“MƏDƏNİ” TALANÇILARIN KORRUPSIYA ORTAQLARI... - 20 manatlıq şirkət 50 layihəni necə udub?
Tanınmış iqtisadçı Toğrul Vəliyev Mədəniyyət Nazirliyində həyata keçirilən korrupsiya əməlləri ilə bağlı maraqlı araşdırma aparıb. Araşdırmada İrəvan Azərbaycan Dövlət Dram Teatrı binasının əsaslı təmiri və yenidən qurulması layihəsinə ayrılan vəsaitlərin həcmi, tenderdə qalib olan şirkət haqqında ətraflı məlumat verilib. İqtisadçının "Teleqram" hesabında yayımladığı araşdırmasını oxuculara təqdi edirik:
Mayın 12-si DTX tərəfindən yayılan videoda bir çox maraqlı faktlar əks olunub. Misal üçün, İcra Hakimiyyətlərində keçirilən əməliyyatlardan biz yalnız 20%-nin “otkat” qismində götürüldüyünü öyrəndik, amma indiki məsələ daha aydın vəətraflıdır. Ona görə çalışacağam bir qədər təhlil edim.
Birinci hissə: İrəvan Azərbaycan Dövlət Dram Teatrı binası
2018-ci ilin iyunun 8-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Binəqədi rayonu ərazisində yerləşən İrəvan Azərbaycan Dövlət Dram Teatrı binasının əsaslı təmiri və yenidənqurulması layihəsinin dəyişikliklərin olunması üçün layihə-smeta sənədlərinin hazırlanması üzrə kotirovkalar sorğusu üsulu ilə satın alınması barədə elan verib.
Müvafiq elanın nəticəsi olaraq iyunun 22-də qalib elan olundu. Bu da “Projekt LTD” adlı bir şirkət idi. Müqavilənin məbləği 49 501 AZN təşkil etdi (açıq tenderin keçirilməsinə düz 500 AZN kifayət etmirdi).
Bu şirkət barədə məlumat tapmaq çətindir. Şirkətin nizamnamə kapitalı 20 AZN-dır və direktoru qismində Bayramova Samirə Tahir qızı çıxış edir. İndiki ünvanı da Nəriman Nərimanov prospekti ev 127, m.5 qeyd olunub. Bu da adi yaşayış binasıdır.
Maraqlıdır ki, şirkətin keçmiş ünvanı Nizami rayonu, E. Süleymanov küçəsi ev 137, m. 23 göstərilirdi. Bu isə hələ də digər layihəçi şirkət olan “Arxin-M LTD”-nın qeydiyyat ünvanıdır. Bu şirkət nisbətən iridir.
Misal üçün, bu ilin fevralında bu şirkət Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun 528 min manatlıq tenderində qalib olub. Dövlət satınalmalar reyestrinə görə isə 2017-2018-ci illərdə “Arxin-M LTD” 1,66 milyon manatlıq tenderlərdə qalib gəlib (“Jjurnalistlər binasının” də layihəçisi qismində çıxış edib). Yeri gəlmişkən, “Kompass” bazasına görə şirkətin real ünvanı məhz yuxarıdaki N.Nərimanov prospekti 127-də yerləşir. Faktiki olaraq təxmin edə bilərik ki, “Arxin-M LTD” və “Projekt LTD” bir-birinə bağlı olan şirkətlərdir.
Bu şirkət ilə bağlı bir problem açıqlanmadı. Amma məhz bu şirkətin hazırladığı layihə-smeta sənədləri əsasında İrəvan Azərbaycan Dövlət Dram Teatrı inzibati binasının vəəlavə olaraq 1 mərtəbəli dülgər emalatxanası, 2 mərtəbəli əlavə tikili (emalatxana üçün), 2 ədəd su anbarı, 1 mərtəbəli qazanxana və nasosxana binası və 1 mərtəbəli generator binasının tikintisi layihəsi 11 milyon manata hesablandı.
Eyni ilin dekabrında binanın təmirinə dair tenderin qalibi “Piramida-FR” MMC şirkəti oldu. Müqavilənin məbləği 11 026 699,51 AZN təşkil etdi. Bu dövlət satınalmaları reyestrində məşhur şirkətindir. Əgər reestr üzrə axtarış etsəniz, orada ən azı şirkətin qalib gəldiyi 50 tenderi görə bilərsiz.
Şirkətin hətta saytı da var (2010-2017-ci illər arasında ən azı 1,3 milyon manatlıq tenderlərdə qalib gəlib). Saytında yerləşdirilən məlumatlara görə, şirkət təmir işləri ilə yox, laboratoriyalar üçün avadanlıq satışı ilə məşğuldur (həmçinin onlayn olan idxal-ixrac bazalarına görəən azı 2015-2016-ci illərdə müxtəlif avadanlıqları ölkəyə gətirib).
Amma qalib gəldiyi bütün tenderlər təmir işləri ilə bağlıdır. Maraqlıdır ki, 2018-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən Bakı şəhəri səyyar monitorinqinin nəticələrinə görə, şirkətdə müqaviləsiz çalışan işçilər müəyyən olunub.
Şirkətin kimə məxsus olduğunu öyrənmək çətindir, amma reyestr məlumatlarına görə şirkətin qanuni təmsilçisi qismindəƏlövsət Bilal oğlu Orucov çıxış edir. Amma yayılan videoda “şirkətin rəhbəri” qismində Şamxal Ağaşirinov çıxış edir. Reyestrə görə şirkətin rəhbəri dəyişməyib.
Sahibini öyrənmək üçün bu şirkət ilə bağlı olan digər şirkətləri müəyyən etmək lazımdır. Eyni ünvan üzrə daha 3 şirkət qeydiyyatdan keçib: “Piramida-2001” MMC, “Lifttexmontaj” MMC (sonradan ünvanını dəyişdirib) və “A-Marble” MMC.
Sonuncusunun adı isə "Piramida-FR"-nın saytında da qeyd olunur. Başqa sözlə, bu şirkətlər bir-birinə bağlıdırlar.
Amma yalnız biri barədə biz təsisçilərinə dair məlumatı tapa bilərik. Belə ki, “Lifttexmontaj” MMC-nin təsisçisi Şükürov Qüdrət Balaməmməd oğlu idi. Amma təsis olunduğu vaxt şirkətin ünvanı başqa idi. Bununla belə “Piramida-F.R.” şirkəti liftlər ilə bağlı çoxsaylı tenderlərdə iştirak edir (keçən il ərzində Bakı Dövlət Universitetində 22 liftə texniki xidmət və s.). Müəyyən qədər buna əsasən onu lift sahəsi ilə dəəlaqələndirə bilərik (amma “Lifttexmontaj” da bir çox tenderlərdə qalib olur).
Qüdrət Şükürov isə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan "Lifttəmir” İstehsalat Birliyinin baş direktoru idi. Dövlətə məxsus İB birliyində baş direktor olaraq həm lift təmir xidmətləri təklif edən şirkətin təsisçisi qismində çıxış etməsi maraqlı faktdır. Ümumiyyətlə onun adı bir çox korrupsiya faktlarında hallanıb (ən məşhuru “Otis” şirkəti ilə bağlı idi).İndi onun “Piramida-F.R.” şirkətinə aid olub-olmamasına dair faktlarımız yoxdur. Çünki onun şirkəti ünvanlarını tez-tez dəyişib. Ola bilər ki, bu dəyişkənlik sahiblərin dəyişilməsi ilə bağlı idi. Amma müəyyən müddət “Piramida-F.R.” ilə şirkət bağlı idi. Ən azı 2019-cu ildə isə sahələri də bir-birinə bağlı olub (hər ikisi lift təmiri işlərini yerinə yetirirdilər).
Eyni zamanda “Piramida-F.R.” şirkətinin adı daha bir neçə korrupsiya faktlarında halanıb. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi şirkətin Xətai rayonunda həyata keçirilən işləri ilə maraqlanmağa başlamışdılar. Tenderlərin kifayət qədər hissəsini isə “Piramida-F.R.” şirkəti udmuşdu (2017-2019-cu illərdə 2,97 milyon manatlıq 3 tenderdə).
Şamxal Ağaşirinovun adı isə “Səma MTK”-nin qanuni təmsilçisi kimi gedir. Bu tikinti kooperativi İnşaatçılar prospektində yerləşir və 2000-ci ildən bəri fəaliyyətdədir. Bu binada vaxtilə “Gündəlik Azərbaycan” və “Realni Azərbaycan” qəzetlərinin redaksiyaları yerləşib.
E. Fətullayevin məhkum edilməsindən sonra məhz Ş. Ağaşirinovun sözlərinə görə “qəzetlərin yerləşdiyi otaqlarda bəzi təhlükəsizlik qaydalarına riayət” olunmadığına görə, redaksiyalar binadan çıxarılıb. Eyni zamanda qanuni təmsilçi qismində “Qlobal Construction and Engineering Company” və “Nur-El” şirkətlərində çıxış edir.
İkincisinə Nabranda yerləşən restoran məxsusdur. Orada yanğın baş vermişdi və məlumatda qeyd olunurdu ki, məhz Ş. Ağaşirinov həm obyektin sahibidir. Ola bilər ki, bütün göstərilən şirkətlərin sahibi məhz Ş. Ağaşirinovdur.
İndi keçək birbaşa korrupsiya faktına. Deməli Zakir Sultanovun dediyindən elə alınır ki, ayrılmış 11 milyon manatdan müvafiq Dövlət Xidmətinə yalnız 6 milyondan bir qədər yüksək məbləğ keçdi. Şirkət rəhbərinin sözlərinə görə isəƏDV ödənildikdən sonra qalan vəsaitin 20%-ni o xidmət rəhbərinə qaytarıb.
20% isə 900 min manatdır (elə alınır ki, şirkətə ümumiyyətlə 5,3 milyon manat qalıb).
Maraqlıdır ki, tikintiyə yalnız 2019-cu ilin iyunun 3-də başlanılıb (2018-ci ilin dekabrında isə pul ayrılmışdı). 2019-cu ilin fevralında əlavə 2 milyon manat ayrılmışdı. Yəni təxmin etmək olar ki, ümumi tikinti 13 milyon manat vəsaitə başa gəlib. Birbaşa tikintiyə isə onun yalnız 3-4 milyon manatlıq hissəsi gedib.
Maraqlıdır ki, bu boyda rüşvət faktına baxmayaraq, şirkət Dövlət Xidməti ilə əməkdaşlığını davam edib.
2019-cu ilin fevralında şirkət Hökumət Evinin 2-ci mərtəbəsində yerləşən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə aid inzibati otaqlarda təmir işlərini də həyata keçirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-05-2020, 08:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:14-05-2020, 08:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01