səbəbi isə qaçaqmalçılıqla mübarizədir. Çünki qiymət kəskin artanda onun yerini qaçaq yolla gətirilən siqaretlər tutur.
İqtisadçı ekspert Natiq Cəfərli də “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu dövlətin aldığı qərarla bağlı deyil: “Yanvar ayının əvvəlində dövlət tərəfindən qərar verildi və fevral ayında tətbiq olunmağa başlanıldı. Müəyyən aksiz dərəcələri, vergi ödəmələri artırılmışdı. Bu da qiymətlərə təsir etmişdi. Sadəcə, Azərbaycanda indiki vəziyyətdə bazara nəzarət edən şirkətlərin sayı kifayət qədər azdır. Rəqabətli mühit yoxdur deyə, bazarın əsas oyunçuları istənilən vaxt qiymətlərdə dəyişikliklər edə bilirlər. Bunun üçün hər hansı qərara, müzakirəyə ehtiyac duymurlar. Çünki qiymətlər dövlət tərəfindən tənzimlənmir. Bazar oyunçularının sayı az olduqda istənilən addımların atılması üçün münbit şərait yaranır.
İndi Azərbaycanda tütün məmulatlarını istehsal edən və satışı ilə məşğul olan şirkətlərin əsas tezisi ondan ibarətdir ki, dünyada sərhədlər bağlıdır, logistika bahalaşıb, yükdaşımalar azalıb. İstehsal olunan siqaretin ölkəyə gətirilməsi daha baha başa gəlir. Bu haqlı səbəb ola bilər. Bəzi hallarda sərhədlərin çətinliklə keçilməsi, sürücülərin karantinə alınması logistika xərclərini də artırıb. Ancaq bu xərclər o qədər çox deyil ki, hər qutunun üzərinə müəyyən məbləğ əlavə olunsun. Rəqabətsiz mühit olduğu üçün istehsalçı və satış şirkətləri rahat hərəkət edə bilirlər. Sosial məsələ olmadığı üçün insanların böyük əksəriyyəti tərəfindən qiymət artımına kəskin reaksiya olmur. Ona görə də daha rahat davrana bilirlər".
Cəfərli vurğuladı ki, bu cür artımlar qaçaqmalçılığı tətikləyə bilər: “Ancaq istehsalçılar və satışı ilə məşğul olan şəxslər bir məsələni heç zaman diqqətdən qaçırmamalıdırlar ki, tütün məmulatlarının qiyməti kəskin bahalaşarsa, proses davamlı olarsa, ətraf ölkələrdə olan qiymət nəzərə alınmazsa, bu, qaçaqmalçılığı artıra bilər. Qeyri-leqal yollarla ölkəyə gətiriləcək tütün və tütün məmulatlarının həcmini artıracaq. Bunun qarşısını almaq çox çətin olacaq. Ona görə də dövlət büdcəsi bundan ziyan görəcək, kölgə iqtisadiyyatı isə daha da artacaq. Bu sahədə qiymət artımı düşünülmüş şəkildə aparılmalıdır. Qonşu ölkələrdəki qiymət siyasəti də nəzərə alınmaqla bu məsələyə baxılmalıdır”.
İqtisadçı ekspert Rəşad Həsənov isə “Yeni Müsavat”a danışarkən bildirdi ki, böyük ehtimalla qiymət artımı dünya bazarında tütünün qiymətinin artmasından və istehsal olunan tütün məmulatlarının maya dəyərinin yüksəlməsindən qaynaqlanır: “Pandemiya ilə bağlı nəqliyyat xərcləri də əvvəlki dövrlə müqayisədə xeyli yüksəlib. Həm vaxt baxımından, həm də ki, xərclərin artması baxımından maya dəyəri artıb. Ola bilər ki, bu faktorlar qiymət artımı ilə bağlı şirkətlərin qəbul etdiyi qərara təsir göstərib. Logistik xərclərin artması hazırda əksər sahələrdə müşahidə olunur”.
İqtisadçı onu da vurğuladı ki, tütün məhsulları sahəsində Azərbaycan bazarı rəqabətli bazar deyil, inhisarçılar var: “Tütün məmulatları hər zaman inhisarçılar tərəfindən qiymətin diktə olunduğu bazar olub. Dövlətin çox da marağında deyil. Bunu belə əsaslandırırlar ki, bu, insanların sağlamlığına zərərlidir, hətta belə nəzəriyyələr də var ki, qiymət artımı tütündən istifadəni azalda bilər. Ümumdünya Səhiyyə Təşkilatının da belə bir yanaşması var idi. Ola bilər ki, bu kimi faktorlar tütün bazarına dövlət diqqətinin az olmasına və inhisarçıların rahat şəkildə istədikləri formada qiymət siyasəti həyata keçirməsinə şərait yaradır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-07-2020, 09:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:3-07-2020, 09:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01