RYAZAN OLİQARXININ AİLƏ ÜZVLƏRİNİN CİNAYƏT ƏMƏLLƏRİ İLƏ BAĞLI QALMAQAL – VİDEO !
Mətbuatda bu yaxınlarda Bakının mərkəzində baş vermiş uşaq oğurluğu ilə bağlı məsələ səngimir. Törədilən xüsusilə ağır cinayət əməlinin ardınca bir çox ictimai şəxslər çıxışlar edərək öz fikirlərini bildiriblər və bu cinayət əməlinin cəzasız qalmamasını önə çəkiblər. Diqqətinizə bir daha həmin cinayətin videoyazısını çatdırmaq istərdik.
Redaksiyamıza bu ağır cinayətlərin nəticəsində az ağır xəsarətlər almış təqaüdçü Kamilə Bəşirova müraciət etmiş və məsələyə münasibət bildirərək ictimaiyyətin diqqətini bu məsələyə cəlb olunmasını istəyib. Kamilə Bəşirova deyir: “Xaricdə yaşayaraq, arxasını antimilli qüvvələrə dayamaq və Azərbaycanı vurmaq bir çoxları üçün adətə çevrilib. Sosial şəbəkələrdəki çıxışları ilə özünü “həqiqət carçısı” kimi təqdim edən Aslan İsmayılov az qala bütün məsələlərə münasibət bildirir. Baxşıyevlər ailəsinin mütəşəkkil planı və muzdluların köməyi ilə “Koala” parkdan uşağın yaxın qohumu olmayan xalası Baxşıyeva Diana tərəfindən oğurlanan 3 yaşlı Mirayın taleyi də İsmayılovu güya maraqlandırır. O, Kanal 13-ə müsahibəsində birdən-birə bu məsələni ortalığa atır. Halbuki, ondan müsahibə alan jurnalistin verdiyi suallar tamam başqa səpkidədir. Düşünmək olar ki, vəkillikdən çıxarılan şəxs balaca Mirayın taleyinə biganə qalmaq istəmir. Amma yox, bu heç də insani borc məsələsi deyil. Aslan İsmayılovun hədəfi yenə də Azərbaycan hakimiyyətidir. O, məsum körpənin taleyini öz siyasi oyunlarında alətə çevirir. Aslan İsmayılov deyib ki, Prezidentin köməkçisi Fuad Ələskərov və ədliyyə naziri Fikrət Məmmədov Çingiz Bəşirova bu məsələdə himayədarlıq edirlər. Halbuki, məhz adı çəkilən şəxslər 1990-ci ildən 2000-ci ilədək, yəni 10 il ərzində qüsursuz işləmiş və hakimlik testlərində ən yüksək bal toplamış, fəlsəfə doktoru Çingiz Bəşirovu, qat-qat aşağı olan Abşeron rayon məhkəməsinin sədri vəzifəsinə göndərilməsi barədə təklif veriblər. Onu da qeyd etmək lazımdır ki, Çingiz Bəşirov onlardan qabaq yüksək vəzifələrdə işləmişdir. Həmin şəxslər yüksək vəzifələrə sahib olduqdan sonra isə Çingiz Bəşirovu aşağı vəzifəyə təyin ediblər. Bundan başqa, Çingiz Bəşirovun ailə üzvlərinə günün günorta vaxtı azyaşlı uşaqların və onların valıdeynlərinin gözləri qabağında ağır cinayətlər törədilib. Prokurorluq və polis organları isə Ryazan oliqarxının ailəsinin cinayət əməllərini 4 ay ərzində ört-basdır etmək ilə məşğuldurlar. Bəs nə üçün həmin şəxslər bu haqsızlığı görə görə susullar? Belə də himayadarlıq olar? Heç kim inkar etmir ki, Çingiz Bəşirov, necə ki başqaları ilə, eləcədə həmin şəxslərlə birgə işləyib. Lakin o demək deyil ki, onlar buna görə ona himayədarlıq edirlər. Ona qalsa Aslan İsmayılov özü də əvvəllər Respublika Prokurorluğunda Fikrət Məmmədovla birgə işləyib.”
Kamilə Bəşirova deyir ki, Aslan İsmayılov bir az da irəli gedərək özünü tam ifşa edir. Onun sözlərinə görə Çingiz Bəşirov evdəki otaqlarına kameralar quraşdırıb və indi həmin videoları yayır. Birincisi, bu kameralar Çingiz Bəşirov yaşayan mənzildə yox, Mirayın anası Bəşirova Samirənin yaşadığı mənzildə, onun öz istəyi ilə quraşdırılıb. Bu da ona görə edilib ki, Miraya doğulduğu gündən Bəşirova Samirənin əvəzinə sutkanın 24 saatı dayə baxıb. Kameralar da dayənin uşaqla davranışını izləmək məqsədilə quraşdırılıb. Çingiz Bəşirovun yaşadığı mənzildə isə heç bir kamera yoxdur. İkincisi, videoyazıları Çingiz Bəşirov deyil, başqa şəxslər paylaşıblar. Üçünçüsu, Bəşirova Samirə 2 yaş yarımlıq uşağı heç nədən vurmasaydi və Mirayın yanında ərini nalayiq sözlərlə söyməsəydi, nəyi paylaşmaq olardı?
Kamilə Bəşirova Aslan İsmayılovun növbəti yalanı isə məhkəmə prosesi ilə bağlı olduğunu deyir: “güya Mirayın atası Tamerlanın vəkili məhkəmədə Bəşirova Samirəni təhqir edib. O, bunu haradan bilir? Bəlkə Aslan İsmayılov qapalı keçirilmiş məhkəmə iclasında iştirak edib? O, bunu Bəşirova Samirənin sözlərindən deyir. O qadının sözlərindən ki, hansıki öz video müraciətində 34 saniyə ərzində utanmadan üç dəfə ağ yalan danışıb. Hazırda paylaşmış videoyazı ilə Bəşirova Samirənin ölkənin rəhbərlərinə ünvanlanmış müraciətinin videoyazısını müqayisə etməklə asanlıqla bunu dərk etmək olar.
Aslan İsmayılov deyir ki, Real TV güya boşanmaqdan və uşağın kimin ilə qalmasından veriliş verib. Bunu da o, vətəndaşları azdırmaq üçün edir. Çünki, həmin reportaj bu məsələyə deyil, günün günorta çağı azyaşlı uşaqların və onların valideynlərinin istirahət etdikləri “Koala” parkda muzdluların köməyi ilə Ryazan oliqarxı Baxşiyev Səxavatın ailə üzvləri tərəfindən qərəzli xuliqanlıq, zor tədbiq etməklə özbaşınalıq, uşaq oğurluğu törədilməsindən, Tamerlanın heç bir təqsiri olmayan yaşlı anasına, yəni mənə az ağır xəsarətlər yetirilməsindən bəhs edilirdi. Həmin verilişdə haqlı olaraq məsələ qoyulmuşdur ki, hansı səbəblərə görə hüquq-mühafizə orqanları bütün qanunları kobud sürətdə pozaraq dərhal cinayət işini başlamaq əvəzinə 4 ay ərzində bunu etmirlər və ağır cinayətlər törətmiş Rusiya vətəndaşlarını məsuliyyətə cəlb etmirlər? Məgər qanun hamı üçün qanun deyil?”
Kamilə Bəşirova söyləyir: “Aslan İsmayılov deyir ki, uşaq ölkənin rəhbərlərindən birisinin göstərişi əsasında anasına qaytarılıb. Görəsən o, bunu nəyin əsasında deyir? Bu barədə həmin rəhbərin hansısa bir çıxışı olub? Yaxud sənəd var? Və ya heç olmasa bir vəzifəli şəxs bunu təsdiqləyib? Sabah hansısa bir dəli deyəcək ki, güya respublikanın rəhbər şəxslərindən biri cinayətkarları da məsuliyyətdən azad etməyə göstəriş verib. Deməli Aslan İsmayılov onu da təkrər etməlidir? Ölkədə bir adam tapılmaz ki, bu cür uydurmaya inansın. Və nahayət əgər onda belə göstərişin sübutu varsa, qoy onu təqdim etsin kütləvi informasiya vasitələrinə. Yox, əgər bunlar boş sözlərdisə, onda yaxşı olardı ki, desin ki, bu göstərişi Yaponiyanın İmperatoru yaxud Bruneyin Sultanı verib.”
“Aslan İsmayılov yazır ki, respublikada tanınmış vəkillərdən biri olan Muxtar Mustafayev Fikrət Məmmədovun vəkilxanasının rəhbərlərindən biridir. O, hüquqşünas və keçmiş vəkil olaraq məgər bilmir ki, Vəkillər kollegiyası müstəqil qurumdur və onun ədliyyə nazirinə tabeçiliyi yoxdur? Vəkillər müxalifətdə olan şəxsləri də müdafiə edirlər. Onlara buna görə heç kim bir söz də demir.” – Kamilə Bəşirova qeyd edir.
Kamilə Bəşirova Aslan İsmayılovun bu məsələdə nəyə görə çıxış etməsinin gün kimi aydın olduğunu deyir: “O, özü etiraf edir ki, Bəşirova Samirənin Ryazan oliqarxı olan atası Səxavat Baxşiyev onunla görüşə gəlib. Burada Üzeyir Hacıbəyovun ölməz əsəri olan “O olmasın, bu olsun” filmindən Rza bəyin sözləri yada düşür: “Məşədi 50 manat ver Rüstəm bəyi qəzetimdə biabır edim”. Stavropol diyarında hakim, Respublika Prokurorluğunda idarə prokuroru işləmiş, nəhayət vəkil olmuş Aslan İsmayılov qərəzli xuliqanlıq, zor tədbiq etməklə özbaşınalıq, az ağır xəsarətlər yetirilməsi, uşaq oğurluğu və insanların qanunsuz izlənməsi kimi cinayətlərin məsuliyyətini yaxşı bilir. Cinayət hadisəsinin videoyazısına baxanda yəni o, “Koala” parkda törədilmiş cinayət əməllərinə hüquqi qiymət verə bilmirdi? O ki, bu cür cinayət işlərinin baxılmasında dəfələrlə iştirak edib.”
Kamilə Bəşirova yenə də Aslan İsmayılovun sitatını gətirərək söyləyir. Aslan İsmayılov deyir ki, Baxşiyev Səxavat ona bildirib ki, “o, bütün hədləri keçmək istəmir, ancaq, əgər ölkə qanunları tapdalanmaqda davam edərsə keçə də bilər”. Buradan belə qənaətə gəlmək olar ki, o, növbəti dəfə cinayət yollarına əl ata bilər. Əvvəla Baxşiyev Səxavatın qızı hələ 3 ay əvvəl sosial şəbəkələrdə yalan məlumatlar yayaraq, birinci olaraq ailə münasibətləri ictimailəşdirib. İkincisi, Ryazan oliqarxının ailə üzvləri onun pulları və muzdluların köməyi ilə günün günorta çağı cinayət əməlləri törətməklə və günahsız Kamilə Bəşirovaya az ağır xəsarətlər yetirməklə bütün hədləri keçiblər. Ücüncüsi, o nəyə işarə edir? Aslan İsmayılov da hüquqşünas ola ola Ryazan oliqarxının hədələrini media vasitəsi ilə Bəşirovlar ailəsinə çatdırır. Bəlkə növbəti dəfə killer tutub Bəşirovlar ailəsini öldürtdürəcəyinə işarə edir? Rusiya vətəndaşı olan Baxşiyev Səxavat bilsin ki, Azərbaycanda belə şeylər keçmir və ondan qorxan yoxdur. O, özü Azərbaycan qanunlarının gücündən qorxmalıdır – deyə Kamilə Bəşirova söyləyir.
Sonda bir də oxuculara xatırlatmaq istəyirik ki, məsələ uşağın hansı valideyn ilə qalmasından getmir. Bu onların özlərinin və məhkəmənin işidir. Söhbət ondan gedir ki, azyaşlı uşaqlar gəzən məkanda cinayət hadisəsi baş verib. Bu cinayətlərinin törədilməsinin videoyazısına bir milyon 500 minə yaxın insan baxıb. Həmin vaxtdan da 4 ay keçib. Buna baxmayaraq, cinayətləri törətmiş şəxslər hələ də məsuliyyətə cəlb olunmayıblar. Nə üçün hüquq-mühafizə orqanları öz vəzifələrini yerinə yetirmirlər? Əgər Rusiyada Azərbaycan vətəndaşları bu cür cinayət əməlləri törətsəydilər onları həmin gün həbs edərdilər və bütün Rusiya telekanallarında gedən tok-şoularda bunu azı bir həftə müzakirə edərdilər. Düz də edərdilər! Çünki hər bir cinayətkar öz cəzasını almalıdır!
Ümid edirik ki, Mirayın oğurlanması ilə bağlı törədilən cinayətlərin nəticəsi də tezliklə ədalət tərəzisinin haqq gözündə olacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-06-2020, 19:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:23-06-2020, 19:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01