“İNDİ QORXMADAN DEYİRƏM Kİ, PARTİYA ZƏBT OLUNUB!” – “Əli Əhmədov xoşu gələni vəzifəyə qoyur...”
"Əgər o adamlar Mütəllibovun və ya Xalq Cəbhəsinin dövründə işləyib satqınlıq ediblərsə, indi də edəcəklər...”
Nazir müavinindən tutmuş icra başçılarına qədər müxtəlif ranqlı məmurların həbsi, bir nazirin istefaya göndərilməsi və bu məmurların korrupsiya əməllərinin miqyasına dair üzə çıxarılan faktlar haqlı olaraq, nəzərlərin hakim Yeni Azərbaycan Partiyasına (YAP) yönəlməsinə əsas yaradıb. Çünki bu adamların əksəriyyəti hakim partiyanın üzvləridir. İndi tez-tez sual olunur ki, belə talançı, vicdansız insanlar hakim partiyanın sıralarına və böyük vəzifələrə necə yol tapıblar. Bunları irəli verənlər kimlər olub?
İdarəetmədəki bu neqativ halların üzə çıxarılan miqyası artıq yalnız sadə, sıravi vətəndaşları deyil, hakim partiyaya xüsusi bağlılığı ilə seçilən, onun yaradıcıları sırasında olan tanınmış YAP-çıları da açıq danışmağa, kəskin tənqid söyləməyə vadar edib.
“AzPolitika.info” xəbər verir ki, YAP-ın qurucularından biri, partiya Siyasi Şurasının sabiq üzvü, əməkdar elm xadimi, professor Əli Əlirzayev "pressklub.az" saytına verdiyi müsahibəsində hakim partiyadakı idarəçiliyi çox kəskin şəkildə tənqid edib və müəyyən dərəcədə hazırkı vəziyyətin yaranmasında günahkar olanların çevrəsini cızmış olub.
Qocaman YAP-çı partiyada və icra orqanlarında yaranan durumu “dəhşət” sözü ilə xarakterizə edib: “Ən pisi odur ki, korrupsiya ilə məşğul olub tutulan icra başçıları həm də bizim əzab-əziyyətlə qurduğumuz Yeni Azərbaycan Partiyasını təmsil edən məmurlardır. Bu, dəhşətdir!...”
“O adamlar Mütəllibovun və ya Xalq Cəbhəsinin dövründə işləyib satqınlıq ediblərsə...”
Bununla yanaşı, Ə.Əlirzayev iddia edir ki, partiyanın bugünkü vəziyyətə düşməsi YAP-ın az qala “kənar ünsürlər”in əlinə keçməsindən qaynaqlanır: “YAP-ın qurucuları bu saat partiyadan kənardadırlar, amma sonradan gələnlər indi də vəzifə başındadır. Halbuki onlar YAP-ın üzvlüyünə qəbul ediləndə də, səlahiyyət veriləndə də, sovet hökumətinin vaxtında olduğu kimi, düzgün yoxlanılmalı idilər. Amma birdən-birə gəlib partiyaya üzv olmaq üçün ərizə yazıblar və dərhal yüksək vəzifəyə təyin olunublar. Adamlar var ki, 2002-ci ildə YAP-a keçib, 2003-cü ildə yüksək vəzifə alıb. Əslində, o adamlar YAP-çı deyillər... Mənə elə gəlir ki, indi YAP-ın özündə də çoxlu adamlar var ki, onları heç bir halda icra başçısı qoymaq düzgün deyil. Axı, Biləsuvarın, yaxud da İmişlinin icra başçılarını hansı keyfiyyətlərinə görə, nə ilə əsaslandırıb bu vəzifəyə irəli çəkmişdilər?! İndi həmin adamların korrupsiya əməllərini, hansı eybəcər üsullarla işlədiklərini gördünüzmü?!”
YAP-çı professor hətta hakim partiyanın əqidəsi pozuq, vaxtilə bağlı olduqları siyasi dairələrə xəyanət etmiş şəxslər tərəfindən zəbt olunduğunu bildirib: “İndi qorxmadan deyirəm ki, partiya zəbt olunub. Partiyanın bütün strukurlarındakı insanlar o vaxt YAP-ın ideologiyasının hazırlanmasında iştirak edən adamlar deyillər. Hazırda ideologiyanı korlayanlar da yerində olmayan, düzgün seçilməyən kadrlardır. Biz bu məsələlərə etiraz edəndə, YAP-ın rəhbərliyindəki bəzi adamlar danışmağa imkan vermirdilər, deyirdilər ki, vaxtilə səhvi olanlar indi özünü düzəldib və artıq YAP-a gələ bilər. Mən də bilirəm ki, insan dəyişir, yaşa dolduqca formalaşır, əvvəlki yaramazlıqlarına görə tövbə edir və sair… İnsan olan yerdə belə şeylər mümkündür, kimsə səhv edibsə, tövbə edib, səhv hərəkətlərindən əl çəkə bilər. Amma əgər o adamlar Mütəllibovun və ya Xalq Cəbhəsinin dövründə işləyib satqınlıq ediblərsə, indi də edəcəklər...”
Əli Əlirzayev müsahibəsində onu da qeyd edir ki, ölkədəki korrupsiyanın miqyası təkcə iqtisadi deyil, mənəvi dəyərləri də alt-üst edib: "Korrupsiya qeyri-bərabərlik, ölkənin ən yaxşı ənənələrini məhv etmək, inkişaf imkanlarını boğmaq baxımından çox pis haldır və dəhşətli xəstəlikdir. Bizim ölkədə isə korrupsiya daha eybəcər haldadır. O dərəcədə eybəcərdir ki, indiki ağır şəraitdə kiminsə payına sahib olurlar, kiminsə zəifliyindən istifadə edib, ona düşən yardımı götürürlər... Çox təəssüf ki, bu cür eybəcərliklər hələ var və çox pis şəkildə cərəyan edir.”
“Əli Əhmədovun kimdən xoşu gəlir, onu qoyur...”
Heydər Əliyevlə bağlı xatirələrini də bölüşən Əli Əlirzayev qeyd edir ki, partiyanın qurucularından fərqli olaraq, ona sonradan qoşulanların bir çoxu buraya vəzifəyə yüksəlmək, varlanmaq, bir sözlə, şəxsi maraqları üçün gəlib. Bu sırada YAP-ın sədr müavini və icraçı katibi, Baş nazirin müavini Əli Əhmədovun da adını çəkən Əli Əlirzayev, onun kadr siyasətində neqativ rol oynadığını xüsusi vurğulayır: “Yenə də o fikirdəyəm ki, təqsirkar YAP deyil, YAP-dan istifadə edib, yüksək vəzifələrdə oturan kadrlardır. Bunlar o kadrlardır ki, YAP-a məhz bu məqsədə çatmaq üçün daxil olublar. Onlar YAP-ı ona görə seçmişdilər ki, buradan vəzifəyə getsinlər.
1992-1993-cü illər bizim üçün çox ağır dövr idi, YAP-da üzvlərin sayı çox az idi, hətta “Səs” qəzetini buraxmaq üçün pul tapmırdıq. Heydər Əliyev vəzifəyə gələn kimi, YAP-a kütləvi axın başladı. Bu axının içərisində çoxlu sayda yaramaz, rüşvətxor, özlərinin şəxsi məqsədlərini güdən adamlar vardı. Halbuki Ziya Bünyadov, Sirus bəy kimi saf əqidəli, xalqına və dövlətinə bağlı olan insanlar da az deyildi. Belə adamlara rüşvətxor demək olardımı? Bu insanların yeganə amalı dövlətə və dövlətçiliyə xidmət etmək idi. Amma sonradan YAP-a qoşulanların böyük əksəriyyətinin məqsədi vəzifəyə gəlmək idi və belə də oldu. YAP yaranan vaxt partiyaya gəlmək istəməyən, qaçıb gizlənən adamlar indi vəzifə başındadır, mən bunu çəkinmədən o adamların üzlərinə deyirəm. Özləri deyirlər ki, YAP-a üzv olmasan, vəzifəyə təyin eləmirlər. Bu, biabırçılıqdır...
Partiya kadr təyinatında yeganə söz sahibi deyil. Kadrları Prezidentə təqdim edənlər var, YAP-ın rəhbərliyi, Əli Əhmədov da onlardandır. Amma Əli Əhmədovun kimdən xoşu gəlir, onu qoyur, xoşu gəlməyənləri qoymur. Orada elə adamlar var ki, nə YAP-ın yaranmasında iştirak edib, nə də sonrakı inkişafında hansısa əməyi olub, nə də əqidəsinə görə tanınır. Yaltaqlıq da gərək qəlbən olsun. Qəlbən olmayanda, bu, sözün həqiqi mənasında yaltaqlıq və yaramazlıq sayılır...”
Sonda qocaman YAP-çı hakim partiyada ciddi struktur və kadr islahatları aparılmasının vacib olduğunu bildirir və hətta iddia edir ki, artıq hakimiyyət daxilində müəyyən qüvvələr baş qaldırıb: “YAP-ın strukturunda dəyişiklik lazımdır. İndi elə dövrdür ki, təkcə çıxış eləməklə, təbliğatla nəyəsə nail olmaq mümkün deyil, fundamental proqramlar işlənib hazırlanmalıdır...
Xüsusilə ədliyyə, prokurorluq, polis və məhkəmə orqanları təmiz işləməlidir. Mən açıq deyirəm, polis sistemində vicdanlı, qeyrətli, əqidəli kadrlar çoxdur. Amma korrupsiyanın əhatə dairəsi o qədər genişdir ki, onlar da rüşvətxorları həbs etməkdən qorxur. Çünki hakimiyyətin içərisində müəyyən qüvvələr də baş qaldırıb. Axı, hamı Heydər Əliyevin ideoloji xəttinə sadiq deyil, İlham Əliyevi istəməyənlər də var. Bu adamlar müəyyən dairələrə diktə edir. Ona görə deyirəm ki, tövbə edib partiyaya gələn adamlara inanmaq olmaz. Onlara səlahiyyət vermək, Milli Məclisdə oturtmaq çox təhlükəlidir...”
Göründüyü kimi, nə qədər də şəxsi incikliyi, bəlkə də hakimiyyət ierarxiyasındakı bölgüdən kənar düşməsindən dolayı bu cür kəskin danışsa belə, Əli Əlirzayevin fikirlərində kifayət qədər həqiqəti əks etdirən məqamlar var.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-05-2020, 09:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:24-05-2020, 09:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01