Müğənnilərin toy qiyməti iqtisadçını özündən çıxardı - Bu, xuliqanlıqdır (VİDEO)
“İqtisadi, psixoloji və göstərişli nöqteyi-nəzərdən toy biznesini “istehlak xuliqanlığı” adlandırmışam”.
Bu sözləri iqtisad elmləri doktoru, professor Zahid Məmmədov “Xəzər” televiziyasında yayımlanan “5/5” axşam şousunda qonaq olarkən deyib.
O, insanların təhsilə deyil, toylara 10 minlərlə manat xərcləmələrini məntiqsiz hesab edərək, etirazını bildirib:
“Müğənniləri səsi ilə deyil, başqa fəaliyyətləri ilə gündəmdə saxlayanda, toy məclisində onu “qəhrəman”a çevirirlər. Beləliklə, həmin müğənninin toy qiymətinin indeksində artım olur.
İnsanlar gəlirlərinin çox hissəsini “toy biznesi”nə sərf edirlər. Bir şəxs təhsilinə 1000 manat pul xərcləməkdən imtina edir, lakin 3-4 saat heç bir fəaliyyəti olmayan müğənniyə 10 min manat pul verə bilir. Bu, hansı məntiqə sığır? Bu, irrasional düşüncənin göstəricisidir”.
Proqramın aparıcısı Zaur Kamalın “Oğlunuz sizə 10 min manatlıq müğənnini toyuna çağırmaq istədiyini bildirsə, bunu etməzsiniz?” sualına Z.Məmmədov “Oğlum heç vaxt belə bir şey deməz” cavabını verib.
Daha sonra Z.Məmmədov müğənnilərin hansısa qurumun solisti olduğu halda, el şənliklərində iştirakının yolverilməz olduğunu söyləyib:
“Müğənni deyir ki, ciddi bir qurumun solistiyəm. Sonra da həmin ifaçının toyda çıxışının şahidi olursan. Bu kimi məqamla ilk dəfə Azərbaycanda rastlaşmışam. Dünyanın heç bir ölkəsində belə şey yoxdur. Əgər bir müğənni hansısa qurumun solistidirsə, onun əmək kitabçası olur. Belə olan halda o, sahibkarlıqla məşğul ola bilməz. Bu, qadağandır”.
Aparıcının “Müğənni solist olduğu qurumdan yüksək məvacib almadığından el şənliklərinə getməyə məcburdur” sözlərinə iqtisad elmləri doktoru “O zaman həmin sənətçi solist olduğu qurumdan çıxacaq, onun yerinə başqa bir ifaçı gələcək” deyərək, fikrini tamamlayıb.
Verilişin gedişatında müğənnilərin toy qiymətlərinin siyahısının təqdim olunması professoru özündən çıxarıb.
“Bu, hansı birjada müəyyənləşib? Bu, çox böyük riskdir. Yüksək məbləğə toya gedən ifaçı qazandığı qonorarın mütləq şəkildə vergisini ödəməlidir. Məsələn, türkiyəli müğənninin geyimlərinin dəyəri ilə dövlətə ödədiyi vergidə uyğunsuzluq aşkar edilib. Bu səbəbdən müğənniyə cinayət işi açılıb. Müğənni gəlirinə uyğun vergi ödəməlidir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-06-2020, 13:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:10-06-2020, 13:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11